Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-464/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh Firmasına qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Firmasından cəmi 34780,00 ABŞ dolları (əsas borc 34780,00 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh Firmasının həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərman və Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh Firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli, S-152 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən Cavabdeh Firmasının təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 34780,00 ABŞ dolları (əsas borc 34780,00 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh Firması ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 1999-cu il tarixli 11 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh Firmasının qeyd olunan kredit müqaviləsi üzrə ümumi borcu 34780,00 ABŞ dolları (əsas borc 34780,00 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) təşkil etmişdir. Cavabdeh Firması ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərərk tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanan “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S nömrəli Sərəncamın 1-ci hissəsinə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivləri Bankdan satın almış və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka vermiş, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. Həmin müqavilənin 2.6-ci maddəsinə əsasən “xxxx” ASC öz öhdəsinə götürür ki, problemli aktivlərin təhvil-təslimindən sonra həmin borclarla bağlı digər zəruri sənədləri və məlumatları, o cümlədən borcların alınmasını təsdiq edən sənədlərin (məxaric orderi, ödəniş tapşırığı və sair) əslini və ya müvafiq qaydada təsdiq olunmuş surətini İddiaçı QSCnin müraciəti əsasında onun səlahiyyətli nümayədələrinə təhvil verəcəkdir. “xxxx” ASC ilə borcalan Cavabdeh Firması arasında bağlanan 11 nömrəli, xx.xx.1999-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank Cavabdeh Firmasına 60000 (altmış min) ABŞ dolları məbləğində kredit verır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S nömrəli Sərəncamının icrası ilə bağlı “xxxx” ASC iləİddiaçı QSC arasında imzalanmış xx xxxxx 2018-ci il tarixli, S-152 saylı təhvil təslim aktında qeyd olunur ki, borc hesablarından çıxarışa əsasən Cavabdeh Firmasının kredit üzrə 34780,00 ABŞ dolları (əsas borc 34780,00 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində borcu mövcuddur. Cavabdeh Firması üzrə borclar barədə maliyyə arayışından görünür ki, Cavabdeh Firmasının 34780,00 ABŞ dolları (əsas borc 34780,00 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində kredit borcu mövcuddur. İddiaçı QSC Bank olmayan kredit təşkilatı tərəfindən Cavabdeh Firmasına göndərilən pretenziya məktubundan görünür ki, hüquqi şəxsə mövcud borcun beş gün müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun hüquqi şəxsə məxsus olan əmlaklara və pul vəsaitləri hesabına məcburi qaydada ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, “xxxx” ASC ilə Cavabdeh Firması arasındakı kredit müqaviləsi xx.xx.1999-cu il tarixdə bağlanmışdır. Daha sonra “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. “xxxx” ASC-nin Cavabdeh Firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx xxxxx 2018-ci il tarixli, S-152 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən Cavabdeh Firmasının təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 34780,00 ABŞ dolları (əsas borc 34780,00 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh Firması ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.1999-cu il tarixli 11 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin (xx.xx.1999-cu il tarixli 779-İQ saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 213-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə zidd olmadıqda və ya tələb kreditorun şəxsiyyəti ilə əlaqədar olmadıqda, kreditor tərəfindən tələbin digər şəxsə güzəştinə yol verilir... Öhdəçiliyin icrasını təmin edən hüquqlar, tələbi əldə edənə keçir. Göründüyü kimi, qeyd olunan kredit və girov müqavilələri bağlanan zaman kreditor tərəfindən tələbin digər şəxsə güzəştinə yol verilməsi qanunda da öz əksini tapmışdır. Eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin: 149-cu maddəsinə əsasən öhdəçiliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, əmlakı verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 150-ci maddəsinə əsasən öhdəçiliklər müqavilədən və ya bu Məcəllənin 4-cü maddəsində göstərilən əsaslardan əmələ gəlir. 266-cı maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borc verən) digər tərəfin (borc alanın) mülkiyyətinə, əməli surətdə idarə etməsinə pul və ya cinsi əlamətləri ilə müəyyən edilən şey verir, borc alan isə müqavilədə göstərilən müddətdə, müddət göstərilmədikdə isə borc verənin tələbi üzrə (bu Məcəllənin 163-cü maddəsi), aldığı eyni pul məbləğini və ya şeyin miqdarına, keyfiyyətinə və cinsinə bərabər olan şeyi qaytarmaq öhdəçiliyini öz üzərinə götürür. 160-cı maddəsinə əsasən öhdəçiliklər lazımi qaydada və qanunun, planlaşdırma aktının, müqavilənin göstərişlərinə müvafiq olaraq, belə göstərişlər olmadıqda isə müvafiq irəli sürülən adi tələblərə uyğun olaraq, müəyyən olunmuş müddətdə icra edilməlidir. 219-cu maddəsinə əsasən öhdəlik lazımi qaydada icra edildikdə ona xitam verilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin: 12.2-ci bəndinə əsasən bu sazişə əsasən ödənilməli olan hər hansı məbləğləri ödəmək barəsində borcalanın öhdəliyi qeyd-şərtsizdir və hüquqi baxımdan heç bir səbəbdən asılı deyildir. 16.1-ci bəndinə əsasən saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və borcalanın və zəmanətçinin bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. Müəyyən olunur ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə bank öz öhdəliklərini yerinə yetirsə də, borc alan üzərinə götürdüyü öhdəlikləri pozmuş, müqavilənin göstərişlərinə müvafiq olaraq öhdəliklərini icra eməmişdir. Mülki qanunvericiliyin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən 34780,00 ABŞ dolları kredit borcu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İddiaçı borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh Firmasının həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 30-cu maddəsinə əsasən hüquqi şəxs ödəmələrin yönəldilməsi mümkün olan ona məxsus (ona tapşırılmış) əmlakı ilə öz öhdəlikləri üzrə məsuliyyət daşıyır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Beləliklə, yuxarıda qeyd olunan normalara əsasən məhkəmə kredit müqaviləsində müqavilənin öhdəliklər tamamilə yerinə yetirilənədək qüvvədə olması ilə bağlı müddəanın olmasını, hüquqi şəxsin ona məxsus əmlakı ilə öz öhdəlikləri üzrə məsuliyyət daşıdığını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh Firmasının həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdeh Firmasından İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Firmasından əsas borca görə 34780,00 (otuz dörd min yeddi yüz səksən) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Borc tələbi cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilsin, Cavabdeh Firmasının həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilsin və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququ tanınsın, müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-464/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-464/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver