Məhkəmə qərarları › İş №2-2(113)-7388/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-7388/2022

16.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-7388/2022 16.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu İddiaçı Cavabdehna və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminlik müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyun 20*3-cu il tarixli, 270620*3/*3564* nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *0-*.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.*-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” *8 sentyabr 2020-ci il tarixli, *0 saylı qərarının **-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in *-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan *-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. İddiaçı fərdi sahibkar statusuna malik olsa da, Elektron məhkəmə sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsindən çıxarışa əsasən İddiaçı (VÖEN: *6********) halhazırda fəaliyyətini müvəqqəti dayandırmışdır. Bundan başqa, iddia ərizəsindən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 27 iyun 20*3-cü il tarixli 270620*3/*3564* saylı kredit müqaviləsinə əsasən borcalana verilmiş 4400ABŞ dolları kreditin təminatı olaraq İddiaçı və X4 ilə bank arasında 270620*3/*3564* saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, iddia ərizəsində qeyd olunmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 20*5-ci il tarixli 2(0**)- 789/20*5 nömrəli qətnaməsi ilə X3, İddiaçı və X* 3379 ABŞ dolları əsas borc, *296 ABŞ dolları faiz borcu, *00 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4775 ABŞ dolları ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması qət edilmişdir. İş materiallarına kredit müqaviləsi əlavə olunmasa da, borclu X2 qarşı iddia tələbinin ümumi məhkəmədə qaldırılması, kreditin şəxsi istehlak məqsədləri ilə verilməsi anlamına gəlir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” bölməsində X2 aid VÖEN müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, bank ilə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs arasında kredit müqaviləsi imzalanmış, kredit şəxsi istehlak məqsədləri ilə ayrılmış, İddiaçı ilə bank arasında bağlanmış zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi müəyyən edilmişdir. Bununla əlaqədar zaminlik müqaviləsi əsas öhdəlikdən (şəxsi istehlak məqsədi ilə bağlanmış kredit müqaviləsindən) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün tərəflər arasında yaranmış münasibətlər mülki hüquq münasibətlər, bu münasibətlərdən yaranan mübahisələr də mülki hüquq mübahisələri hesab olunur. Buna görə də, məhkəmə hesab edir ki, işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.*-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; *52.*, *52.*.*, *52.*.3dz *52.*.*0-cu maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə və iddia ərizəsi həmin Məcəllənin *0-*.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehna və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminlik müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, eyni məzmunlu ərizə ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra *0 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar