Məhkəmə qərarları › İş №2-2(113)-831/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-831/2020

19.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-831/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən 19077268 nömrəli müqavilə, 051620 nömrəli abonent kodu ilə əsassız hesablanmış 4.077,89 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmamışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1436-VQD№-li qanunu ilə (xx xxxxxx 2018-ci il tarixdə qüvvəyə minmişdir) həmin məcəlləyə “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması” adlanan 10-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin 10-1.3-cü hissəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, məhkəməyə iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət olunmalıdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar