Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-8890/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı borc tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Bakı şəhəri Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun tutulması, əqdin etibarsız hesab edilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı borc tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Bakı şəhəri Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000 (qırx beş min) manat borc və 6750 manat zərər olmaqla, ümumilikdə 51750 manat pulun və 245 (iki yüz qırx beş) manat dövlət rüsumunun tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 avqust 2022-ci il tarixdə Yasamal rayon ərazisində bağışlanma əsasında iddiaçıya məxsus olan 3 otaqlı mənzili 156000 manata satmışdır. Göstərilən puldan 16 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı keçmiş həyat yoldaşının anası vasitəsi ilə tanıdığı Cavabdeh 45000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri notarial ofisinin xx.xx.2024-cü il tarixli icra qeydində İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 45000 manat, borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, 45025 manat pulun tutulması göstərilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. Bu müddət ərzində cavabdehdən borcun qaytarılmasını tələb etdikdə müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınmışdır. Cavabdehə bu barədə poçt bildirişi ilə borcun ödənilməsi təqdim edilmişdir. Müqavilənin 7ci bəndində nəzərdə tutulmuşdur ki, ödəniş müddətinin keçməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Həmin Notariat Ofisi tərəfindən qeyd edilən kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə verilmiş "İcra qeydindən" görünür ki, borcun ödənilməsi məqsədi ilə 45000 manat məbləğində pul iddiaçıdan tutularaq cavabdeh İddiaçı ödənilməlidir. Tərəflər arasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri notariat ofisində notariusun açılmış depozit hesabında 45000 manat pul vəsaiti borc verən İddiaçı tərəfindən yerləşdirilmişdir. Müqavilənin 7-ci bəndinin şərtlərinə görə borc alan müddətin keçməsi haqqında kreditor tərəfindən bildirişi aldıqdan sonra borc notarius tərəfindən icra qeydi əsasında mübahisəsiz tutulur. Borc alanın yalnız borcu ödəməkdən yayınmaq üçün icra qeydinin ləğvi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edir. İşə baxmış Səbail Rayon Məhkəməsi mübahisə olduğu əsası ilə Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsini qət etmişdir. Göstərilənlər borcun alınması üçün məhkəmə müdaxiləsini zəruri etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 385.1, 386.1, 390.1, 390.2, 405.1, 405.2, 406.1, 425.1, 447, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinad edilmişdir.
4. İlkin iddia üzrə cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Notariat Ofisinə bağlanmış kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, biznes fəaliyyəti ilə məşğul olur. 2020-2021-ci illərdəki pandemiya səbəbindən biznes fəaliyyəti zəifləmişdi. Biznes fəaliyyətini bərpa etmək üçün pul lazım idi. Bu məqsədlə uzun müddət tanıdığı Reyhan Aslanovaya müraciət etdi. O, onun həyat yoldaşının sinif yoldaşıdır, yaxın ailəvi münasibətləri vardır. Reyhan Aslanova ona 45.000 manat məbləğində pul verməyə razı oldu. İlk öncə Reyhan Aslanova aralarında hər hansı sənəd tərtib olunmasını istəmədi, lakin o və həyat yoldaşı təkidlə borc müqaviləsini sənədləşdirməyi tələb etdilər, Reyhan Aslanova sənədləşdirmənin lazım olmadığını bildirsə də, o, daimi Çin Xalq Respublikasına uçduğunu, biznes şərikliyinin olduğunu, gündə bir bədbəxt hadisə baş verdiyini bildirərək, onu razı saldı. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Notariat ofisinə getdilər, Reyhan Aslanovanın şəxsiyyətini təsdiq edən sənədi üzərində olmadığı üçün o, yeznəsi İddiaçı zəng etdi, ondan şəxsiyyət vəsiqəsinin üzərində olduğunu soruşdu, sonuncudan müsbət cavab aldığdan sonra onun notariat ofisinə gəlməsini xahiş etdi. İddiaçı notariat ofisinə gəldi, şəxsiyyət vəsiqəsini təqdim etdi, kredit müqaviləsi onunla bağlandı. Notariat ofisində Reyhan Aslanova ona 45000 manat məbləğində pul verdi. O İddiaçı borc almamış, həmin borcu o, onun qayınanası X4 almışdır. İddiaçı onu tanımır, onunla hər hansı münasibəti olmamışdır və ondan borc almağı absurddur. Borc alındığı günədək onu maksimum 2 dəfə görmüşdür. Bu müddət ərzində İddiaçı ona borcun qaytarılması barədə bir dəfə də olsun, müraciət etməmişdir. Kredit müqaviləsi üzrə Reyhan Aslanovadan aldığı 45.000 manat məbləğində pul onun tərəfindən tam həcmdə ödənilmişdir. Həmin faktı Reyhan Aslanova da təsdiq edə bilər. İddiaçı notariat ofisinə icra qeydi almaq üçün müraciət etmiş, Bakı şəhəri Notariat Ofisinin Xüsusi notariusu tərəfindən 3.10.2024-cü il tarixli icra qeydi verilmiş və icra qeydi icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda İddiaçıla Reyhan Aslanovanın münasibətləri pozulmuş, Hikmət X1 Qurbanova ilə boşanmış, İddiaçı mediasiya prosesində və məhkəmənin hazırlıq iclasında Çinarə Qurbanovanın nikahın pozulması tələbindən imtina edəcəyi təqdirdə barışmaq istəmiş, lakin Çinarə Qurbanova iddiadan imtina etmədiyi üçün barışıq alınmamışdır. İddiaçı məhkəmə iclasında Çinarə Qurbanovaya demişdir ki, onunla barışarsa, pul tələbindən imtina edəcəkdir. Məhz həmin səbəbdən İddiaçı indi xatırlayıbdır ki, nə vaxtsa, belə bir müqavilə bağlanmışdır, bu müqavilədən istifadə edərək, Çinarə Qurbanova və Reyhan Aslanovanı sıxışdırmaq istəyir. Hazırda İddiaçı hüquqdan sui-istifadə edərək onun hesabına varlanmaq istəyir. O, kredit müqaviləsi üzrə aldığı pulu vaxtında və tam həcmdə qaytardığı üçün müqavilənin icrasına xitam verilməsini istəyir. Cavabdehin hüquqdan suiistifadə etməsi nəticəsində o, son dərəcə əlverişsiz vəziyyətə düşmüşdür, ona görə də həmin müqaviləni mübahisələndirə bilər. Cavabdeh İddiaçı hüquqdan sui-istifadə etməsi nəticəsində son dərəcə ağır əlverişsiz müqavilə bağlamış, hazırda aldadıldığı üçün ağır vəziyyətə düşmüşdür. Müqavilə üzrə aldığı pulu vaxtında və bütövlükdə qaytarmışdır. Yuxarıda qeyd etdiyi səbəblərdən cavabdeh onun əlverişsiz vəziyyətə düşməyindən suiistifadə edərək, varlanmaq istəyir, həmin müqaviləni cavabdeh İddiaçı ilə bağlamaq və ondan borc pul almaq niyyəti olmamış, ondan borca pul almamışdır. Ona görə də həmin müqavilə etibarsız sayılmalıdır.
7. İddia tələbinin əsası kimi 324.1, 324.5, 339.6, 339.2, 560.1, 560.2, 739.1, 739.2-ci maddələrinə istinad edilmişdir.
8. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
9. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh ilə tanış olmağına vasitəçi qaynanası olmuşdur. Cavabdeh ondan borc alanda qaynanası zəng etməyib, notariatda da olub. Müqavilənin bağlanması zamanı Cavabdehı o çağırmışdır. Səbəbini bilmir, amma ondan pul istəmiş, o da vermişdir. Sadəcə özünü təminat altına almaq məqsədilə müqavilə bağlamışdır. 45000 manat məbləğində pul vəsaitini Cavabdeh təhvil veribdir. Atası ona ev bağışlamışdı, həmin evin satışından əldə edilmiş pul vəsaiti varıydı. Pulun verilməsi zamanı əlavə gəlirin əldə edilməsi barədə fikri olub, amma hər hansı bir gəlir əldə etməmişdir. Bu fikrindən yayınmışdır. Qaynanası ilə çox yaxın münasibətləri olmuşdur. O da borc məbləğinin verilməsi ilə bağlı arxayınçılıq verdi deyə, razılaşdı. Həmin ərəfədə VÖEN-i var idi, amma hal-hazırda dayandırılmışdır. Nikah dövründə hər hansı bir ev almamış və təmir etməmişdir. Cavabdehin dedikləri tamamilə əsassız mülahizələrdir.
10. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın təmin, ilk iddianın isə əsassız olduğundan rədd olunmasını xahiş etdi.
11. Borc verən qismində İddiaçı ilə borc alan qismində Cavabdeh arasında notarial qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 45000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir; 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürür; 7-ci bəndinə əsasən ödəniş müddətinin gecikdirilməsi halında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır; 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
12. Satıcı qismində İddiaçı ilə alıcı qismində X5 arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 90.3 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəsini alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcılar daşınmaz əmlakı 156000 manat qiymətinə satır, alıcı isə həmin qiymətə aldı. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
13. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-211/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Notariat Ofisinin xüsusi notariusu tərəfindən verimiş 03 oktyabr 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3331/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və Bakı Şəhəri Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddiası üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. İş materiallarına ilkin iddiaçı tərəfindən whatsapp yazışmaları əlavə edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
18. İlkin iddia tələbinin bir hissəsini Cavabdeh 45000 (qırx beş min) manat borcun tutulması təşkil edir.
19. Hesab olunur ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır.
20. Belə ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Müqavilə şərtlərinə əsasən borc verən iddiaçı borc alana 45000 manat məbləğində pulu borc verməyi, borc alan isə borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən üzərinə düşən öhdəliyi icra etsə də, borc alan tərəfindən götürülən öhdəlik icra olunmamış, borc məbləği qaytarılmamışdır. Yəni iddiaçı göstərilən məbləğdə pula mülkiyyət hüququnu cavabdehə keçirməyi öhdəsinə götürmüş və öhdəliyinə əməl etmiş, cavabdeh isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmişdir. Ödəniş müddəti gecikdirildiyindən borc notarius tərəfindən aparılan icra qeydi əsasında icraya yönəlmiş, lakin yuxarıda qeyd olunan qətnamə ilə icra qeydi ləğv edilmiş, ona görə də iddiaçı borcun məhkəmə qaydasında tutulmasını tələb etmişdir.
21. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilən əsaslarla iddiaya etiraz etmişdir. Lakin hesab olunur ki, etiraz əsassızdır. Belə ki, borc müqaviləsi bağlananadək tərəflər və digər adı çəkilən şəxslər arasında olan münasibətlər məhkəmənin fərqli nəticəyə gəlməsi üçün əsas ola bilməz. Belə ki, razılıq əsasında bağlanmış, notarial qaydada təsdiq edilmiş müqavilə tərəflər üçün öhdəliklər yaratmış və iddiaçı qarşısında öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh müqaviləni bağlayarkən bilirdi və ya bilməliydi ki, borcu qaytarmaq öhdəliyini o, müqavilə tərəfi qarşısında daşıyır. Müqavilə tərəfinə isə borc qaytarılmamışdır.
22. Qanunvericilik normalarından da göründüyü kimi, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
23. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, aldığı borc məbləğini müvafiq olaraq pul şəklində iddiaçıya qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 45000 (qırx beş min) manat borc tutularaq iddiaçıya ödənilməlidir.
24. İlkin iddia tələbinin digər hissəsini Cavabdeh 6750 manat zərərin tutulması təşkil edir.
25. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə təmin olunmamalıdır. İddiaçının zərərə məruz qalması, bunun nədə ifadə olunması, əsasları və s. iddia ərizəsində əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlmişdir.
26. Qarşılıqlı iddia tələbini kredit müqaviləsinin etibarsız sayılması təşkil edir. Qarşılıqlı iddiaçı hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 339.6-cı maddələrinə istinad etmişdir.
27. İlk iddiaya münasibətdə gəlinən nəticə, notarial qaydada bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia təmin olunmamalıdır.
28. MM-nin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Hazırkı halda cavabdehin aldadıldığı ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamış, eləcə kredit müqaviləsinin etibarsız sayılması üçün mülki qanunvericilikdə nəzərdə tutulan digər əsasların olması müəyyən edilməmişdir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” daha bir 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.”
30. Qərarda qeyd olunur ki, Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddət isə zorakılıq, hədə nəticəsində və iradənin başqa cür zədələnməsi hallarında əqdin bir il müddətində mübahisələndirilməsini ehtiva edir. Bu cür əqdlər qanunda bir qayda olaraq “mübahisələndirilə bilər” sözləri ilə ifadə edilmişdir və onların mübahisə edilməsinin üsulu ilə bağlı təcrübədə müxtəlif yanaşmalar mövcuddur.
31. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
32. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
33. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırkı halda həmçinin əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulan bir illik müddət də keçmişdir.
35. Eləcə də, ilkin iddia üzrə iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
36. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213 (iki yüz on üç) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 45000 (qırx beş min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 213 (iki yüz on üç) manat olmaqla, ümumilikdə 45213 (qırx beş min iki yüz on üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova