Məhkəmə qərarları › İş №2-2(113)-96/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-96/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-96/2021 28.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2na qarşı 769F5 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas borc üzrə 155261.19 manat, faiz borcu üzrə 107497.59 manat, cərimə borcu üzrə 164363.85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 32798.93 manat, cəmi borc üzrə 459921.56 manat borcun və ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1nə və Bayramov Rövşən Cəbrayıl oğluna qarşı 769F5 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas borc üzrə 155261.19 manat, faiz borcu üzrə 107497.59 manat, cərimə borcu üzrə 164363.85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 32798.93 manat, cəmi borc üzrə 459921.56 manat borcun və ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli 2-2(113)-772/2020 saylı qərardadı ilə, iş üzrə cavabdeh Bayramov Rövşən Cəbrayıl oğlu, onun hüquqi varisi Cavabdeh2 ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 769F5 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1nə 12 ay müddətinə 19 %-lə 190,000.00 manat məbləğində kredit verilmişdir. 769F5 saylı kredit müqaviləsinin təminatı olaraq, 769F5 nömrəli, xx.xx.2011-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh1nə məxsus “SHACMAN” yük avtomobili (Mühərrik: 1111D003699 Tip: Yük; Şassi; LZGJRDT6XBX073994 buraxılış ili 2011-ci il) banka girov kimi təqdim edimişdir. xx.xx.2011-ci il tarixli 769F5 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 1 saylı əlavəyə əsasən Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasına təminat olaraq Cavabdeh1nə məxsus Ekskavator Yükləyici CAT-428E yük avtomobili (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; buraxılış ili 2011-ci il, Rəngi: sarı) yük avtomobili banka girov kimi təqdim edilmiş və bu barədə xx xxxxxx 2012-ci il tarixində 769AF5 saylı girov müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixli xx.xx.2012-ci il tarixli, 769AF5 saylı girov müqaviləsinə 1 №-li əlavəyə əsasən xx.xx.2011-ci il tarixli 769F5 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2011-ci il tarixli 2 №-li əlavə üzrə öhdəliklərin icrasının təminatı kimi Tr.Ekskavator CAT-320D yük avtomobili (Mühərrik:OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskovator çıxış edir. xx.xx.2011-ci il tarixli 769F5 №-li kredit müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 3 №-li əlavə üzrə borcalanın öhdəliklərinin icra olunmasının təminatı kimi xx xxxxxx 2012-ci il 769F5 №-li girov müqaviləsinin predmeti “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011-ci il, rəngi sarı) və xx xxxxxx 2012-ci il tarixli 769AF5 №-li girov müqaviləsinə edilmiş xx xxxx 2012-ci il tarixli 1 №-li əlavənin predmeti Tr. Ekskavator CAT320D yük avtomobili (Mühərrik: OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskavator çıxış edir. Cavabdeh1 qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə Cavabdeh1nə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, Cavabdeh1 borcun qaytarılmasından yayınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 769F5 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə xx xxxx 2019-cu il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas borc üzrə 155261.19 manat, faiz borcu üzrə 107497.59 manat, cərimə borcu üzrə 164,363.85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 32798.93 manat, cəmi borc üzrə 459921.56 manat borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə 12 ay müddətinə, illik 20% faiz olmaqla, 50000 manat məbləğində kredit verməyi, Cavabdeh1 krediti və kredit üzrə hesablanacaq faizləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdələrinə götürmüşlər. xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı Girov müqaviləsindən görünür ki, müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və cavabdehə məxsus Mühərrik: 1111D003699, Tip: Yük, Şassi: LZGJRDT6XBX073994, Buraxılış ili: 2011-ci il olan SHACMAN markalı yük avtomobili İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmişdir. xx xxxxxx 2012-ci il tarixli 769AF5 saylı Girov müqaviləsindən görünür ki, müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 1 saylı Əlavəyə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını təminat olaraq Cavabdeh1nə məxsus “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011ci il, Rəngi: sarı) markalı ekskovator İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmişdir. xx xxxxxx 2012-ci il tarixli 769AF5 saylı Girov müqaviləsinə xx xxxx 2012-ci il tarixli 2 saylı Əlavədən görünür ki, xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 3 nömrəli əlavə üzrə Cavabdeh1 öhdəliklərinin icra olunmasının təminatı kimi xx.xx.2012-ci il tarixli 769AF5 nömrəli Girov müqaviləsinin predmeti “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011-ci il, Rəngi: sarı) markalı ekskovator və xx.xx.2012-ci il tarixli 769AF5 nömrəli Girov müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavənin predmeti olan Tr.Ekskavator CAT-320D (Mühərrik:OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskovator çıxış edir. xx xxxxxx 2011-ci il tarixli 236 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Bayramov Rövşən Cəbrayıl oğlu və Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx xxxxxx 2011-ci il tarixli 1 nömrəli əlavə üzrə Cavabdeh1nə ayrılmış 100000 manat həcmində öhdəliyin və ona hesablanmış faizlərin və cərimələrin vaxtlı vaxtında icra olunmasına dair məsuliyyəti borcalanla birgə daşımağı və adı gedən kredit üzrə öhdəliklər icra olunmadıqda onların icrasını tam olaraq öz üzərinə götürməyi öhdələrinə götürmüşlər. xx xxxx 2012-ci il tarixli 236-1 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Bayramov Rövşən Cəbrayıl oğlu və Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx xxxx 2012-ci il tarixli 3 nömrəli əlavə üzrə Cavabdeh1nə ayrılmış 190000 manat həcmində öhdəliyin və ona hesablanmış faizlərin və cərimələrin vaxtlı vaxtında icra olunmasına dair məsuliyyəti borcalanla birgə daşımağı və adı gedən kredit üzrə öhdəliklər icra olunmadıqda onların icrasını tam olaraq öz üzərinə götürməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2012-ci il tarixli 000091 saylı İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1nə məxsus olan, “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011-ci il, Rəngi: sarı) markalı ekskovatorun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. xx xxx 2012-ci il tarixli 000120 saylı İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1nə məxsus olan, Tr.Ekskavator CAT-320D (Mühərrik:OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskovatorun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. xx xxxx 2019-cu il tarixli **********301 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx xxxx 2019-cu il tarixə 155261,19 manat kredit, 107497,59 manat faiz, 164363,85 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 32798,93 manat borcu olmaqla cəmi 459921,56 manat borcu vardır. xx xxxxxx 2019-cu il tarixli **********229 saylı “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə 12 ay müddətinə, illik 20% faiz olmaqla, 50000 manat məbləğində kredit verməyi, Cavabdeh1 krediti və kredit üzrə hesablanacaq faizləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 3 nömrəli əlavəyə əsasən Cavabdeh1nə ayrılmış kreditin məbləği 190000 manat təşkil etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı Girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və cavabdehə məxsus Mühərrik: 1111D003699, Tip: Yük, Şassi: LZGJRDT6XBX073994, Buraxılış ili: 2011-ci il olan SHACMAN markalı yük avtomobili İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixli 769AF5 saylı Girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 1 saylı Əlavəyə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını təminat olaraq Cavabdeh1nə məxsus “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011-ci il, Rəngi: sarı) markalı ekskovator İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixli 769AF5 saylı Girov müqaviləsinə xx xxxx 2012-ci il tarixli 2 saylı Əlavə bağlanmış və əlavəyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 3 nömrəli əlavə üzrə Cavabdeh1 öhdəliklərinin icra olunmasının təminatı kimi xx.xx.2012-ci il tarixli 769AF5 nömrəli Girov müqaviləsinin predmeti “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011-ci il, Rəngi: sarı) markalı ekskovator və xx.xx.2012-ci il tarixli 769AF5 nömrəli Girov müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavənin predmeti olan Tr.Ekskavator CAT-320D (Mühərrik:OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskovator İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmiş və həmin ekskovatorlar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Bayramov Rövşən Cəbrayıl oğlu və Cavabdeh1 arasında xx xxxxxx 2011-ci il tarixli 236 saylı Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx xxxxxx 2011-ci il tarixli 1 nömrəli əlavə üzrə Cavabdeh1nə ayrılmış 100000 manat həcmində öhdəliyin və ona hesablanmış faizlərin və cərimələrin vaxtlı vaxtında icra olunmasına dair məsuliyyəti borcalanla birgə daşımağı və adı gedən kredit üzrə öhdəliklər icra olunmadıqda onların icrasını tam olaraq öz üzərinə götürməyi öhdələrinə götürmüşlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Bayramov Rövşən Cəbrayıl oğlu və Cavabdeh1 arasında xx xxxx 2012-ci il tarixli 236-1 saylı Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx xxxx 2012-ci il tarixli 3 nömrəli əlavə üzrə Cavabdeh1nə ayrılmış 190000 manat həcmində öhdəliyin və ona hesablanmış faizlərin və cərimələrin vaxtlı vaxtında icra olunmasına dair məsuliyyəti borcalanla birgə daşımağı və adı gedən kredit üzrə öhdəliklər icra olunmadıqda onların icrasını tam olaraq öz üzərinə götürməyi öhdələrinə götürmüşlər. Cavabdehin xx xxxx 2019-cu il tarixə 155261,19 manat kredit, 107497,59 manat faiz, 164363,85 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 32798,93 manat borcu olmaqla cəmi 459921,56 manat borcu vardır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh1 isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə Cavabdeh1nə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 155261,19 manat məbləğində borc iş materialları ilə təsdiq olunduğundan kredit müqaviləsi üzrə əsas borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan Kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas kredit məbləğinə hesablanmış faiz borcu əsaslı olduğuna görə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 164363,85 manat dəbbə pulu məbləği yaranmış 155261,19 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 8000 manat həddində müəyyən edilməklə cavabdehlərdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Həmin Məcəllənin 293.2-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2012-ci il tarixli 769AF5 saylı Girov müqaviləsinə xx xxxx 2012-ci il tarixli 2 saylı Əlavə bağlanmış və əlavəyə əsasən xx xxxxxx 2011-ci il tarixli 769F5 saylı təminatlı kredit müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 3 nömrəli əlavə üzrə Cavabdeh1 öhdəliklərinin icra olunmasının təminatı kimi xx.xx.2012-ci il tarixli 769AF5 nömrəli Girov müqaviləsinin predmeti “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011-ci il, Rəngi: sarı) markalı ekskovator və xx.xx.2012-ci il tarixli 769AF5 nömrəli Girov müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavənin predmeti olan Tr.Ekskavator CAT-320D (Mühərrik:OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskovator İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmiş və həmin ekskovatorlar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 769AF5 saylı Girov müqaviləsinə xx xxxx 2012-ci il tarixli 2 saylı Əlavə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına yüklü edilmiş ekskvatorlara yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehlərin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 769F5 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas borc üzrə 155261.19 manat, faiz borcu üzrə 107497.59 manat, cərimə borcu üzrə 8000 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 32798.93 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, tutma, “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011- ci il, Rəngi: sarı) markalı ekskovatora və Tr.Ekskavator CAT-320D (Mühərrik:OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskovatora yönəldilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 66 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19,8 manat məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 10,2 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 769F5 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas borc üzrə 155261.19 manat, faiz borcu üzrə 107497.59 manat, cərimə borcu üzrə 8000 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 32798.93 manat Cavabdeh1ndən və Cavabdeh2ndan tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma, “Ekskavator Yükləyici CAT-428E (Mühərrik: OC4Z 03255 Tip: Yük; Şassi; DPH 01905 buraxılış ili 2011- ci il, Rəngi: sarı) markalı ekskovatora və Tr.Ekskavator CAT- 320D (Mühərrik:OGDC 06103 Tip: Yük; Zavod nömrəsi: OBWZ01445; buraxılış ili 2007-ci il, Rəngi: sarı, Texnikanın qeydiyyat nişanı: Az 10R-412) markalı ekskovatora yönəldilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 19,8 manat hissəsi Cavabdeh1ndən və Cavabdeh2ndan tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin, qalan 10,2 manat hissəsi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar