Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-5724/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh “İri Şəhərlərin X1 Xidməti” X2rşı hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X3 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh “İri Şəhərlərin X1 Xidməti” X2rşı hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X1Xidməti” X4 əməkdaşları qanunsuz və əsassız hesablanmış 6984 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ünvan 1 ünvanda yerləşən binadakı ofisində fəaliyyət göstərir (abonent kodu: 070537; müqavilə № ********). Cavabdehin struktur bölməsi olan Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq binada yerləşən su xəttlərinə baxış keçirildiyi və xəttlərdə heç bir pozuntu aşkar olunmadığı halda, xx.xx.2021-ci il tarixdə həmin əməkdaşlar tərəfindən tərtib olunaraq təsdiq olunmuş aktdan məlum olur ki, binanın nasosxanasında ağzı açıq vəziyyətdə, su sayğacından keçməyən, guya qeyri-qanuni olan diametri 25 mm xətt aşkar olunmuşdur. Eyni zamanda aktda qeyd olunmuşdur ki, su xətti üzərində quraşdırılmış su sayğacının klapanı bağlı vəziyyətdədir, su istifadəsi yoxdur. Yasamal rayon SKİ-nin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı Xəbərdarlıqda bildirilir ki, iddiaçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə “İri Şəhərlərin X1 Xidməti” PHŞyə 6984 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu vardır.Qeyd etmək lazımdır ki, sözügedən ünvanda yerləşən binanın nasosxana hissəsindəki mühərrikdən çıxan su xəttindən heç bir qeyri-qanuni və su sayğacından keçməyən xətt mövcud deyil. Qeyd olunan mühərrikdən çıxan su xəttinin üstündə sadəcə dirsək vardır, həmin dirsək (slivaxar) qəza baş verdikdə mühərrikdə aparılan təmir işləri zamanı mühərrikə daxil olan və mühərrikdən çıxan su xəttinin ventili bağlandıqdan sonra mühərrikdə qalan az miqdarda suyun axıdılması üçün istifadə oluna bilər. Lakin iddiaçı bugünədək bu dirsəkdən istifadə etmək məcburiyyətində olmamışdır. Akt tərtib edilərkən iddiaçının nümayəndəsi Əliyev Səftər aktın əsassız və qanunsuz olduğu üçün onu imzalamaqdan imtina etmişdir. Təəssüf doğuran odur ki, iddiaçıya ünvanlanan Xəbərdarlıqda qeyd olunan ödənilməmiş borc məbləğinin hansı normativ hüquqi akta əsasən hesablandığı barədə heç bir məlumat verilməmişdir. Eyni zamanda bildirmək istəyirik ki, cavabdeh təşkilatın iddiaçının ünvanı üzrə məsul əməkdaşı mütəmadi olaraq sayğaca və xəttə baxış keçirdiyi halda bu borcun yaranması qeyri-mümkündür.“İri şəhərlərin X1 xidməti" PHŞ-nə xx.xx.2025-ci il tarixdə ünvanladığımız məktuba cavab olaraq bildirilir ki, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2025-ci il tarixə hesabınızda 6984 manat məbləğində borc var. Qeyd edilən borc dəymiş ziyan məbləğinin ödənilməmiş hissəsidir”. Lakin həmin ziyanın hesablanması qaydaları və meyarları barədə heç bir məlumat verilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 30.1- ci maddəsinə, Azərbaycan RespublikasıNazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarının 5-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1,560.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən mütəmadi olaraq yoxlanmalar keçirilmişdir. İş üzrə cavabdeh tərəf qanunsuz qoşulmaya dair sübut məhkəməyə təqdim etməmişdir. Borcun hesablanma meyarları da cavabdeh tərəfindən göstərilməmişdir. Yoxlama ilə bağlı qeydiyyatdan keçirilməyə dair məlumat yoxdur. MTK-ya hər ay vaxtı-vaxtında yoxlamalar aparılırdı. 2021-ci ilin aktı olsa belə dəfələrlə cavabdehə müraciətlər edilirdi, bu səbəbdən artıq iş üzrə iddia qaldırmaq qərarına gəldik.Müqavilənin surəti onlarda qalmamışdır. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Vəkil məhkəmə ərizə ilə müraciət edərək cavabdehin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etmədiyindən, işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır Tədqiq olunan sübutlar İş materillarında olan: “İri Şəhərlərin X1 Xidməti" PHŞ Yasamal rayon Sukanal İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən sudan istifadəyə və kanalizasiya xidmətinə görə tərəflər arasında qarışılıqlı hesablaşmalar araşdırılaraq İddiaçı MTK-nın xx.xx.2025-ci il tarixə 6984 manat qalıq borcu müəyyən edilmişdir. “İri Şəhərlərin X1 Xidməti" tərəfindən İddiaçı MTK-ya göndərilmiş xəbərdarlıq məktubuna əsasən xx.xx.2025-ci il tarixə olan qalıq 6984 manat borcun 5 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət edilərək göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclər qarşı tərəfdən tutulacaqdır. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan məlum olur ki, binanın nasosxanasında ağzı açıq vəziyyətdə, su sayğacından keçməyən, qeyri-qanuni olan diametri 25 mm xətt aşkar olunmuş, su xətti üzərində quraşdırılmış su sayğacının klapanı bağlı vəziyyətdədir, su istifadəsi yoxdur. “İri Şəhərlərin X1 Xidməti" tərəfindən İddiaçı MTK-ya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubuna əsasən Astoria” Mənzil-tikinti Kooperativi tərəfindən inşa edilərək əhalinin istifadəsinə verilmiş yaşayış binasının su təchizatı xətti üzərində quraşdırılmış su sayğacının klapanı bağlı vəziyyətdədir və hal-hazırda su istehlakı qeydə alınmır. Bununla belə, binanın nasosxanasında su sayğacından yan keçməklə qanunsuz olaraq çəkilmiş və diametri 25 mm olan su xətti aşkarlanmışdır və su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2025-ci il tarixə hesabınızda 6984 manat məbləğində borc var. Qeyd edilən borc dəymiş ziyan məbləğinin ödənilməmiş hissəsidir. İddiaçı MTK tərəfindən “İri Şəhərlərin X1 Xidməti”-nə göndərilmiş ərizəyə əsasən cərimə məbləğinin hansı əsaslarla və hansı normativ hüquqi akta əsasən hesablandığı da qeyri-müəyyəndir. “İri Şəhərlərin X1 Xidməti” PHŞ Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MTK-ya qanunsuz olaraq hesablanan borcun silinməsi ilə bağlı müvafiq göstərişlər verilməsi xahiş edilmişdir. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı MTK-ya sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə) 6984 manat borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MTK tərəfindən 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinə görə su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 34-cü maddənin 3-cü bəndinə əsasən kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 49-cu maddəsinin 4-cü bəninə səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndə əsasən reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin X1 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi su təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), sayğaca müdaxilə, habelə su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri şəhərlərin X1 Xidməti” X4in əməkdaşları tərəfindən iddiaçıya məxsus abonent kodu olan obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır və heç bir hüquqi nəticəsi yoxdur. Cavabdeh məhkəməyə həmin aktın əslini təqdim etməmiş, ümumiyyətlə iddiaya heç bir münasibət bildirməmişdir. Cavabdeh sübutları özündə saxlayıb təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halı, yəni cərimənin əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq İddiaçı MTKya 6984 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, hesablanmış 6984 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 89,84 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İri Şəhərlərin X1 Xidməti Publik Hüquqi şəxs tərəfindən əsassız hesablanmış 6984 (altı min doqquz yüz səksən dörd) manat məbləğində borc silinsin. Cavabdeh İri Şəhərlərin X1 Xidməti X4dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89 (səksən doqquz) manat 84 (səksən dörd) qəpik tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-5724/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №2-2(113)-5724/2025
22.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver