Məhkəmə qərarları › İş №2-2(113)-4309/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4309/2021

27.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4309/2021 27.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı firmasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı firmasının 1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən çıxarılmış 14 oktyabr 2004-cü il tarixli 2174/5-419 saylı iş üzrə qətnamə və 05 may 2006-cı il tarixli 2174/5-419 saylı qərardad üzrə icraatın bərpa edilməsi barədə ərizəsi üzrə itirilmiş məhkəmə icraatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı firması 1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən çıxarılmış 14 oktyabr 2004-cü il tarixli 2174/5-419 saylı iş üzrə qətnamə və 05 may 2006-cı il tarixli 2174/5-419 saylı qərardad üzrə icraatın bərpa edilməsi barədə ərizəi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin hakimi Ü.A.Mayilov 05 may 2006-cı il tarixində «Cavabdeh "ARQO" Elmi- İstehsalat Birliyinə qarşı torpaq sahəsi üzərində alqı-satqının bağlanmış hesab edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə məhkəmənin 2174/5-419 saylı 04 oktyabr 2004-cü il tarixli Qətnaməsinin izah edilməsi barədə "ARQO" Elmi-İstehsalat Birliyinin 03.05.2006cı tarixli ərizəsinə 05 may 2006-cı il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxraq məhkəmə müəyyən etmişdir ki, "ARQO" Elmi-İstehslat Birliyinin ərizəsi təmin edilsin, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2174/5-419 saylı 14 oktyabr 2004- cü il tarixli qətnaməsi aşağıdakı şəkildə izah edilsin, izah edilsin ki, məhkəmə qətnaməsi ilə qeyd olunan ərazidə yerləşən 12.5 ha torpaq sahəsinin "ARQO" Elmi-İstehslat Birliyinin daimi istifadəsində müəyyən edildiyindən, eləcə də sözügedən qətnamə ilə "ARQO" Elmi-İstehslat Birliyinin hüquqları məhkəmədə təsdiq olunduğundan Bakı şəhəri Qaradağ rayonu "Eybat- Qırmızı göl" stansiyası ərazisində Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 25.05.1992-cı il tarixli, 751 saylı sərəncamı ilə "ARQO" Elmi-İstehslat Birliyinə ayrılmış 12.5 ha torpaq sahəsinə daimi istifadəyə dair qanunveciliyə uyğun dövlət aktı verilməlidir. Qərardad dərhal icra olunsun.» Bununla da 05 may 2006-cı il tarixli, 2174/5-419 saylı tam qanunsuz və əsassız qərardad çıxarılmışdır. Həmin qərardad əsasında ARQO Elmi-İstehsalat Birliyinə 10.05.2006-cı il tarixində JN:1602 saylı "torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktını vermiş o vaxtkı Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi sənədin verilməsinə əsas kimi Bakı Şəhər İcra Hakimiyyətinin 25.05.1992-ci il tarixli 751 saylı Sərəncamını və 1 saylı yerli İqtisadi Məhkəməsinin 05.05.2006-cı il tarixli iş N22174/5- 419 saylı qərardadını əsas götürmüşdür. Qərardad Prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən «İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.» Şərh olunan normanın məzmunundan görünür ki, qanunvericlikdə qətnamənin məzmunun dəyişdirilmədən izah edilməsinə yol verilir. Qətnaməyə izah verilməsi dedikdə qətnamədə qeyri müəyyənlik və ya anlaşılmazlıq, oradakı hüquqi terminlərin və ifadələrin yerində dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunması nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.4.-cü maddəsinə əsasən "Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir." Həmin torpaq sahəsi 2007-ci ildən "xxxx" Firmasının qanuni əsaslarla istifadəsində olduğuna görə həmin qərardad "xxxx" Firmasının hüquqlarına və mənafeyinə toxunur. Belə ki, həmin saxta məhkəmə qərardadı əsasında "xxxx" Firmasına ayrılmış torpaq sahəsinə iddia olunur. Bununla bağlı hal-hazırda Bakı Kommersiya Məhkəməsiinin icraatında e-2-2(113)-642/2021 nömrəli iş vardır. "xxxx" Firması həmin işdə cavabdeh qismindədir. "xxxx" Firması olaraq öz hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə etmək və şikayət vermək üçün 1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən çıxarılmış 14 oktyabr 2004-cü il tarixli 2174/5-419 saylı iş üzrə qətnaməni və 05 may 2006cı il tarixli 2174/5-419 saylı qərardadı ərizəçiyə rəsmi qaydada verilməsi barədə Bakı Kommersiya Məhkəməsinə rəsmi qayadada müraciət ünvanlmışdır. Bakı Kommersiya Məhkəməsi Bakı inzibati Məhkəməsinə sorğu verərək həmin işin verilməsini xahiş etmiş, lakin Bakı İnzibati Məhkəməsi 07 iyul 2021-ci il tarixli M-1145/14 saylı cavab məktubu ilə bildirmişdir ki, 2174/5-419/2004 nömrəli iş məhkəmənin arxiv sənədlərində aşkar olunmamışdır. Həmin arxiv sənədlərinin itirilməsi iş üzrə qanunsuz qərar çıxarılması ilə əlaqəli olduğu qənaətindədir. Ərizəçinin nümayəndəsi X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən itirilmiş icraat üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 11-ci bəndinə əsasən itirilmiş icraat üzrə məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət etmədikdə, məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia qaldırmaq hüququnu izah edir. İşə əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli M-1145/14 saylı məktubundan görünür ki, iddiaçı “Zaman” fərdi firmasının Cavabdeh Elmi-İstehsalat Birliyinə qarşı olan 2174/5-419/2004 nömrəli iş məhkəmənin arxiv materiallarında aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə aktını tam bərpa etmək üçün materialların toplanması ilə bağlı məhkəmə tərəfindən sorğular göndərilsə də, hər hansı material məhkəməyə təqdim olunmamış, iş üzrə sübutları toplamaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, itirilmiş icraat üzrə məhkəmə aktını bərpa etmək üçün materiallar toplamaq mümkün olmadığından itirilmiş məhkəmə icraatı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı firmasının 1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən çıxarılmış 14 oktyabr 2004-cü il tarixli 2174/5-419 saylı iş üzrə qətnamə və 05 may 2006-cı il tarixli 2174/5-419 saylı qərardad üzrə icraatın bərpa edilməsi barədə ərizəsi üzrə itirilmiş icraatla bağlı icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar