Məhkəmə qərarları › İş №2-2(113)-4791/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4791/2023

06.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4791/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 143 nömrəli Satınalma müqaviləsinə əsasən cavabdehə təhvil verilmiş, 123.837 manat əsas, 22290.66 manat ƏDV, ümumilikdə 146.127.66 manat dəyərində olan malların dəyərinin, 410 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.13 manatın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 1000 manatın, cəmi 147.573,79 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 143 nömrəli Satınalma müqaviləsinə əsasən cavabdehə təhvil verilmiş, 123.837 manat əsas, 22290.66 manat ƏDV, ümumilikdə 146.127.66 manat dəyərində olan malların dəyərinin, 410 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.13 manatın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 1000 manatın, cəmi 147.573,79 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 152.1.10-cu maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 143 nömrəli Satınalma müqaviləsinə əsasən cavabdehə təhvil verilmiş, 123.837 manat əsas, 22290.66 manat ƏDV, ümumilikdə 146.127.66 manat dəyərində olan malların dəyərinin, 410 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.13 manatın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 1000 manatın, cəmi 147.573,79 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar