Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-988/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 1047,57 manat, hesablanmış cərimə borcuna görə 348,8 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1426,37 pulu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçıxxxxxxxxx“MTK-Sabirabad” filialı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 2,68 ha sahə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 5,36 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürülmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 2173,69 manat məbləğində avans vəsait götürülmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans dəyərini xam-pambıqla ödəməli və anans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətə almalı idi. Lakin nəticə isə cavabdeh 905,32 manat məbləğində 1872,82 kg xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdehin avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1047,57 manat borcu qalmışdır. Cavabdehin borcu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Sabirabad” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianını qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxx 2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC-yə 1047,57 manat məbləğində borcunun olmasını mübahisələndirmir. Lakin bu borcun yaranması ondan asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, uzun müddət ərzində su verilməmiş və buna görə də pambığın təhvil verilməsi mümkün olmamışdır. Hal – hazırda həmin borcun ödənilməsi onun imkanı xaricindədir. Özündən asılı olmayan səbəbdən yaranmış borca görə cərimə hesablanması isə ümumiyyətlə qanunsuzdur. Mülki iş materiallarında olan: - xx.xx.2016-cı il tarixli 2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən müqavilənin predmeti 2017-ci i mövsümü üzrə xam-pambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrin tənzimlənməsindən ibarətdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam yerinə yetirilməməsi nəticəsində qeyd olunan borc məbləği yarandığından və borcun mövcudluğu mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 1047,57 manat əsas borca 348,8 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 348,8 manat dəbbə pulunun miqdarı azaldılaraq 50 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 24 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. Əsas borc 1047,57 manat, cərimə 50 manat olmaqla ümumilikdə 1097,57 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 24 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-988/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-988/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver