Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-8807/2024 23.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair işi nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2024-ci il tarixli, 3-21-3/2-2250/2024 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Aşağıdakı səbəblərdən hesab edirik ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2024-cü il tarixli, UNİ/M-107-260/2024 nömrəli rəyinə əsasəntorpaq sahəsinin bazar dəyəri 1 558 500,0 (bir milyon beş yüz əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə və qiymətləndiricinin rəyinə əsasən, mübahisənin predmeti olan torpaq sahəsinin aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat təşkil edir (1 558 500-in 3 faizi = 46755/12=3896) Bakı şəhəri Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1214/2024 saylı qərardadı ilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMCyə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair iş ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Kommersiya Məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşdiyindən və mübahisə həmin daşınmaz əmlakla bağlı olduğundan hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşür və mübahisəyə daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır ki, hazırki məhkəmə qeyd edilən mübahisəyə baxmaqda səlahiyyətli deyildir və işi aidiyyət qaydalarının pozulması ilə öz icraatına qəbul etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə daşınmaz əmlakın olduğu yer üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarından isə görünür ki, iş üzrə cavabdeh hüquqi şəxsin qeydiyyat ünvanı ünvan 2 münasibətlərindən irəli gəlir və torpaq sahəsinin mülkiyyətçisi də onunla icarə müqaviləsinin bağlanması tələbini məhkəmədə mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə hər hansı mülkiyyət hüqularından məhrum edilmə və ya mülkiyyət hüquqlarına müdaxilədən bəhs edilmir, ona görə də hazırki işin ərazi aidiyyətini AR MPM-nin 39-cü maddəsində göstərilən məsələlər dairəsinə aid etmək olmaz. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına əsasən Ucar rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,44, 45 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №2-2(113)-8807/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-8807/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver