Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-7299/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə akt əsasında yazılmış 4075,9 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3151/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmədi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli Plenumunun Qərarının: 11-ci bəndində qeyd edilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 26-cı bəndinə əsasən, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Konstitusiya Məhkəməsinin Plenum Qərarında ifadə olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə belə qənaətə gəlir ki, işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi zamanı ilkin olaraq mübahisənin subyekt tərkibinin, eyni zamanda predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması mütləq qaydada nəzərə alınmalıdır. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Bu əsasla fiziki şəxsin fərdi sahibkar statusu əldə etməsi üçün iki şərtin ödənilməsi vacibdir: 1) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və 2) dövlət qeydiyyatına alınması. Hazırkı mübahisə üzrə mübahisənin subyektiv tərkibinə gəldikdə, məlumdur ki, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs olsa da, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron məlumat bazasından əldə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsinə dair çıxarışdan müəyyən olunur ki, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmamış və fərdi sahibkar statusu əldə etməmişdir. Mübahisənin kommersiya məhkəməsinə aid olması qəanaətinə gələn Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi mübahisəninin subyekti baxımından iddiaçının deyil, onun nümayəndəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, hüquq münasibətinin xarakterinə gəldikdə isə ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində iddiaçının nümayəndəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslanmışdır. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin hüquqi mövqeyi ilə ona görə razılaşmır ki, əvvəla, subyekt tərkibi baxımından mübahisənin tərəfləri sahibkarlıq fəaliyyətini həyata keçirməyən İddiaçı (iddiaçı) və “İri Şəhərlərin Birləmiş Su Təchizatı Xidməti” X2 (cavabdeh), iddiaçının nümayəndəsi isə bu mübahisədə tərəf deyil. Digər bir tərəfdən, iddiaçının nümayəndəsi Nümayəndə sözü gedən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsi və bundan yaranan mübahisələr onun özünə aiddir və hazırkı mübahisənin xarakteri baxımından heç bir bağlılığa malik deyil. Azərbaycan Respublikası Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli Plenumunun Qərarında da fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanı yalnız 2 halla şərtləndirilmişdir: 1) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələri və 2) MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı hal. Hazırkı mübahisənin predmetini iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə akt əsasında yazılmış borcun silinməsi təşkil etdiyindən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməsi üçün qanunvericiliklə müəyyən edilmiş heç bir əsas mövcud deyil. Odur ki, hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26, 32.7, 43 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi” tələbinə dair iş məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranan fikir ayrılığına baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2-2(113)-7299/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-7299/2025
08.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver