Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-8672/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız sayılması”, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair birləşdirilmiş işlər (açar sözlər: borcun ödənilməsi, müqavilənin etibarsızlığı, pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız sayılması”, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında 6 saylı Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mahmudov mənim tanışımdır. Mən ticarətlə məşğulam, cavabdeh isə mənə üstündə əlavə gəlir qaytarmaq şərti ilə borc pul verib.Bildirirəm ki, cavabdehdən 2023-cü ildə hissə-hissə olmaqla 179200 (yüz yetmiş doqquz min) manat borc almışam. Həmin borcu şifahi razılaşma əsasında almışam. Həmin borcdan 126830 (yüz iyirmi altı min səkkiz yüz otuz) manat borcu cavabdehə qaytarmışam. Cəmi 52370 manat cavabdehə borcun qalmışdır.Daha sonra malların satışında çətinliklər yarandığı üçün qalan məbləği qaytarmaqda çətinlik çəkib.Cavabdeh həmin şifahi qalan borcu rəsmiləşdirmək üçün məni notariusa dəvət etdi. Mən onunla 6 saylı Notariat Kontorunda görüşdüm. Cavabdeh mənə bildirdi ki, aramızda olan borcu rəsmiləşdirmək üçün borc müqaviləsi bağlamaq lazımdır. Mən cavabdehə bildirdim ki, aramızda olan şifahi borcu rəsmiləşdirməyə razıyam o halda ki, aramızda ancaq borc müqaviləsi əsasında borc qalsın. Digər formada məndən pul tələb olunmasın. Cavabdeh mənimlə razılaşdı. Lakin bizə Notariat Kontorunda bildirdilər ki, borc müqaviləsi bağlamaq üçün, yəni borcun yaranması üçün həmin məbləğ bankda nəğd olaraq ödənilməlidir. Həmin vaxtı cavabdeh özü mənimlə birlikdə gedərək banka pul ödəmiş, daha sonra isə həmin pul bankdan onun özünə qaytarılmışdır. Beləliklə həmin bank sənədi əsasında aramızda xx.xx.2024-cü il tarixli Borc Müqaviləsi bağlanılmışdır.Lakin xx.xx.2024-cü il tarixində cavabdeh məni öz ofisinə dəvət edərək, şifahi olaraq aramızda olan borcu tələb etdi. Həmin vaxtı videoçəkiliş edərək mənimlə onun arasında bağlanan xx.xx.2024-cü il tarixli Borc Müqaviləsinin əsassız olduğunu, həmin borc müqaviləsinin öz pulunu banka verərək, daha sonra özü götürməsini etiraf etdi, mənə heç vaxt borc vermədiyini etiraf etdi. Beləliklə, xx.xx.2024-cü il tarixində cavabdeh özü videoyazı ilə aramızda olan borc müqaviləsinin etibarsız olduğunu etiraf etdi.Lakin bu yaxınlarda cavabdehlə aramızda borc müqaviləsinin olmasına baxmayaraq cavabdeh mənə borclu olduğum 52370 (əlli iki min üç yüz yetmiş) manat borcun və əlavə onu faiz ödənişi kimi qaytarmalı olduğum pulun məndən alınaraq ona verilməsi üçün Polisə müraciət etmişdir. Mən polis Bölməsinə gedərək izahat vermişəm.Bildirirəm ki, cavabdeh məni aldadaraq aramızda olan şifahi borcu rəsmiləşdirmiş, daha sonra həmin şifahi borcun qaytarılması üçün polisə müraciət etmişdir. Beləliklə cavabdeh məndən eyni borcu 2 dəfə almaq niyyətindədir. Həmçinin hesab edirəm ki, cavabdehin xx.xx.2024-cü il tarixli videoyazıda "mənə borc vermədiyini və həmin borc müqaviləsini pulun qaytarılmasını zəmanət altına salmaq üçün yazdırdığını, həmçinin həmin borc müqaviləsi üçün banka ödənilən pulu özünün aldığını” etiraf edir.Yuxarıda göstərilən səbəblərdən, hesab edirəm ki, cavabdehlə aramızda bağlanan xx.xx.2024-cü cü il tarixli Borc Müqaviləsi etibarsız hesab edilməlidir.Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə İddiaçıArif oğlunun arasında 6 saylı Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi; 2. Cavabdeh ilə İddiaçıArif oğlunun arasında bağlanmış xx.xx.2024-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 94900 manat pul məbləğinin və ödədiyi 372 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması tələb edilən 100300 (yüz min üç yüz ) manat və dövlət rüsumu olaraq ödənilmiş 392( üç yüz doxsan iki) manat pul məbləğinin cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2592/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin mülki iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-3236/2025 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
7. Daha sonra Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(008)- 3236/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız sayılması”, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
III. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, özü tərəfindən verilmiş iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, qarşı tərəfin iddia ərizəsini qismən, 52.300 manat borc və 2400 manat icarə haqqı məbləğini qəbul edirlər vəhəmin hissədə təmin edilməsinə etiraz etmirlər.
IV. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilən iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. İddiaçı iddia tələbini müqavilənin etibarsız hesab edilməsi hissəsində qəbul edirlər. Əlavə olaraq qeyd etdi ki, İddiaçı məhkəməyə təqdim edilən video görüntüdə həmçinin özünün imzaladığı sənəddə 1***0-dən çox borcunun qalmasını etiraf etmişdir. Gündüz tərəfindən ona hər hansı ziyan dəyməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan, iddiamızın təmin edilməsini xahiş edirik. İddia tələbini İcarə haqqı ilə bağlı hissədə qismən müdafiə edərək 2400 manat hissəsidə təmin edilməsini xahiş edirik.
V. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
VI. Sübutların tədqiqi:
10. İddiaçı Cavabdeh (“borc verən”)ilə cavabdeh İddiaçı (“borc alan”) arasında xx.xx.2024cü il tarixli borc müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən “borc verən” “borc alana” 80 *** manat məbləğində borc pul verir. - 2 -ci bəndinə əsasən “borc alan” borcu xx.xx.2025 tarixnədək “borc verənə” qaytarmağı öhdəsinə götürür.
11. İddiaçı Cavabdeh (“icarəyə verən”) ilə cavabdeh İddiaçı (“icarəçi”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən obyektin 100 kv.m sahəsini cavabdehə 10(on) il müddətinə hər ay 300(üç yüz) manat ödəniş şərti ilə icarəyə verilmişdir.
12. Xəzər rayonu RPİ-nin İstintaq şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır.
13. Şahid və şübhəli şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl ticarət ilə məşğul olmağa başlamış və Çin Xalq Respublikasından elektron mallar gətirib gömrükdə rəsmiləşdirdikdən sonra Bakı şəhərində müxtəlif dükanlara satışını təşkil etməklə .-.kəsini dolandırmışdır. Cavabdeh Bakı şəhəri. Xəzər rayonu. Binə qəsəbəsi. Atçılıq yaşayış massivində onunla qonşuluqda yaşamış və onun Binə Atçılıq yaşayış massivində dükanı olmuşdur. 2023-cü ilin noyabr ayında onun Çin Xalq Respublikasından elektron mallar gətizdirmək üçün kifayət qədər pulu olmadığından Cavabdeh bu barədə demiş və ona elektron malların gətizdirilməsi üçün yerdiyi puldan ona 41.900 manat qazanc verəcəyini bildirmişdir. Cavabdeh də onunla razılaşmış və 2023-cü ilin noyabr ayından 2024-cü ilin əvvəlinə kimi ona hissəhissə olaraq ümumilikdə 162.200 manat pul vermişdir. Cavabdeh ona həmin pulu Çin Xalq Respublikasından elektron mallar gətizdirib satdıqdan sonra ona verdiyi pulun üzərində 41.900 manat qazancla geri qaytarmaq üçün vermişdir. Bundan sonra 2024cü ilin fevral ayından 2024-cü ilin may ayına kimi Çin Xalq Respublikasından müxtəlif elektron mallar gətizdirmiş və həmin malları gömrükdə rəsmiləşdirdikdən sonra Bakı şəhərində satışını təşkil etməyə başlamışdır. Lakin həmin vaxtlar alver bir az zəif getdiyi üçün həmin malları sata bilmədiyindən Cavabdeh ilə aralarında narazılıq baş vermişdir. Bundan başqa Cavabdeh ona 2024-cü ilin noyabr ayında gömrükdə malların olduğu üçün daha 17*** manat pul vermişdir ki. həmin malları rəsmiləşdirib oradan çıxarıb satışını təşkil edə bilsin. Həmin pula malları rəsmiləşdikdən sonra satışını təşkil etmişdir. Bundan sonra həmin vaxtı Çin Xalq Respublikasından gətirdiyi elektron malların bir hissəsini, ya ni 101500 manat dəyərində elektron malları Cavabdeh götürdüyü pulun əvəzinə ona vermişdir. Həmin malları Cavabdeh özünə məxsus Bakı şəhəri. Xəzər rayonu. Binə qəsəbəsi. Südçülük sovxozunda yerləşən dükanına yığdırmışdır. Həmin 101500 manat dəyərində elektron malların Cavabdeh verməsi videogörüntü ilə qeydə alınmışdır. Bundan sonra. 2024-cü ilin avqust ayının əvvəlindən 2024-cü ilin noyabr ayına kimi Niftulla Nıiftullayevə həmin gətirtdiyi elektron mallar satıldığı zaman ona hissə-hissə olaraq ümumilikdə 19.300 manat nəğd pul vermişdir. 2024-cü ilin dekabr ayında isə Cavabdeh götürdüyü pulun əvəzinə 6030 manat dəyərində elektron malları sonuncuya vermişdir. Həmin elektron malları N'iftullaya verəndə maHarın qiymətini öz aralarında razılaşdırdıqdan sonra vermişdir. Hazırda Zaqatala və digər rayonlarda ümumilikdə təxminən 8500 manat dəyərində elektron malları qalmışdır və həmin malları da Niftullava pulun əvəzinə verəcəkdir. Onun gətirtdiyi elektron mallardan təxminən 2***0-25*** manat ziyan etmişdir. Belə ki. gətirdiyi elektron malların içərisində nasaz televizor və qazan dəstləri olmuşdur. Əlavə olaraq bildirmişdir ki. hazırda Niftulla Nıftullavevə 52.370 manat mallara verilən pula görə və qazanc olaraq 41.900 manat borcu qalmışdır.
14. Zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki. 30 noyabr 2023-cü il tarixdə İddiaçı ona elektron malların satışında yaxşı pul olduğunu və birlikdə həmin elektron malların satışı ilə məşqul olmasını və ondan həmin malların gətirilməsi üçün pul qoymağını bildirmişdir. O. da Gündüzə inandığı üçün razılaşmışdır. Buna görədə o. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cii il tarixədək olan müddət ərzində Çin Xalq Respublikasından elektron malların gətirilməsi üçün İddiaçı hissə hissə olaraq ümumilikdə 162200 manat pul vermişdir. O. həmin pulları Bakı şəhəri, xəzər rayonu. Binə qəsəbəsi. Binə Atçılıq yaşayış massivində özünün işlətdiyi dükanda İddiaçı vermiş və həmin pulları verməsi barədə onun qeydiyyatları olmuş, yəni İddiaçı həmin pulları alması barədə özünün imzaları olmuşdur. Bundan sonra İddiaçı hissə hissə olaraq, ş əni 200 manat və 300 manat olmaqla pulları onun kartına göndərməklə həmin pullar guya malların satışından qazanılan pullar olmasını demişdir. Beləliklə hissə hissə olaraq Gündüz ona 19300 manat pul vermişdir. Lakin bir müddət sonra yəni. xx.xx.2024-cii il tarixdə İddiaçı yenidən ondan malların alınması adı ilə 17*** manat pul istəmiş və o. inandığı üçün Bakı şəhəri, xəzər rayonu. Binə qəsəbəsi. Binə Atçılıq yaşayış massivində özümün işlətdiyim dükanda İddiaçı 17*** manat pul vermişdir. Təxminən 2024-cü ilin iyun ayında Çin Xalq Respublikasından elektron mallar gəlmiş, lakin Gündüz həmin malları ona göstərməmişdir. Bundan sonra o. İddiaçı Bakı şəhəri. Sabunçu rayonu. Bakıxanov qəsəbəsində icarəyə götürdüyü anbara getdikdə ona məlum olmuşdur ki. İddiaçı onun v erdiyim 1 “9200 manat pula cəmi 3***0 manat dəv ərində elektron mallar gətizdirmiş və həmin mallar Gündüzün ona dediyi mallar olmamışdır. O. İddiaçı nə üçün onun v erdiyi pulun əvəzinə az elektron mallar gətirdiyini soruşduqda. Gündüz ona malların bir qismini dükanlara payladığını və bir qismi isə gömrükdə olduğunu bildirmişdir. Bundan sonra o. İddiaçı un onu aldatdığını başa düşmüş və onun verdiyi pulları qaytarmağı tələb etmişdir. İddiaçı müxtəlif bəhanələr gətirərək onun verdiyi pulları geri qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra o. Gündüzə barəsində şikayət edəcəyibi dedikdə Gündüz ona verdiyi pulun əvəzinə maya dəv əri 65*** manat olan müxtəlif elektron malları vermişdir. Həmin mallar isə ona dediyi mallar olmamışdır, yəni xaricdən gətirmədiyi və özü yerli bazarlardan aldığı mallar olmuşdur. Bundan sonra o. yenədə Gündüzdən pullarım tələb etmiş. Gündüz isə bu günə qədər onun pulunu geri qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı ondan dələduzluq yolu ilə ələ keçirdiyi 94900 manat pulunun geri qaytarılmasında ona köməklik göstərməsini xahiş edir.
15. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü tarixli videoyazının məzmunundan görünür ki, İddiaçı Cavabdeh ticarət məqsədilə borc pul adığını və 98900 manat məbləğində qalıq borcunun olmasını öz sözləri ilə təsdiq etmişdir. VII. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. - 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.2-ci maddəsinə əsasən icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
19. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
23. Məhkəmə qeyd edir ki, ilk öncə Cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə münasibətdə olan iddia tələblərinə qiymət verilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarə münasibətləri yaranmış və hal-hazırda Cavabdeh İddiaçı həmin icarə müqaviləsi üzrə yaranmış 5400 manat icarə haqqını tələb etmiş, lakin sonradan məhkəmə iclasında həmin tələbi 2400 manat hissəsində müdafiə etdiyini bildirmiş, İddiaçı tərəfindən icarə haqqına dair tələb 2400 manat hissəsində etiraf edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlar, həmçinin tərəflərin izahatları ilə tərəflər arasında icarə münasibətlərinin olması, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsi və 2400 manat icarə haqqının ödənilməmiş qalması işin mübahisəsiz halıdır və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş hesab edilməli, İddiaçı 2400 (iki min dörd yüz) manat məbləğində icarə haqqı Cavabdeh xeyrinə tutulmalıdır.
24. İddia tələblərinin tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında birgə əməkdaşlıq haqqında şifahi razılaşma olmuş,həmin razılaşmaya əsasən Cavabdeh İddiaçı qazanc əldə etmək məqsədilə cəmi 179200 manat(162200+17***) manat məbləğində pul vermiş və sonuncu həmin pulu və alınan malların satışından əldə etdiyi gəlirin bir hissəsini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin puldan 19300 manatını pul şəklində müəyyən hissəsini isə mal şəklində geri qaytarmışdır. Qeyd edilən hal tərəflər arasında mübahisələndirilmir, tərəflərin izahatı, həmçinin istintaq orqanında verilmiş izahatlar, həmçinin məhkəmənin baxış iclasında tədqiq edilmiş video yazıyla təsdiqini tapır. İddiaçı tərəfindən Cavabdeh qaytarılan malların dəyəri tərəflər arasında işin mübahisələndirilən halıdır.
25. Məhkəmə qeyd edir ki, tərəflər borcun rəsmiləşdirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli notarial təsdiq edilmiş borc müqaviləsi bağlamışlar.İş materiallarına əlavə edilmiş sənədlər,habelə tərəflərin məhkəmə iclasında verdiyi izahatlar ilə təsdiq edilir tərəflər arasında imzalanmış borc müqaviləsi,tərəflər arasında mövcud olan real birgə əməkdaşlıq münasibəltərini əks etdirmir və başqa əqdi pərdələmək məqsədilə bağlanılmış müqavilədir. Həmin müqavilənin etibarsız olması faktını hər iki tərəf təsdiq edir və Cavabdeh müqavilənin etibarsız hesab edilməsinə dair iddianı məhkəmə iclasında etiraf etmişdir.
26. Müqavilənin etibarsız hesab edilməsinə dair iddia etiraf edilsə də, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü i tarixli müqaviləyə münasibət bildirməyi zəruri hesab edir.
27. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
28. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
29. İddiaçı ona istinad edir ki, 80 *** manat məbləğində borc müqaviləsinin imzalanmasında məqsəd birgə fəaliyyətdən yaranmış borcun rəsmiləşdirilməsi olmaq formal xarakter daşımışdır.
30. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli borc müqaviləsi etibarsız hesab edilməlidir.
31. İddiaçı Cavabdeh İddiaçı 100300 manat pulun tutulmasnı xahiş etmiş və qeyd etmişdir ki, tələb olunan 100300 manat borc məbləğindən 5400 manat icarə haqqı və 94900 manat öhdəliyin icra edilməməsinə görə yaranmış borc məbləğidir.
32. Məhkəmə Cavabdeh iddia tələbinin ikinci hissəsi – 94900 manat pulun ödənilməsi – ilə bağlı məhkəmə edir ki, İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda həmin məbləğin 52370 manat hissəsini qəbul etdiyini bildirmiş və həmin hissədə iddianı etiraf etmişdir.
33. İş materiallarına əlavə olunmuş sübutlar, habelə tərəflərin məhkəmə iclaslında və İddiaçı Xəzər RPİ-də verdiyi izahatdan məlum olur ki, sonuncu 94900 manat öhdəliyinin olduğunu qəbul etmiş və qeyd etmişdir ki, 52.370 manat mallara verilən pula görə və qazanc olaraq 41.900 manat borcu qalmışdır. Həmçinin məhkəmənin baxış iclasında tədqiq edilən video görüntüdə İddiaçı Cavabdeh ticarət məqsədilə borc pul adığını və 98900 manat məbləğində qalıq borcunun olmasını öz sözləri ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı qazanc əldə etmək məqsədilə cəmi 179200 manat(162200+17***) manat məbləğində pul verməsi və İddiaçı 19300 manat məbləğində pulu qaytarması işin mübahisələndirilməyən halıdır. Həmçinin İddiaçı tərəfindən Cavabdeh müəyyən miqdarda mal verilməsi halı öz təsdiqini tapsa da, həmin malların dəyərinin hansı miqdarda olmasına dair İddiaçı tərəfindən hec bir sübut təqdim edilməmiş, həmçinin İddiaçı həm istintaqda verdiyi izahatında cəmi 94900 manat, həm məhkəmənin baxış iclasında tədqiq edilən video görüntüdə 98900 manat məbləğində borcunun qalmasını etiraf etmiş və məhkəməyə bunun əksini sübut edəcək hər hansı, sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, G.Qasımv Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öhdəliklərin lazımınca yerinə yetirməmişdir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı 94900 manat məbləğində pul Cavabdeh xeyrinə tutulmalıdır.
34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə Cavabdeh tərəəfindən 392 manat və İddiaçı tərəfindən 330 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
35. Məhkəmə hesab edirki, cavabdeh İddiaçı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 381.9 (üç yüz səksən bir manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh xeyrinə, Cavabdeh 330 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı 2400 (iki min dörd yüz) manat məbləğində icarə haqqı, 94900 (doxsan dörd min doqquz yüz) manat məbləğində borc vəsaiti və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 381.9 (üç yüz səksən bir manat doxsan qəpik) manat məbləğində dövlət rüsumuu tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli icarə müqaviləsi xx.xx.2024-cü il tarixində ləğv edilmiş hesab edilsin. Cavabdeh 330 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova