Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4255/2023 31.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Cavabdeh Şəkərəli oğluna qarşı cavabdehdən 429,90 manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə 45,96 manat məbləğində dəbbə pulunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 429,90 manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə 45,96 manat məbləğində dəbbə pulunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə işlərinin elektron idarəetmə sistemindən müəyyən olunur ki, İddiaçı Cavabdeh Şəkərəli oğluna qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4220/2023 saylı iş vardır. Buna görə məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iş olduğuna görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Şəkərəli oğluna qarşı cavabdehdən 429,90 manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə 45,96 manat məbləğində dəbbə pulunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-4255/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4255/2023
31.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver