Məhkəmə qərarları › İş №2-2(113)-6/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-6/2023

07.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-6/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı1 Cavabdeh1 qarşı “əmlakdan istifadəyə son qoyulmaqla boşaldılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Yusifova X1 Barat Əli oğluna qarşı əmlakdan istifadəyə son qoyulmaqla boşaldılması tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsimə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən “Nemi” otel kompleksinin Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulması, otelə dair onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılması, otelin içindəki əmlaklarla birlikdə ona təhvil verilməsi və ona məxsus olan otelin qanunsuz istifadəsindən əldə edilən 71757,98 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş və mülki iş iqtisadi mübahisələr üzrə mülki icraata qaydasında baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva tərəfindən xx.xx.2020-ci il tarixində qərardad qəbul edilərək, İddiaçı1 Cavabdeh1 qarşı “əmlakdan istifadəyə son qoyulmaqla boşaldılması” tələbinə dair iş üzrə icraat Səbail rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 İddiaçı1 qarşı ”birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi haqqqında iddiasına dair mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək minənədək dayandırılmışdır. Daha sonra 06 dekabr 2022-ci il tarixli qərardad ilə e-2-2(113)-21/2022 saylı iş üzrə icraata təzələnmiş, iddiaçının ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-7493/2022 saylı iş üzrə iş üzrə yekun məhkəmə aktı ilə müəyyən ediləcək hallar hazırkı iş üzrə əhəmiyyət daşıması əsası ilə həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş dayandırılmışdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən 25 sentyabr 2023-cü il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək 2(103)-7493/2022 saylı iş üzrə yekun məhkəmə aktının qəbul edilib-edilməməsi, edildiyi təqdirdə isə qanuni qüvvəyə minibminməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir. Həmin məktuba cavab və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-556/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən iş üzrə icraat təzələyərək məhkəmə iclası təyin edilmişdir. İş üzrə 15 noyabr 2023-cü il tarixə, saat 17:40-a və 07 dekabr 2023-cü il tarixə, saat 12:30-a təyin edilmiş məhkəmə baxışı iclaslarında nə iddiaçı, nə də cavabdeh iştirak etməmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə baxış iclaslarına gəlməmiş və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 Cavabdeh1 qarşı “əmlakdan istifadəyə son qoyulmaqla boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar