Məhkəmə qərarları › İş №2-2(113)-9217/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-9217/2025

25.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-9217/2025 25.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Qurbanov Nuranə Namiq qızının katibliyi ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ilk dəfə Yasamal RM-nə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "X1 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hərəkətlərinin qanunsuz sayılmasına və mülkiyyətində olan Bərdə rayonu, Çəmmənli kəndində yerləşən 0,28 ha torpaq sahəsində yerləşən 205,1 kv.m sahədən ibarət fərdi yaşayış evinin "xxxx" KB ASC tərəfindən qəbul ediməsinə dair xx.xx.2023-cü il tarixli, 284/23 saylı açıq hərracın yekunlarına dair protokolun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal RM-nin xx.xx.2025-ci il tarixli, 2(004)-4854/2025 saylı qərardadı ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs “X2” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 4854/2025 saylı mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Bakı Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, iş üzrə ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:20-ə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəmənin ilk hazırlıq iclasına gəlmədiklərindən hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclaslarında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-nin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar