Məhkəmə qərarları › İş №2-2(113)-9146/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-9146/2025

07.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-9146/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi X6, İddiaçıların nümayəndəsi və vəkili X2, Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı2 cavabdeh Bakı şəhəri 03 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçılar X5 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 3 saylı Notariat ofisinə, "El-Ex” MMC-yə, "X4” MMC-yə və Bank "BTB” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11inin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 8İ-308 saylı icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi; "EL- EX” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R01/20/24/647 saylı Qiymətləndirmə rəyinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi; İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "X1” MMC tərəfindən cavabdeh Bank "BTB” ASC-yə satılmasına dair keçirilmiş hərrac etibarsız hesab edilərək, 15 mart 2025-ci il tarixli **********11716096 saylı hərrac protokolu ləğv edilərək, həmin əmlakın Bank "BTB” ASC-nin mülkiyyətinə keçməsi barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 tərəfindən "Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2025-ci il tarixdə ********** nömrə altında aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında Bank "BTB” ASC-nin adına verilmiş "Reyestrdən çıxarış” ləğv edilərək, həmin fərdi yaşayış evi üzərində İddiaçı2 mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-7826/2025 saylı qərardadı ilə İddiaçılar X5 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 3 saylı Notariat ofisinə, "El- Ex” MMC-yə, "X4” MMC-yə və Bank "BTB” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11inin 1 saylı Bakı Ərazi İdarəsi) icra qeydinin, qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair e-2-2(113)-7826/2025 saylı iş üzrə icraat “xx.xx.2024-cü il tarixli 8İ-308 saylı icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbi hissəsində ayrılması və işə yeni nömrə verilməsi qərara alınmışdır. İddiaçı2 cavabdeh Bakı şəhəri 03 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair e-2-2(113)-9146/2025 saylı iş X10nın icraatına xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9146/2025 saylı qərardadı ilə İddiaçı2 cavabdeh Bakı şəhəri 03 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 9146/2025 xx.xx.2025-ci il tarixli qərardadını ləğv etməyinizi, əks təqdirdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9146/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 9146/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı2 cavabdeh Bakı şəhəri 03 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına əsasən mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə dair tələblərə ümumi məhkəmələrdə baxılır. Hazırkı tələb notariusun icra qeydinin ləğvi olduğu üçün hazırkı mübahisəyə mülki icraat qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 cavabdeh Bakı şəhəri 03 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 165-167, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdeh Bakı şəhəri 03 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar