Məhkəmə qərarları › İş №2-2(113)-559/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-559/2024

07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-559/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X14) qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: mülkiyyətin müdafiəsi, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi) X16 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri Vəkil Hüseyn qızının və X7 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X14) qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı MMC zəbt olunmuş sahədən çıxarılma, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6033/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində cavabdehlər Cavabdeh və X3 zəbt etdikləri 72 kv.m torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, həmin ünvanda cavabdehlərin inşa etdikləri tikililərin onların hesabına sökülməsi və həmin sahənin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh ərizə təqdim edərək, həmin qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, maraqlarına toxunan şəxslər X11 və X14 isə qiyabi qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin maraqlarına toxunulduğu hissədə ləğv edilib, apellyasiya məhkəməsində əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3810/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadları ilə Cavabdeh ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6033/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmış, maraqlarına toxunan şəxslər X11 və X14 tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı MMC-nin cavabdehlər X4 və Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinin cavabdeh X4 aid hissəsinə iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilmənə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binanın mənfi birinci (-01) mərtəbəsində Cavabdeh zəbt etdiyi 72 kv.m torpaq sahəsindən çıxarılması, həmin sahədə Cavabdeh inşa etdiyi tikililərin Cavabdeh hesabına sökülməsi və həmin sahənin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 1881,4 kv.m torpaq sahəsi "xxxx" MTK-nın adına özəlləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “Özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 543 №-li sərəncamına əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01-04/352 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2003-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 001043 saylı, xx.xx.1999-cu il tarixli 000202 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Həmin sərəncama əsasən “MEQİ" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə 18 mərtəbəli çoxmənzilli yaşayış binası inşa etmişdir. Bina inşa edildikdən sonra "xxxx" MTK tərəfindən inşa edilmiş binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri ayrı-ayrı şəxslərə satılmış və bununla bağlı müvafiq müqavilələr bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə “Meqi" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə MTK və X5 arasında xx.xx.2004-cü il tarixdə iki müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə, “MEQİ" MTK, inşa etdiyi sözügedən binanın 1-ci mərtəbəsində yerləşən ayrı-ayrılıqda sahəsi 125 kv.m ibarət olan qeyri-yaşayış sahələrini Cavabdeh satmış, sonuncu həmin sahələrin dəyərini MTK-ya ödəmişdir. Sonradan “Meqi" MTK hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC-yə qoşulmuş və bununla əlaqədar onun hüquqi varisliyi İddiaçı MMC-yə keçmişdir. Cavabdeh Bakı şəhər, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində ümumilikdə 250 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini almasına baxmayaraq, satın aldığı qeyri-yaşayış sahələrinə bitişik, iddiaçı MMC-yə məxsus 72 kv.m sahəni özbaşına zəbt etmiş və öz sahəsinə qatmışdır. Halbuki, onunla “MEQİ" MTK və ya İddiaçı MMC arasında hər hansı yazılı və ya şifahi razılaşma olmamış, Cavabdeh tərəfindən zəbt olunmuş sahəyə dair hər hansı məbləğ "xxxx" MTK və ya “X9" MMC-yə ödənilməmişdir. İddiaçı “X9" MMC, özbaşına zəbt olunmuş 72 kv.m qeyri-yaşayış sahəsinin geri qaytarılmasını Cavabdeh dəfələrlə tələb etsə də, sonuncu MMC-nin bu haqlı tələblərinə əməl etməmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri iddiaçı “X9" MMC-nin sahiblik, istifadə və sərəncam vermək hüquqlarını ehtiva edən mülkiyyət hüququnu kobud şəkildə pozmuş və pozmaqda da davam edir. Hazırda İddiaçı MMC qanuni əsaslarla ona məxsus daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı “X9" MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, Cavabdeh qarşı irəli sürdüyü tələb əsaslıdır və təmin edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.2, 152.3, 157, 157.3 157.8-ci maddələrinə istinad olunmuşdur İddiaçını nümayəndəsi Vəkil Hüseyn qızı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.Tədqiq olunan sübutlar İş materiallarında olan: 20 sentyabr 2002-ci il tarixli 0102-A1-883 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin X2 Reyestrindən çıxarışından görünür ki, nizamnamə kapitalının miqdarı 50000 manat olmaqla İddiaçı MMC təsis olunmuşdur. Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2022-ci il tarixdə, 0102-A1-883 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin nizamnaməsinə edilmiş dəyişiklikləq haqqından çıxarışa əsasən, Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.1998-ci il tarixdə, 522 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMM və xx.xx.2003cü il tarixdə, 0103-P35-38919 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MTK Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2002-ci il tarixdə, 0102-A1-883 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-yə qoşulması lə əlaqədar onların hüquqi varisliyi İddiaçı MMC-yə keçmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 548 №-li Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01-04/352 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2003-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 001043 saylı, xx.xx.1999-cu il tarixli 000202 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən verilmiş 3285 nömrəli tikinti işlərinin aparılması üçün icazə sənədinə əsasən podratçı təşkilat olan ‘MEQİ” MTK (X9” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004 məhəllə, 16 mərtəbəli 2 girişli yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış səhəsi) tikintisini, tikinti-quraşdırma işləri 12-ci mərtəbədə aparılan vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2004-cü il tarixli "xxxx" MTK-nın tikdiyi binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin alınması haqqında” müqavilədən görünür ki, MTK-nın idarə heyəti – birinci mərtəbəsində yerləşən 125 kv.m qeyri-yaşayış sahəsi ayırır; qeyri-yaşayış sahəsinin alıcısı Cavabdeh sahənin dəyərinin 1 kv.m 180 ABŞ dolları, cəmi 22.500 ABŞ dolları manata olan məzənnə ilə (4938 manat) 111.105.000 manat Kooperativin hesablaşma hesabına təhvil verir ya da kassasına nağd ödəyir. "xxxx" MTK ilə X5 arasında bağlanmış 17 fevral 2004-cü il tarixli "xxxx" MTK-nın tikdiyi binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin alınması haqqında” müqavilədən görünür ki, MTK-nın idarə heyəti – birinci mərtəbəsində yerləşən 125 kv.m qeyri-yaşayış sahəsi ayırır; qeyri-yaşayış sahəsinin alıcısı X1 dəyərinin 1 kv.m 180 ABŞ dolları, cəmi 22.500 ABŞ dolları manata olan məzənnə ilə (4938 manat) 111.105.000 manat Kooperativin hesablaşma hesabına təhvil verir ya da kassasına nağd ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 30 mart 2009-cu il tarixli xx/xx-00899 saylı məktubuna əlavə olunmuş rəyin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004 məhəllədə İddiaçı MMC tərəfindən inşa olunmuş yaşayış binasının yükdaşıyan kontruksiyaları lahiyəyə uyğun yerinə yetirilmişdir. Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin nəznində yaradılmış təhlil qrupunun xx.xx.2009-cu il tarixli 40 saylı iclaslnda konstruksiyanın möhkəmliyi və dayanıqlığl baxımından binanın istismara yararlı olması haqqında qərar qəbul edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 10/784 №-li rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən X13 və X8 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətin, planlı yerləşməsinin (quruluşu), ölçülərinin və digər texniki parametrlərinin xx.xx.2021-ci il tarixli texniki pasportun göstəricilərinə uyğun olduğunu nəzərə olaraq, həmin binanın 1-ci mərtəbəsində əlavə tikinti işlərinin aparılmadığı müəyyən olunur. Tədqiq olunan binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəx qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə Çıxarış və xx.xx.2021-ci il tarixində texniki pasport verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində əlavə tikinti işlərin aparılmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan binanın faktiki vəziyyəti ilə həmin binaya dair tərtib edilmiş layihə sənədləri müqayisə edilərkən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -3.30 metr səviyyəsində zirzəmi mərtəbəsində (mübahisəli 72 kv.metr sahədə) layihədən kənar əlavə tikinti işləri aparıldığı müəyyən edilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V.Məhkəmənin mövqeyi İşin hallarından göründüyü kimi Bakı Şəhəri İcra Hakimiyyətinin “özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 548 №-li Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01- 04/352 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2003-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 001043 saylı, xx.xx.1999-cu il tarixli 000202 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Həmçinin həmin çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 250 kv.m qeyriyaşayış sahəsi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2004-cü il tarixli müqaviləyə əsasən Cavabdeh satılmışdır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiq olunan binanın faktiki vəziyyəti ilə həmin binaya dair tərtib edilmiş layihə sənədləri müqayisə edilərkən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -3.30 metr səviyyəsində zirzəmi mərtəbəsində (mübahisəli 72 kv.metr sahədə) layihədən kənar əlavə tikinti işləri aparıldığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparmaqla iddiaçının öz əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən cavabdehin qanunsuz sahibliyindən özünə məxsus torpaq sahəsini geri tələb etmək hüququ vardır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -1 (mənfi birinci) mərtəbəsində Cavabdeh zəbt etdiyi 72 m2 torpaq sahəsindən çıxarılmalı, Cavabdeh inşa etdiyi tikililər onun öz hesabına sökülməli və həmin sahə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə – tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -1 (mənfi birinci) mərtəbəsində Cavabdeh zəbt etdiyi 72 m2 torpaq sahəsindən çıxarılsın, Cavabdeh inşa etdiyi tikililər onun öz hesabına sökülsün və həmin sahə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İş üzrə məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Huseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar