Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4411/2021 25.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən yol verilən qanun pozuntusunun qarşısının alınması və iddiaçıya dəymiş maddi və mənəvi ziyanının təmin edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən yol verilən qanun pozuntusunun qarşısının alınması və iddiaçıya dəymiş maddi və mənəvi ziyanının təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1436-VQD№-li qanunu ilə (30 dekabr 2018-ci il tarixdə qüvvəyə minmişdir) həmin məcəlləyə “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması” adlanan 10-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin 10-1.3-cü hissəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilmədən, eyni zamanda ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, qeyd edilən Məcəllənin tələblərinə əsasən hüquqi şəxsə qarşı iddia, hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, eyni zamanda ərazi aidiyyəti qaydalarına uyğun vermədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən yol verilən qanun pozuntusunun qarşısının alınması və iddiaçıya dəymiş maddi və mənəvi ziyanının təmin edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-4411/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4411/2021
25.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver