Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-66/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi,vəkil X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xxxx” MMC-dən xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı təminatsız kredit müqaviləsinə əsasən əsas borc üzrə 4861,41 manat, faiz borcu üzrə 2364,73 manat, cərimə borcu üzrə 1013,31 manat, cəmi 8239,45 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xərcinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC-nin Müştərilərə Xidmət Departamenti ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı Təminatsız kredit müqaviləsinə əsasən “xxxx” MMC-yə 36 ay müddətinə, illik 18% olmaqla 100000 manat məbləğində kredit verilmiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən “xxxx” MMC-yə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamış və nəticədə İddiaçı1 ASC-nin Müştərilərə Xidmət Departamenti ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı təminatsız kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə cavabdeh “xxxx” MMC-nin ləğv prosesində olan İddiaçı1 ASC qarşısında əsas borc üzrə 4861,41 manat, faiz borcu üzrə 2364,73 manat, cərimə borcu üzrə 1013,31 manat, cəmi 8239,45 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırki tələblə ilk dəfə xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, lakin həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-2(82)-1025/2018 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, sözügedən qərardad alınandan sonra təkrarən məhkəməyə müraciət edildiyinə görə iddia müddəti ötürülməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi, vəkil X6 izahatında xx.xx.2019-cu il tarixdə iddia müddətinin tətbiqi haqqında yazılı ərizə ilə müraciət etdiyini, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş üç illik iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı təminatsız kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASC-nin 23 saylı Filialı ilə, etibarnamə əsasında çıxış edən 23 saylı filialın rəhbəri X2 şəxsində və digər tərəfdən “xxxx” MMC, adından çıxış edən Baş mühəndis X7 şəxsində aralarında illik 18 faiz olmaqla, 12 ay müddətinə 100000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. xx xxxx 2013-cü il tarixli İddiaçı1 ASC ilə borcalan “xxxx” MMC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı Təminatsız kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Borcverən” İddiaçı1 ASC ilə “Borcalan” “xxxx” MMC arasında imzalanmış xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı bərpaolunan X4 müddəti xx.xx.2014-cü il tarixinə qədər uzadılmışdır. xx xxxx 2014-cü il tarixli İddiaçı1 ASC ilə borcalan “xxxx” MMC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı Təminatsız kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Borcverən” İddiaçı1 ASC ilə “Borcalan” “xxxx” MMC arasında imzalanmış xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı bərpaolunan X4 müddəti xx.xx.2015-ci il tarixinə qədər uzadılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 nömrəli qərarından görünür ki, İddiaçı1 ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, əsas borc üzrə qalıq məbləğ 4861,41 manat, faiz borc üzrə qalıq məbləğ 2364,73 manat, cərimə borc üzrə qalıq məbləğ 1013,31 manat olmaqla, banka olan cəmi borc 8239,45 manat təşkil edir. “xxxx” MMC-nin hesabdan çıxarışdan görünür ki, kredit üzrə son ödəniş xx.xx.2015ci il tarixində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16954 nömrəli ekspert rəyindən görünür ki, “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixə İddiaçı1 ASC-yə 4174,68 əsas, 2030,98 manat faiz borcu cəmi 6205,66 manat olmuşdur. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdə keçirərkən müəyyən etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh xxxx” MMC-yə qarşı hazırki tələblə ilk dəfə xx.xx.2018-ci il tarixdə (SKY Mail Servisin qəbzi və iddia ərizəsində olan qeyd) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-2(82)-1025/2018 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Sözügedən qərardad, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2018-ci il tarixdə iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Namazovaya təqdim edilmişdir (sifarişli zərflərin çatdırılması qəbzi). Göründüyü kimi kredit üzrə son ödəniş xxxx” MMC tərəfindən xx.xx.2015-ci il tarixində olduğundan və iddia müddətinin bitməsinə 1 ay 2 gün qalmış (xx.xx.2018-ci il tarixdə) iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməklə iddia müddətin axımı kəsilmişdir. Lakin iddia ərizəsinin geri qaytarılması barədə qərardad iddiaçıya təqdim edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən iddia müddətinin (qalan 1 ay 2 gün) axımı yenidən başlanır və iddiaçının məhkəməyə müraciət etmənin son günü xx.xx.2018-ci ilin (fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir) olmasına baxmayaraq, iddiaçının xx.xx.2018-ci il tarixdə imzaladığı və xx.xx.2019-cu il tarixdə göndərdiyi iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur (SKY Mail Servisin qəbzi). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı təminatsız kredit müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-yə qarşı iddia müddəti ötürmədən xx.xx.2018-ci il tarixdək tələbi irəli sürmək hüququ olsa da, iddiaçı hazırki iddia ərizəsini imzaladığı tarixdən belə iddia müddətini 12 gün, həmin ərizənin məhkəməyə göndərdiyi və daxil olduğu tarixlərdən hesablayanda isə müvafiq olaraq 27 gün və 1 ay ötürmüşdür. Odur ki, hazırki iddia vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblərə aid olduğundan, 3 illik iddia müddəti tətbiq edilməklə LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin rədd olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ekspertiza xərci olan 200 manat məbləğində pul ləğv prosesində olan İddiaçı1 ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” MMC-yə qarşı xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı təminatsız kredit müqaviləsinə əsasən əsas borc üzrə 4861,41 manat, faiz borcu üzrə 2364,73 manat, cərimə borcu üzrə 1013,31 manat, cəmi 8239,45 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xərcinin xeyrinə tutulması tələbi ilə bağlı iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul cavabdeh ləğv prosesində olan İddiaçı1 ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ ******************** SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-66/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-66/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver