Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4356/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı Hüseyn oğlunun Cavabdehnə qarşı “qərarın ləğvi və restrukturizasiya qaydalarına uyğun olaraq yeni müqavilələr bağlanaraq bank ödənişlərinin davam etdirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseyn oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzinin 10.03.2021-ci il tarixli, 01/738 saylı qərarının ləğv edilməsi və restrukturizasiya qaydalarına uyğun olaraq yeni müqavilələr bağlanaraq bank ödənişlərinin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etməmiş, iddia ərizəsini kağız formasında təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3.-ci maddəsinin tələbinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Belə ki, iddia ərizəsinin məzmunundan məlum olur ki, İddiaçı Hüseyn oğlu ilə "xxxx" ASC” arasında məhkəmə mübahisəsi mövcud olmuş, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş və iddia tələbi İsmayıllı şəhəri, Məhsəti küçəsi, ev 20 ünvanında yerləşən ipoteka predmeti olan evə yönəlmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sözügedən ev iki dəfə Cavabdeh tərəfindən hərraca çıxarılmışdır. Belə olan halda, icra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsindən icra sənədi üzrə borclu və ya tələbkar narazıdırsa, bu narazılıq, həmin şəxslə qiymətləndirməni aparmış şəxs arasında deyil, onunla icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Hazırkı mübahisə qətnamənin icrası zamanı tələbkar (borclu) və icra məmuru arasında yaranmış mübahisədir. Belə bir mübahisə meydana çıxdıqda isə qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Vəsatətələri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkəti və ya hərəkətsizliyi ilə bağlı məhkəmədə mübahisə qaldırıla bilərlər. Beləliklə mübahisələndirilən qiymətləndirmə qətnamənin icrası üzrə icraat çərçivəsində həyata keçirildiyindən, bu icraat çərçivəsində aparılmış qiymətləndirmə ilə bağlı mübahisələr üzrə cavabdeh- müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs deyil, sifarişçi təşkilat olan icra orqanı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Hüseyn oğlunun Cavabdehnə qarşı “qərarın ləğvi və restrukturizasiya qaydalarına uyğun olaraq yeni müqavilələr bağlanaraq bank ödənişlərinin davam etdirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(113)-4356/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4356/2021
23.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver