Məhkəmə qərarları › İş №2-2(113)-7/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-7/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-7/2021 25.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh firmasına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCdən 04.09.2009-cu il tarixli 03 saylı kredit müqaviləsindən irəli gələn 120866 manat əsas borcun, 58671 manat faiz borcunun, cəmi isə 179537 manat borcun və tərəflərindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 04.09.2018-ci il tarixli 03 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 500000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit müqaviləsinin müddəti 6 ay, illik faiz isə 17% müəyyən edilmişdir. 08.04.2009-cu il tarixli 03 saylı kredit müqaviləsinə 02 saylı əlavəyə əsasən kreditin illik faizi 7%, 10.06.2009-cu il tarixli 03 saylı kredit müqaviləsinə 03 saylı əlavəyə əsasən kreditin illik faizi 4% hesablanmışdır. 16.03.2009-cu il tarixli 01 saylı, 10.09.2009-cu il tarixli 04 saylı, 26.11.2009-cu il tarixli 05 saylı və 26.04.2010-cu il tarixli 06 saylı kredit müqaviləsinə əlavələrə əsasən 04.09.2009-cu il tarixli 03 saylı kredit müqaviləsinin müddəti 23.07.2010-cu il tarixədək uzadılmışdır. Cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, verilmiş kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Hal-hzırda 04.09.2009cu il tarixli, 03 saylı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-nin iddiaçıya olan əsas borcu 120866 manat, faiz borcu 58671 manat olmaqla cəmi borc 179537 manat təşkil edir. İddiaçı Ləğv prosesində prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında tərəflərindən banka odənilməmiş borclarının qalmadığını və bu səbəbdən işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh MMC arasında 04.09.2018-ci il tarixli 03 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC-yə 500000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit müqaviləsinin müddəti 6 ay, illik faiz isə 17% müəyyən edilmişdir. - 16.03.2009-cu il tarixli, “03 saylı kredit müqaviləsinə” 01 saylı əlavəyə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 25 may 2009-cu il tarixə qədər uzadılmışdır. - 08.04.2009-cu il tarixli, “03 saylı kredit müqaviləsinə” 02 saylı əlavəyə əsasən 04.09.2008-ci il tarixli, 03 saylı kredit müqaviləsinin 1.1 bəndinə əsasən 17% əvəzinə 7% hesabı ilə hesablanması əlavə olunmuşdur. - 10.06.2009-cu il tarixli, “03 saylı kredit müqaviləsinə” 03 saylı əlavəyə əsasən 04.09.2008-ci il tarixli, 03 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ərtlər qüvvədə qalmaqla kreditin ödənilmə vaxtı 02.09.2009-cu il tarixə kimi uzadılmışdır. - 10.09.2009-cu il tarixli, “03 saylı kredit müqaviləsinə” 04 saylı əlavəyə əsasən 04.09.2008-ci il tarixli, 03 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ərtlər qüvvədə qalmaqla kreditin ödənilmə vaxtı 02.12.2009-cu il tarixə kimi, 26.11.2009-cu il tarixli, 05 saylı əlavə ilə 02.03.2010-cu il tarixinə kimi və 26.04.2010-cu il tarixli, 06 saylı əlavə ilə 23.07.2010-cu il tarixinə kimi uzadılmışdır. - Borclu Cavabdeh firmasının 04.09.2008-ci il tarixli 03 nömrəli kredit müqaviləsinə əsasən 07.09.2017-ci il tarixədək hesablanmış əsas borc və faiz borcu məbləğinə dair arayışa əsasən əsas borc 120866 manat, faiz borcu 8671 manat olmaqla cəmi 179537 manat borc müəyyən edilmişdir. - Kredit öhdəliyi üzrə əsas və faiz borcunun məbləğinə dair maliyyə arayışına əsasən iddia ərizəsi üzrə 07.09.2017-ci il tarixinə Cavabdeh MMC-nin əsas borcu 120866 manat, faiz borcu 58671 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 05.02.2019-cu il tarixli, 2187 saylı rəyinə əsasən borcalan Cavabdeh MMC tərəfindən alınmış kredit vəsaiti üzrə 23.07.2010-cu il tarixə banka ödənilməli olan borcu əsas borc üzrə 499055,59 manat və faiz borcu üzrə 65375,03 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 24.12.2019-cu il tarixli, 13535 saylı və 19.03.2021-ci il tarixli, 9/1387 saylı rəylərinə əsasən Cavabdeh MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 04 sentabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsi və əlavə razılaşmaların şərtləri əsas götürülməklə Cavabdeh MMC 23 iyul 2010-cu il tarixə banka olan borcu 481935,01 manat məbləğində müəyyən olunur və 29.09.2017-ci il tarixə banka olan borcu tam ödənilmiş və 206197,99 manat mbləğində artıq ödəniş müəyyən edilir, o cümlədən 23.07.2010-cu il tarixə əsas borc üzrə 477688,89 manat, faiz borcu üzrə 4246,12 manat, 29.09.2017-ci il tarixə əsas borc və faiz borcu olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin mübahisəsiz halından göründüyü kimi tərəflər arasında 16 mart 200-cu il tarixdə,04 sentyabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə 1 saylı əlavə bağlanmış və kredit müqaviləsinin bitmə tarixi 25.05.2009-cu il tarixədək uzadılmışdır. Bundan sonra 08.04.2009-cu il tarixdə, 04 sentyabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə 02 saylı əlavə bağlanmış və kreditin illik faizi 17 faizdən 7 faiz ilə əvəz edilmiş, 10.06.2009-cu il tarixdə, 04 sentyabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə 03 saylı əlavə bağlanmış və kreditin illik faizi 7 faizən 4 faizə endirilmiş və kreditin so müddəti 02.09.2009-cu il tarix müəyyən edilmiş, 04 sentabr 2008-ci il tarixli 3 saylı kredit müaviləsinə bağlanmış 10.09.2009-cu, 26.11.2009-cu və 26.04.2010-cu il tarixli 04, 05, 06 saylı əlavələrdə kredit müqaviləsinin bitmə tarixi 23.07.2010-cu il tarixədək uzadılmışdır. Bağlanmış hər bir əlavədə əsas borc qalığı 500000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdehin krediti üzrə banka ümumilikdə 29 sentyabr 2017-ci il tarixdək yəni məhkəmədə idia qaldırılanadək 750629,33 manat məbləğində ödəniş aparmış və həmin ödənişin 206197,99 manatı artıq ödənişdir. Həmçinin ekspert rəyindən də göründüyü kimi cavabdeh cəmiyyətin 04.09.2008-ci il tarixli 3 saylı kredit müqaviləsi və əlavə razılaşmalar əsas götürülməklə müqavilənin uzadıldığı sonun tarixə kimi yəni 23.07.2010-cu il tarixdə banka olan borcu 481935,01 (əsas borc 477688,89+faiz borcu 4246,12) manat məbləğində və iddia ərizəsinin verildiyi 29.09.2017-ci il tarixə banka olan borcu tam ödənilmiş və 206197,99 manat artıq ödəniş müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməklə hazırkı mübahisəyə tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan 04.09.2008-ci il tarixli 3 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə müddəti 6 ay müəyyən edilmiş və 26.04.2010-cu il tarixli, 06 saylı əlavə ilə 23.07.2010-cu il tarixinə kimi uzadılmışdır. Bundan başqa işdə olan heabdan çıxarışdan göründüyü kimi cavabdeh cəmiyyət tərəfindən vaxtaşırı 13.10.2014cü il tarixə kimi ödənişlər aparılmış və iddiaçı tərəfindən sonuncu ödəniş üzrə 13.10.2014cü il tarixdən üç il müddət keçmədən (müqavilə üzə tətbiq edilməli olan üç illik iddia müddəti 13.10.2017-ci ildə tamamlanır) yəni 29.09.2017-ci il tarixdə məhkəməyə müraciət edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunan normadan göründüyü kimi cavabdeh tərəfindən vaxtaşırı ödənişlər həyata keçirilməsi borcun etiraf edilməsini göstərən hərəkələr kimi qiymətləndirildiyindən və 23.10.2014-cü il tarixdən sonra yaranmış fasilələr üzrə iddia müddəti keçmədən iddiaçı tərəf müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən hazırkı mübahisə üzrə iddia müddəti tətbiq oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə borc olmadığından iddia rədd olunmalı, məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 545 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh firmasına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası rədd edilsin. Məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 545 manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar