Məhkəmə qərarları › İş №2-2(113)-7/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-7/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-7/2020 02.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh3 və nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2na qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 10R000015098 saylı kredit razılaşması üzrə 59961.65 ABŞ Dolları məbləğində kredit borcu, 8357,83 ABŞ Dolları məbləğində faiz borcu və 15720.63 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 84040,11 ABŞ Dolları, 010R********** saylı kredit razılaşması üzrə 52627.12 ABŞ Dolları məbləğində kredit borcu, 8053,12 ABŞ Dolları məbləğində faiz borcu və 14638,25 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 75318,49 ABŞ Dolları, 010R********** saylı kredit razılaşması üzrə 11918,24 ABŞ Dolları məbləğində kredit borcu, 1659,47 ABŞ Dolları məbləğində faiz borcu və 2883,84 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 16461,55 ABŞ Dolları olmaqla ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 175820,15 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh3na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə, Cavabdeh1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə və X6ma məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməklə açıq hərracdan satılması və cəmi 175820,15 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat xidmət haqqının hərracdan əldə olunan vəsait hesabına İddiaçı1-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan ümumi qaydada tutulması; Cavabdeh3na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması; Cavabdeh1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması; Cavabdeh2na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10R000015098 saylı kredit razılaşması üzrə 59961.65 ABŞ Dolları məbləğində kredit borcu, 25506,86 ABŞ Dolları məbləğində faiz borcu və 49999,71 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 135468,23 ABŞ Dolları, 010R********** saylı kredit razılaşması üzrə 52627.12 ABŞ Dolları məbləğində kredit borcu, 23104,47 ABŞ Dolları məbləğində faiz borcu və 44729,31 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 120460,91 ABŞ Dolları, 010R********** saylı kredit razılaşması üzrə 11330,9 ABŞ Dolları məbləğində kredit borcu, 4830,39 ABŞ Dolları məbləğində faiz borcu və 9635,6 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25796,9 ABŞ Dolları olmaqla ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 281726,1 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh3na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə, Cavabdeh1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə və X6ma məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməklə açıq hərracdan satılması və cəmi 175820,15 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat xidmət haqqının hərracdan əldə olunan vəsait hesabına İddiaçı1-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan ümumi qaydada tutulması; Cavabdeh3na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması; Cavabdeh1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması; Cavabdeh2na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 10R000015098 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) ABŞ dollar məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 10038.35 ABŞ Dolları ödəmiş, onun 59961.65 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 820 gün üçün hesablanmış faiz borcu 25506.86 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 820 gün üçün hesablanmış cərimə 49999.71 ABŞ Dolları təşkil edir. Bundan başqa Kredit xətti müqaviləsi üzrə Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 7372.88 ABŞ Dolları ödəmiş, onun 52627.12 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 847 gün üçün hesablanmış faiz borcu 23104.47 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 820 gün üçün hesablanmış cərimə 49999.71 ABŞ Dolları təşkil edir. Bundan başqa. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 7372.88 ABŞ Dolları ödəmiş, onun 52627.12 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 847 gün üçün hesablanmış faiz borcu 23104.47 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 847 gün üçün hesablanmış cərimə 44729.31 ABŞ Dolları təşkil edir. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dollar məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 3669.1 ABŞ Dolları ödəmiş, onun 11330.9 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 820 gün üçün hesablanmış faiz borcu 4830.39 ABŞ Dolları təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ödəniş edilmiş və həmin ödəniş xx.xx.2014-cü il tarixli 10R000015098 saylı kredit razılaşması üzrə əsas borcdan silinmişdir. Hazırda cavabdehin xx.xx.2014-cü il tarixli 10R000015098 saylı kredit razılaşması üzrə əsas borcu 54087,93 ABŞ dolları təşkil edir. Həmin razılaşma, həmdə digər razılaşmalar üzrə faiz, cərimə borcları olduğu kimi qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2na məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh3 nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş Cavabdeh3na İddiaçı1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşmaları ilə müəyyən olunması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 10S000014191 nömrəli və xx.xx.2014-cü il tarixli 10S000014192 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan müqavilələr əsasında Cavabdeh3 xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərində birgə borcalan kimi məsuliyyət daşımaları razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10M000001515 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3na məxsus qarşılıqlı razılıq əsasında 42346,80 manat dəyərləndirilən Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən 120 ay müddətinə İddiaçı1 Elmlər Akademiyası filialının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10M000001516 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2na məxsus qarşılıqlı razılıq əsasında 42346,80 manat dəyərləndirilən Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən 120 ay müddətinə İddiaçı1 Elmlər Akademiyası filialının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10M000001517 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1na məxsus qarşılıqlı razılıq əsasında 42346,80 manat dəyərləndirilən Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən 120 ay müddətinə İddiaçı1 Elmlər Akademiyası filialının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 10R000015098 saylı kredit razılaşmasından görünür ki, Kredit xətti müqaviləsi əsasında Cavabdeh3na 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) ABŞ dollar məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmasından görünür ki, Kredit xətti müqaviləsi əsasında Cavabdeh3na 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ dollar məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3na İddiaçı1 ilə bağladığı xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmasından görünür ki, Kredit xətti müqaviləsi əsasında Cavabdeh3na 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dollar məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 087 nömrəli və xx.xx.2016-cı il tarixli 125 nömrəli və 128 nömrəli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit razılaşmaları üzrə ödənilməmiş borcların ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 16269 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsi üzrə qalıq borc 124507,01 ABŞ dolları təşkil etdiyindən, qalıq kredit məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanmaqla ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməklə məhkəmə qaydasında tutulmasına başlanılması bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 15596 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsi üzrə qalıq borc 124507,01 ABŞ dolları təşkil etdiyindən, qalıq kredit məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanmaqla ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməklə məhkəmə qaydasında tutulmasına başlanılması bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 16635 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsi üzrə qalıq borc 124507,01 ABŞ dolları təşkil etdiyindən, qalıq kredit məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanmaqla ipoteka predmetinə yönəldilməklə məhkəmə qaydasında tutulmasına başlanılması bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 24-265/18 nömrəli X8 tərəfindən tərtib edilmiş ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsi üzrə ipoteka predmeti olaraq İddiaçı1-nin xeyrinə yüklü edilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2na məxsus Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahələri hər biri ayrı-ayrılıqda 120000 manat olmaqla cəmi 360000 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 24275 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2014-cü il tarixli 10R000015098 saylı kredit razılaşması üzrə : İş materiallarında olan kredit statusu vərəqəsi və əməliyyat vərəqəsi, xx xxxxxx 2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx xxxxxxxx 2014-cü il tarixli 10R000015098 saylı kredit razılaşmasının qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh3 xx xxxxxxxx 2017-ci il tarixə əsas borcu 59743,29 ABŞ dolları, faiz borcu 18131,73 ABŞ dolları və xx xxxxxx 2019-cu il tarixə cavabdehin əsas borcu 59743,29 ABŞ dolları, faiz borcu 38952,26 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması üzrə : İş materiallarında olan kredit statusu vərəqəsi və əməliyyat vərəqəsi, xx xxxxxx 2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmasının qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh3 xx xxxxxxx 2017-ci il tarixə əsas borcu 52471,96 ABŞ dolları, faiz borcu 17952 ABŞ dolları və xx xxxxxx 2019-cu il tarixə cavabdehin əsas borcu 52471,96 ABŞ dolları, faiz borcu 34953,8 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması üzrə :İş materiallarında olan kredit statusu vərəqəsi və əməliyyat vərəqəsi, xx xxxxxx 2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixə əsas borcu 11882,27 ABŞ dolları, faiz borcu 4230,09 ABŞ dolları və xx xxxxxx 2019-cu il tarixə əsas borcu 11882,27 ABŞ dolları, faiz borcu 7132,21 ABŞ dolları müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit razılaşmalarının 4.2.2-ci bəndlərinə əsasən gecikməyə görə cərimənin hesablanması kredit razılaşmasının müddəti bitdikdən sonraya aid edildiyindən hazırki tədqiqatla cərimə hesablanmaması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsi üzrə verilməli olan kredit vəsaiti tərəflər arasında bağlanacaq kredit razılaşmaları üzrə müəyyən edilməsi razşılaşdırılmışdır. Qeyd olunan kredit xətti müqailəsi üzrə cavabdehlərlə iddiaçı arasında müvafiq olaraq zaminlik müqavilələri bağlanmışdır.Həmin müqavilələrə əsasən cavabdehlər X9 və qızı Cavabdeh1 Cavabdeh3 tərəfindən İddiaçı1 qarşısında götürülmüş öhdəliklərə görə birgə borcalan olaraq məsuliyyət daşıyırlar. Bundan başqa Cavabdeh3 ilə İddiaçı1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh3, X9 və qızı Cavabdeh1 onlara məxsus Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən əmlakları ipoteka predmeti olaraq iddiaçının xeyrinə yüklü edilmidir. İddiaçı tərəfindən Cavabdeh3na illik 1.5 faizlə ümumilikdə 145000 ABŞ dolları kredit verilmişdir. Qeyd olunan razılaşmalar üzrə cavabdeh tərəfindən müvafiq öhdəliklər tam yerinə yetirilmədiyindən iddiaçının 10R000015098 saylı kredit razılaşması üzrə 59961.65 ABŞ Dolları məbləğində kredit borcu, 25506,86 ABŞ Dolları məbləğində faiz borcu və 49999,71 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 135468,23 ABŞ Dolları, 010R********** saylı kredit razılaşması üzrə 52627.12 ABŞ Dolları məbləğində kredit borcu, 23104,47 ABŞ Dolları məbləğində faiz borcu və 44729,31 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 120460,91 ABŞ Dolları, 010R********** saylı kredit razılaşması üzrə 11330,9 ABŞ Dolları məbləğində kredit borcu, 4830,39 ABŞ Dolları məbləğində faiz borcu və 9635,6 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25796,9 ABŞ Dolları olmaqla ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 281726,1 ABŞ Dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdehin kredit xətti müqaviləsi üzrə İddiaçı1 qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin İddiaçı1-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə uyğun olaraq xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsi əsasında tərəflər arasında bağlanmış 10R000015098 saylı kredit razılaşması üzrə 54087,93 ABŞ Dolları məbləğində əsas borcu, 18131,73 ABŞ Dolları məbləğində faiz borcu, 010R********** saylı kredit razılaşması üzrə 52471.96 ABŞ Dolları məbləğində kredit borcu, 17952,89 ABŞ Dolları məbləğində faiz borcu və 010R********** saylı kredit razılaşması üzrə 11882,27 ABŞ Dolları məbləğində kredit borcu, 4230,09 ABŞ Dolları məbləğində faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə İddiaçı1-nin iddiası əsaslı olmaqla təmin edilməli, qalan hissələrdə əsas və faiz borcu təmin edilməməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin xx.xx.2014-cü il tarixli 10L000006779 saylı kredit xətti müqaviləsinə əsasən bağlanmış razılaşmalara üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə, 10R000015098 saylı kredit razılaşması üzrə 49999,71 ABŞ Dolları, 010R********** saylı kredit razılaşması üzrə 44729,31 ABŞ Dolları və 010R********** saylı kredit razılaşması üzrə 9635,6 ABŞ Dolları məbləğində cərimə borclarının cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu, 10R000015098 saylı kredit razılaşması üzrə 5400 ABŞ dolları, 010R********** saylı kredit razılaşması üzrə 5200 ABŞ dolları və 010R********** saylı kredit razılaşması üzrə 1182 ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh3 kredit xətti müqaviləsi üzrə İddiaçı1 qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, nəticədə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, İddiaçı1 kredit xətti müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı1 kredit xətti müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh3na məxsus qarşılıqlı razılıq əsasında 42346,80 manat dəyərləndirilən Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən 120 ay müddətinə, Cavabdeh2na məxsus qarşılıqlı razılıq əsasında 42346,80 manat dəyərləndirilən Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən 120 ay müddətinə və Cavabdeh1na məxsus qarşılıqlı razılıq əsasında 42346,80 manat dəyərləndirilən Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən 120 ay müddətinə İddiaçı1 Elmlər Akademiyası filialının xeyrinə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın yuxarıda göstəriln ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməlidir. Bundan əlavə, “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmetlərinin hər birinin qiyməti 120000 manat olmaqla qiymətləndirilmişdir. Məhkəmə qeyd olunan rəylə razılaşaraq cavabdehlərə məxsusu ipoteka predmetlərinin hər birinin ilkin satış dəyərinin 120000 manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3na RX seriyalı ******* nömrəli çıxarışa əsasən məxsus Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Cavabdeh2na RX seriyalı ******* nömrəli çıxarışa əsasən məxsus Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Cavabdeh1na RX seriyalı ******* nömrəli çıxarışa əsasən məxsus Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəslərinin hər birinin ilkin satış qiyməti 120000 manat məbləğində müəyyən edilməli, Cavabdeh3na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsi boşaldılmalı, Cavabdeh1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsi boşaldılmalı Cavabdeh2na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddiaçının hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan ümumi qaydada tutulması tələbinə münaibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 62 manat xidmət haqqı olmaqla cəmi 122 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat cavabdeh Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan müştərək qaydada tutularaq “X5” MMC –nin xeyrinə ödənilməlidir. Eyni zamanda cavabdehlərdən ekspertiza tədqiqatının dəyəri olan 250 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan 10R000015098 saylı kredit razılaşması üzrə 54087,93 (əlli dörd min səksə yeddi ABŞ dolları doxsan üç sent) ABŞ Dolları məbləğində əsas borcu, 18131,73 (on səkkiz min yüz otuz bir ABŞ dolları yetmiş üç sent) ABŞ Dolları məbləğində faiz borcu və 5400 (beş min dörd yüz) ABŞ Dolları cərimə borcu, 010R********** saylı kredit razılaşması üzrə 52471.96 (əlli iki min dörd yüz yetmi bir ABŞ dolları doxsan altı sent) ABŞ Dolları məbləğində kredit borcu, 17952,89 (on yeddi min doqquz yüz əlli iki ABŞ dolları səksən doqquz sent) ABŞ Dolları məbləğində faiz borcu və 5200 (beş min iki yüz) ABŞ Dolları cərimə borcu 010R********** saylı kredit razılaşması üzrə 11882,27 (on bir min səkkiz yüz səksən iki ABŞ dolları iyirmi yeddi sent) ABŞ Dolları məbləğində kredit borcu, 4230,09 (dörd min iki yüz otuz ABŞ dolları doqquz sent) ABŞ Dolları məbləğində faiz borcu və 1182 (min yüz səksən iki) ABŞ Dolları cərimə borcu məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə müştərək qaydada tutularaq İddiaçı1-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 62 (altmış iki) manat xidmət haqqı olmaqla cəmi 122 (yüz iyimi iki) manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Tutma Cavabdeh3na mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə, Cavabdeh1na mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə və Cavabdeh2na mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahələrinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı1-yə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ Cavabdehlər Cavabdeh3na, Cavabdeh1na və Cavabdeh2na qaytarılsın. Hər bir əmlakın ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. Cavabdeh3na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsi boşaldılsın, Cavabdeh1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsi boşaldılsın, Cavabdeh2na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılsın və iddiaçıya təhvil verilsin. Qiymətləndirmə ekspertizasının dəyəri olan 200 (iki yüz) manat Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan müştərək qaydada tutularaq “X5” MMC –nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar