Məhkəmə qərarları › İş №2-2(113)-5044/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-5044/2021

06.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-5044/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh-yə qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh-yə qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ" ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında (Səhmdar cəmiyyətin səhmdarlarının 2021-ci il üzrə reyestrinin və Nizamnaməsinin; 2015-ci. 2016cı. 2017-ci. 2018-ci və 2021-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının; 2015-ci, 2016-cı, 2017-ci. 2018-ci və 2020-ci illər üzrə “Maliyyə hesabatlarını və onların Əlavələrinin", debitor və kreditor borcları haqqında, pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının; 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci və 2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannamələrinin və onların Əlavələrinin". “Gəlir vergisinin bəyannamələrinin və onların Əlavələrinin" “Əmlak vergisinin bəyannamələrinin və onların Əlavələrinin" və ya “sadələşdirilmiş verginin bəyannamələrinin", həmçinin “Torpaq vergisinin bəyannamələrinin": 2014-cii. 2015-ci, 2016-cı, 2017-ci. 2018-ci və 2021-ci illərin “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ"ASC-nin iimıımi yığıncağının protokollarının; 2015-ci. 2016-cı, 2017-ci, 2018-ci və 2021-ci illər üzrə ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokollarının; 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci, 2020-ci və 2021-ci illər üzrə müəssisənin “Aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının; 2015-ci, 2016-cı. 2017-ci. 2018-ci, 2020-ci və 2021-ci üzrə müəssisənin “əsas vəsaitlərin ləğv aktlarının; Cavabdeh-nin yerləşdiyi sahənin plan cizgisini və “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ" ASC-nin daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının; “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ" ASC-nin yerləşdiyi torpaq sahəsini özəlləşdirdiyi barədə Şəhadətnamənin; 2015-ci. 2016-cı. 2017-ci, 2018-ci, 2019-cu, 2020ci və 2021-ci illər üzrə “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ" ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr və icarə müqavilələrinin, həmçinin aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlarının; İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ" ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış “əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktfnın, “müəssisənin balansları və onun əlavələri”nin) sənədlərin təsdiqlənmiş surətlərinin təqdim edilməsi və pozulmuş hüquqların bərpası üçün ödənilmiş cəmi 100 (yüz) manat məhkəmə xərcləri və dövlət rüsumunun ödənilməsinin cavabdeh “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ" ASC-yə həvalə olunması barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi iqtisadi mübahisələr üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilməmiş, Mülki Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Belə olan halda məhkəmə iddia ərizəsi məhkəməyə verilərkən iddia ərizəsinin formasına dair MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədiyini nəzərə alaraq və qanunvericiliyin tələbinə müvafiq olaraq prosessual hüquq münasibətinə analoji münasibətləri tənzimləyən hüquq normasını tətbiq edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh-yə qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar