Məhkəmə qərarları › İş №2-2(113)-9629/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-9629/2025

02.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-9629/2025 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sayğacsız istifadəyə görə artıq hesablanmış borcun silinməsi) Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ.İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsi, daha sonra iddia tələbini dəqiqləşdirmə barədə ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissəyə artıq hesablanmış 417.662,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin tabeliyində olan və Qusar rayonu ərazisində yerləşən N nömrəli hərbi hissə Cavabdeh ilə **********00015 nömrəli şifrə əsasında hesabat aparır. N nömrəli hərbi hissənin təbii qaz təchizatının Müdafiə Nazirliyinin müvafiq strukturları tərəfindən yoxlanılması zamanı müəyyən nöqsanlar aşkar olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, N nömrəli hərbi hissəni təbii qazla təchiz edən qaz xətlərinin üzərində quraşdırılmış qaz sayğacları istismara yararsız hala düşdükdə və ya istismar müddəti bitdikdə hərbi hissə üçün qaz sərfiyyatı hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarının “X5”nın tələblərinin pozulduğu məlum olmuşdur. Belə ki, sözügedən qərarın 5.4-cü bəndində qaz sayğacları qaz paylayıcı tərəfindən bu qaydaların 4.9-cu (istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi, yenisi ilə əvəz edilməsi və quraşdırılması) bəndində nəzərdə tutulmuş halda çıxarıldıqda (götürüldükdə), sayğacın olmadığı müddət ərzində qazın verilməsi dayandırılmadığı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğacın çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparıldığı qeyd olumuşdur. Lakin Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsi tərəfindən sayğac olmadığı hallarda hərbi hissəyə verilən təbii qazın miqdarı norma üzrə (əvvəlki ay sayğac işləmədiyi müddətdə olan sərfiyyatdan 5 dəfə artıq) hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarına uyğun hesablanmayan sərfiyyatlar Müdafiə Nazirliyi tərəfindən qəbul edilmədiyi üçün üzləşmə aktlarında müəyyən fərqlər yaranmışdır. Mübahisəli məsələ ilə əlaqədar olaraq, Cavabdehnə xx.xx.2022-ci il tarixli 3987 nömrəli məktubla və Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyinə xx.xx.2023-cü 3003 nömrəli məktubla müraciət olunmuş və 06 oktyabr 2023-cü il tarixli 3-15-2/2-378/2023 nömrəli məktubla Energetika Nazirliyi Enerji X1 Müdafiə Nazirliyinə cavab verilmişdir. Azərbaycan Respublikası Energetika X2 Agentliyi tərəfindən verilmiş cavab məktubu mübahisəli məsələlərin tənzimlənməsi üçün 15 noyabr 2023-cü il tarixdə 5262 nömrəli məktubla Cavabdehnə təqdim edilmişdir. Lakin Xaçmaz RQİİ-nin Qusar Sahəsi tərəfindən 2024-cü il ərzində də sayğac olmadığı hallarda hərbi hissəyə verilən təbii qazın miqdarı norma üzrə (əvvəlki ay sayğac işlətdiyi müddətdə olan sərfiyyatdan 5 dəfə artıq) hesablanmışdır.

3. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh İstehsal Birliyinə qarşı Qusar şəhərində yerləşən N saylı hərbi hissədə “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarına uyğun hesablanmayan sərfiyyat barədə” iddiası ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, N nömrəli hərbi hissənin qaz sərfiyyatı zamanı Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsi tərəfindən düzgün hesablanmayan sərfiyyatların hərbi hissənin hesabatından azaldılması və qaz sayğacları çıxardılan zaman sərfiyyatın müvafiq qərara əsasən hesablanmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hüquqi şəxs olmaqla Qusar şəhərində yerləşən N saylı hərbi hissədə təbii qazdan istifadə edir və “Azəriqaz“ X4 RQİİnin Qusar xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatdadır. Abonentin qaz xətlərində bir ədəd G-400 TRZ EK-230 tipli 80101429 nömrəli elektron, bir ədəd G-100 TRZ EK-230 80113702 nömrəli elektron iki ədəd G-4T markalı mexaniki qaz sayğacları quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “X5”nın 5.4-cü bəndində qeyd edilir ki, “Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır”. Sayğacın yoxlamadan keçdiyi müddət ərzində obyektə qazişlədici cihazlara uyğun qaz sərfi hesablaşması aparmaqla qazın verilməsinin davam etdirilməsi üçün abonentlə qaz paylayıcı arasında “Sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” akt tərtib edilmiş, hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. Həmin aktlarda göstərilən sərfiyyata tam uyğun olaraq abonentin hesabına istifadə olunmuş təbii qazın dəyəri işlənilmişdir. İddia ərizəsində konkret olaraq hansı aktlardan bəhs edildiyi göstərilmədiyindən etirazda buna münasibət bildirmək olmur. İddiaçının iddia tələbi dəqiqləşdirildikdən sonra mübahisələnən hər bir akta münasibət bildiriləcək. Hazırki vəziyyətdə iddiaçının iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərqaz” İstehsalat Birliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərardadı ilə iddiaçı Müdafiə Nazirliyinin Cavabdeh İB-yə qarşı “düzgün hesablanmayan sərfiyyatların hərbi hissənin hesabatından azaldılması və qaz sayğacları çıxarılan zaman sərfiyyatın düzgün hesablanması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir, əlavə olaraq da bildirmişdir ki, cihazlar sərfiyyata uyğun hesablanıb və qarşı tərəf də aktları imza və möhürlə təsdiq edərək borc məbləği ilə razılaşmışdır.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq da bildirmişdir ki, üzləşdirmə aktlarında iddiaçı tərəfindən təsdiq olunan borc məbləğlərini tam ödəmişlər, yalnız təsdiqlənməyən borc məbləği ilə razı deyillər. Hesablaşmalar isə əvvəlki ilin müvafiq dövrlərinə görə aparılıb və həmin dövrlərə uyğun da ödənişlər edilib. Bu ödənişlərin məbləği isə üzləşmə aktında öz əksini tapıb.

İİ.Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları

8. İşdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında N nömrəli hərbi hissəyə təbii qazın verilməsi və alqı-satqısı ilə bağlı müqavilə münasibətləri vardır. Hərbi hissənin həm hərbi şəhərciyi, həm də digər hissəsi qazla təchiz edilmiş və 2 sayğacla, yəni Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli(abonent kodu: **********00022) və Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli(abonent kodu: **********00023) təchiz edilmişdir.

9. Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsi və Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissə arasında olan tarixi qeyd edilməyən qarşılıqlı üzləşdirmə aktından görünür ki, Cavabdeh İB tərəfindən təsdiqlənməyən yazılmış sərfiyyat 2024-cü ilin mart ayı üzrə 174754,75 manat, aprel ayı üzrə 85165,25 manat, avqust ayı üzrə 29440,50 manat, sentyabr ayı üzrə 60937,50 manat, oktyabr ayı üzrə 117032,75 manat, noyabr ayı üzrə 84924 manat, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş sərfiyyatlar 2024-cü ilin mart ayı üzrə 36856,25 manat, aprel ayı üzrə 33415,25 manat, avqust ayı üzrə 4057,50 manat, sentyabr ayı üzrə 6917,75 manat, oktyabr ayı üzrə 15032,75 manat, noyabr ayı üzrə 38312,50 manat təşkil edir. Aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Sayğacsız müəssisəyə müvəqqəti təbii qazın verilməsi barədə xx.xx.2024cü il tarixli, 58 saylı akt-qeydiyyat kodu **********00022 saylı sayğac üzrə 2024-cü ilin mart ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 20382 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, 58 saylı, **********00023 qeydiyyat kodlu aktdan 2024-cü ilin mart ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 127043 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, 68 saylı aktdan 2024-cü ilin aprel ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 34500 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, 69 saylı aktdan 2024-cü ilin aprel ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 2 ədəd qazan üçün 172500 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, 117 saylı aktdan 2024-cü ilin avqust ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 25500 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, 118 saylı aktdan 2024-cü ilin avqust ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 2 ədəd qazan üçün 85000 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli,130 saylı aktdan 2024-cü ilin sentyabr ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 56250 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli,129 saylı aktdan 2024-cü ilin sentyabr ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 2 ədəd qazan üçün 187500 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, **********00022 qeydiyyat kodlu, 186 saylı aktdan 2024-cü ilin oktyabr ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 33750 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, **********00023 qeydiyyat kodlu, 186 saylı, aktdan 2024-cü ilin oktyabr ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 2 ədəd qazan üçün 425270 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı, xx.xx.2024-cü il tarixli, 217 saylı aktdan 2024-cü ilin noyabr ayı üzrə cihazların orta saatlıq sərfiyyata uyğun 2 ədəd qazan üçün 274368 metr kubu hesablanmasının məqsədəuyğun sayıldığı görünür. Aktlar hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

11. Göründüyü kimi Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli (abonent kodu: **********00022) sayğac üzrə qazdan sayğacsız istifadə dövrü 2024-cü ilin fevral, mart, aprel, avqust, sentyabr, oktyabr aylarını; Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə isə(abonent kodu: **********00023) 2024-cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr aylarını əhatə edir.

12. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə fevral ayında 61.380 metr kubu sərfiyyat hesablanmışdır.

13. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə mart ayında 139.804 metr kubu sərfiyyat hesablanmışdır.

14. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə aprel ayında 38.253 metr kubu sərfiyyat hesablanmışdır.

15. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə avqust ayında 26.382 metr kubu sərfiyyat hesablanmışdır.

16. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə sentyabr ayında 56.250 metr kubu sərfiyyat hesablanmışdır.

17. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə oktyabr ayında 42.861 metr kubu sərfiyyat hesablanmışdır.

18. Beləliklə, Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə 2024-cü il üzrə sayğacsız işlənilən aylara görə ümumilikdə 364.930 metr kubu sərfiyyat hesablanmışdır.

19. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə fevral ayında 43.155 metr kubu sərfiyyat hesablanmışdır.

20. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə mart ayında 50.075 metr kubu sərfiyyat hesablanmışdır.

21. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə aprel ayında 13.333 metr kubu sərfiyyat hesablanmışdır.

22. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə avqust ayında 2.201 metr kubu sərfiyyat hesablanmışdır.

23. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə sentyabr ayında 6.422 metr kubu sərfiyyat hesablanmışdır.

24. Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə oktyabr ayında 17.081 metr kubu sərfiyyat hesablanmışdır.

25. Beləliklə, Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə 2023-cü il üzrə sayğacsız işlənilən aylara görə ümumilikdə 132.267 metr kubu sərfiyyat hesablanmışdır.

26. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə mart ayında 559.215 metr kubu sərfiyyat hesablanmışdır.

27. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə aprel ayında 302.408 metr kubu sərfiyyat hesablanmışdır.

28. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə avqust ayında 91.380 metr kubu sərfiyyat hesablanmışdır.

29. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə sentyabr ayında 187.500 metr kubu sərfiyyat hesablanmışdır.

30. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə oktyabr ayında 425.270 metr kubu sərfiyyat hesablanmışdır.

31. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2024-cü il üzrə noyabr ayında 318.329 metr kubu sərfiyyat hesablanmışdır.

32. Beləliklə, Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə 2024-cü il üzrə sayğacsız işlənilən aylara görə ümumilikdə 1.884.102 metr kubu sərfiyyat hesablanmışdır.

33. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə mart ayında 127.043 metr kubu sərfiyyat hesablanmışdır.

34. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə aprel ayında 44.083 metr kubu sərfiyyat hesablanmışdır.

35. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə avqust ayında 10.294 metr kubu sərfiyyat hesablanmışdır.

36. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə sentyabr ayında 21.249 metr kubu sərfiyyat hesablanmışdır.

37. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə oktyabr ayında 41.302 metr kubu sərfiyyat hesablanmışdır.

38. Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə Abonentin saldosundan görünür ki, 2023-cü il üzrə noyabr ayında 70.080 metr kubu sərfiyyat hesablanmışdır.

39. Beləliklə, Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə 2023-cü il üzrə sayğacsız işlənilən aylara görə ümumilikdə 314.051 metr kubu sərfiyyat hesablanmışdır.

40. İddiaçı əsassız hesablanmış 417662.75 manat borcun silinməsini tələb edir və bunu özləri tərəfindən təsdiqlənmiş sərfiyyatlara uyğun hesabatla əsaslandırır, hansı ki, iddia tələbinin əsaslılığına dair dəlilləri ondan ibarətdir ki, qaz paylayıcı tərəfindən əvvəlki ilə dair müvafiq aylar üzrə ödənişlər nəzərə alınmadan sərfiyyat hesablanmışdır və üzləşdirmə aktlarını imzalayan şəxs bu sahə üzrə mütəxəssis deyildir. Bundan əlavə iddiaçı tərəf hesablama aparılarkən ehtiyat qazanların da cavabdeh tərəfindən nəzərə alınmasını əsassız hesab edir.

41. Cavabdeh tərəf isə etirazını belə əsaslandırır ki, sayğacsız dövr üzrə hesablaşmalar “Qazdan istifadə” Qaydalarının 5.4-cü bəndinə, yəni əvvəlki ayın orta gündəlik sərfiyyatına uyğun aparılmışdır və iddiaçı tərəf üzləşdirmə aktları ilə həmin sərfiyyatları təsdiq etmişdir.

42. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehna qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə yazılı qaydada mütəxəssis rəyi alınması və rəy verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

43. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Xaçmaz filialından 29 dekabr 2025-ci il tarixdə daxil olan mütəxəssis rəyindən görünür ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X6 istismarı idarəsinin nümayəndələri tərəfindən Qusar rayonu ərazisində yerləşən N saylı hərbi hissənin qaz xetti üzərində olan G-400 markalı, 80101429 nömrəli və Qusar-2 hərbi şəhərciyin qaz xetti üzərindəki G-100 markalı, 80113702 nömrəli qaz sayğaclarına baxış keçirilən zaman sayğacların keçən qazın sərfiyyatını qeydə almadığı üçün G-400 markalı qaz sayğacı xx.xx.2024-cü ildə, G-100 markalı sayğac isə xx.xx.2024-cü il tarixində xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Qeyd edilən G-400 markalı sayğac xx.xx.2024-cü il tarixində, G-100 markalı sayğac isə xx.xx.2024-cü ildə yerində quraşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, G-400 markalı sayğac üzrə 2024-cü ilin mart ayında 559215 m3, aprel ayında 172500 m3, avqust ayında 85000 m3, sentyabr ayında 187500 m3, oktyabr ayında 425270 m3, noyabr ayında 274368 m3 (ümumilikdə ******* m3 ) normativ hesabatlar, G-100 markalı sayğac üzrə 2024-cü ilin fevral ayında 43155 m3, mart ayında 139804 m3, aprel ayında 34500 m3, avqust ayında 25500 m3, sentyabr ayında 56250 m3, oktyabr ayında 33750 m3 (ümumilikdə 364930 m3) normativ hesabatlar aparılmışdır. Aparılmış normativ hesabatlar zamanı “Azəriqaz" İB-nin X6 İstismarı İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarfnın 5.4,-cü bəndinin tələbləri pozulmuşdur. Həmin Qaydaların 5.4.-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X5”nın (bundan sonra - Qaydalar) 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə melumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Abonent saldosuna baxan zaman görünür ki, G-400 markalı qaz sayğacı üzrə 2024-cü ilin feyral ayında sayğacla 98305 m3 sərfiyyat olduğu halda, mart ayında 559215 m3 normativ hesabat, iyul ayında sayğacla 23103 m3 sərfiyyat olduğu halda, avqust ayında 91380 m3 normativ hesabat aparılmışdır. Həmçinin G-100 markalı sayğac üzrə 2024-cü ilin yanvar ayında sayğacla 33728 m3 sərfiyyat olduğu halda, fevral ayında 61380 m3 normativ hesabat, iyul ayında sayğacla 2429 m3 sərfiyyat olduğu halda, avqust ayında 26382 m3 normativ hesabat aparılmışdır. Bununla da Cavabdeh İBnin X6 istismarı idarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5mın 5.4.-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Əlavə olaraq G-400 markalı qaz sayğacı xx.xx.2024-cü ildə çıxarılaraq dövlət yoxlamasına göndərildiyi halda, 2024-cü ilin mart və aprel aylarında normativ hesabatlar aparılmış və abonent saldosuna yerləşdirilmişdir. Həmçinin G-100 markalı qaz sayğacı xx.xx.2024-cü ildə çıxarılaraq dövlət yoxlamasına göndərildiyi halda, həmin ilin fevral, mart, aprel aylarında normativ hesabatlar aparılıb və abonent saldosuna yerləşdirilib. Abonent saldosuna baxan zaman və araşdırma zamanı müəssisədə sayğacla istifadə olunan müvafiq ayların sərfiyyatları ilə aylar üzrə normativ hesabatların arasında kəskin fərqin olduğu müəyyən olunmuşdur. Belə ki, G-400 markalı qaz sayğacı üzrə 2023cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində ümumilikdə 314051 m3,2024- cü ilin müvafiq ayları üzrə normativ hesabatlar isə ******* m3 (fərq ******* m3) aparılmış, G-100 markalı qaz sayğacı üzrə 2023-cü ilin fevral, mart, aprel, avqust, sentyabr və oktyabr ayları ərzində ümumilikdə 132267 m3, 2024-cü ilin müvafiq ayları üzrə normativ hesabatlar isə 364930 m3 (fərq 232663 m3) aparılmışdır.

İİİ.Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

45. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

48. 08.07.2025-ci il tarixədək olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun:

49. 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

50. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.

51. 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın:

53. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

54. 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

55. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

56. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

57. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

58. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

59. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

İV.Məhkəmə baxışının hədləri

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

61. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

64. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

66. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin mövqeyi

68. Beləliklə, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında təbii qazın alqı satqısı müqaviləsi bağlanmış və mübahisə sayğacsız dövrə görə istifadə edilmiş təbii qaz üzrə artıq hesablanmış sərfiyyatın silinməsi ilə bağlı olmuşdur.

69. İddiaçının dəlilləri: 1) Sayğacsız istifadə olunan dövr üzrə sərfiyyat əvvəlki ilin müvafiq aylarına uyğun aparılmalıdır; 2) Tərtib edilən üzləşdirmə aktları borcun əsassızlığını istisna etmir; 3) istifadə edilməyən ehtiyat qazanlara əsassız olaraq sərfiyyat hesablanmışdır.

70. Cavabdehin etirazının dəlilləri: 1) sayğacsız dövrə görə hesablaşmalar X5nın 5.4-cü bəndinə görə əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmışdır; 2) Üzləşdirmə aktları hərbi hissənin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmişdir; 3) Ehtiyat qazanlardan istifadə edildiyini təsdiq edən hər hansı sübutu yoxdur.

71. Məhkəmənin iddiaçının dəlilləri və cavabdehin bu barədə etirazına münasibətdə mövqeyi belədir ki, “Qaz təchizatı haqqında” AR Qanunun və bundan irəli gələn X5nın normalarından, xüsusilə qazın dəyərinin ödənilməsi ilə əlaqədar olan 5-ci bəndi və paralel olaraq 4.9-cu, 6-cı bəndlərinin tələblərindən aydın olur ki, ümumiyyətlə qazdan istifadə ilə bağlı hesablaşmalar hər ay üzrə aparılır, 1 ay üzrə ödəniş edilmədikdə qazın verilməsi dayandırılır. Qazın verilməsinin dayandırılmasına səbəb olan hallar əsasən istehlakçının təqsiri ilə bağlıdır. İstehlakçının təqsirindən asılı olmayaraq isə qaz sayğacının olmadığı dövrdə, yəni onun təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması üçün sərf olunan vaxtda qazın verilməsinin dayandırılması ümumiyyətlə qadağandır. Qanunvericiliyin burada güddüyü məqsəd istehlakçılarının hüquqlarının qorunmasını təmin etməklə yanaşı, texniki nasazlığın və ya çatışmazlığın mümkün qədər qısa müddətdə aradan qaldırılması ilə qazın itkiyə getməsinin qarşısını almaq, sərfiyyatın düzgün və obyektiv müəyyən edilməsini, ən əsası təhlükəsizliyi təmin etməkdir. Eyni zamanda həmin normalar hüquqdan sui-istifadənin qarşısını almağa yönəlmişdir.

72. Bundan əlavə, qanunvericiliyin yanaşmasından aydın olur ki, qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində vurulmuş zərərə görə borc hesablanması həmin müddət üçün ehtimal olunan sərfiyyatın əvəzinin kompensasiyası qismində çıxış edir. Dolayısı ilə zərərin hesablanması zamanı nəzərə alınmalı olan meyarlar istifadənin mahiyyətindən irəli gəlir. Bu səbəbdən də, sayğacsız dövr üçün hesablaşma aparılan zaman həmin meyarları nəzərə almamaq, X5nın 5.4-cü bəndinin tələbi olan “əvvəlki ayın orta gündəlik sərfi” ifadəsinə hərfi qaydada yanaşmaq qanunun güddüyə məqsədə uyğun ola bilməz. Halbuki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı nəzərə alınmalı olan meyarlar bunlardır: 1)qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, 2)əvvəlki dövrün orta gündəlik qaz sərfi, 3)istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və 4)qaz sayğacının markası. Lakin hazırki işin hallarından görünür ki, qaz paylayıcı sayğacsız dövr üzrə hesabat tərtib edərkən həmin meyarları nəzərə almamışdır. Odur ki, məhkəmənin qənaətinə görə, sayğacsız dövr üzrə qazdan istifadəyə görə hesablaşma əvvəlki ilin müvafiq ayları üzrə orta gündəlik sərfinə uyğun aparılmalı və bu zaman mütəxəssis rəyində göstərilən fərq nəzərə alınmalıdır.

73. Məhkəmə cavabdehin etirazının ikinci dəlilinə münasibətdə isə bildirir ki, üzləşdirmə aktı sübutetmə vasitəsi olsa da, faktın mövcudluğunu inkar, mübahisələndirməni istisna edə bilməz. Hansı ki, məhkəmə bu barədə iddiaçının mövqeyi ilə razılaşır və hesab edir ki, üzləşdirmə aktının mövcudluğu həmin akt-da qeyd edilən borcun mübahisələndirilməsinə mane olmur.

74. İddiaçının üçüncü dəlili ilə isə bağlı məhkəmə qeyd edir ki, həqiqətən də tərtib edilən sayğacsız müəssisəyə müvəqqəti təbii qazın verilməsi barədə AKT-larda Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə 2 ədəd Arikazan qazana görə hesabat aparıldığı müəyyən edilir. Məhkəmə iddiaçının birinci dəlilinə münasibətdə mövqeyini təkrar edərək, bu hissədə hər hansı əsaslandırma aparılmasına zərurət görmür.

75. Beləliklə məhkəmə hesab edir ki, həm tədqiq edilən abonent saldolarından, həm mütəxəssis rəyindən görünür ki, sayğacın olmadığı(işləmədiyi) dövr üçün cavabdeh tərəfindən hesablanmış borc, əvvəlki ilin müvafiq aylarına nisbətdə xeyli çoxdur. Belə ki, bu fərq Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə ******* kub.m; Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə 232663 kub.m təşkil edir. Odur ki, bir kub.metr qazın dəyərinin 0.25 manat olduğu nəzərə alındıqda, hər iki sayğac üzrə artıq hesablanmış borcun məbləği 450678.5 (0.25x(1570051+232663=1802714)) manat təşkil edir. İddiaçı isə artıq hesablanmış digər hissə ilə razılaşaraq, yalnız 417662.75 manat borcun silinməsini tələb etdiyindən və məhkəmə iddia tələbi ilə bağlı olduğundan, hər iki sayğac üzrə cəmi 417662.75 manat borcun silinməsi barədə iddia əsaslı hesab edilməlidir.

76. Eyni zamanda MPM-nin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 707,66 manat məbləğində vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Vİ.Nəticə

77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus abonent kodu **********00022 olan Elster G-100 TRZ EK-230 tipli, 80113702 nömrəli sayğac üzrə və abonent kodu **********00023 olan Elster G-400 TRZ EK-220 tipli, 80101429 nömrəli sayğac üzrə artıq hesablanmış 417662,75(dörd yüz on yeddi min altı yüz altmış iki manat yetmiş beş qəpik) manat borc məbləğinin silinməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 707,66 manat məbləğində vəsait Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar