Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-10/2020 19.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər «Azəriqaz» İB və Cavabdeh2nə qarşı «akta görə yazılmış cərimənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Azəriqaz» İB və Cavabdeh2nə qarşı «akta görə yazılmış cərimənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər «Azəriqaz» İB və Cavabdeh2 əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən yazılmış 1200 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia ərizəsini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yaşayır, 4 övladı vardır. Ailəsinin dolanışığı üçün onun gəc sexi vardır. 2013-cü ilin noyabr ayında Cavabdeh2 ona məxsus olan gəc sexinə MAX tipli 6-GT markalı 28098765 nömrəli qaz sayğacı qoymuşdur. Ona demişlər ki, sayğacın istifadə müddəti 5 ildir. xx xxxx 2018-ci il tarixdə Cavabdeh2 işçiləri Rauf Qurbanov, Ramil Mustafayev, Cavabdeh1-nin nümayəndəsi satış şöbəsinin işçisi Muraz Hüseynov gəlib qaz sayğacını sökmüşlər ki, qaz sayğacı 5 ildən bir yoxlanılmalıdır. Sonra onu müvəqqəti sayğacla təmin etmişlər. Aradan 6 ay keçəndən sonar xx xxxxxx 2019-cu il tarixdə o müvəqqəti qoyulan sayğacda göstərilən borcundan “Million aparatı” vasitəsi ilə 100 manat ödəyərkən aparatın ekranında görmüşdür ki, ona əvvəlki sayğaca görə 1200 manat cərimə yazmışlar. Bundan sonra o Cavabdeh2nə mobil telefonla zəng edib onu nəyə görə 1200 manat cərimə etdiklərini öyrənmək istəmişdir. Ona Cavabdeh2ndən bildirmişlər ki, qaz sayğacının üzərində olan xüsusi plombun nömrəsi yoxdur, qırılıbdır və qaz itkisi olmuşdur. Qırılan plombun nömrəsi 01443569 olmalı imiş. O buna görə xx xxxxxx 2019cu il tarixdə Cavabdeh2nə getmişdir. Ona xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt, xx xxxxxx 2018-ci ildə tərtib edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanılması” haqqında MS 29/1640-02058-65 nömrəli akt və xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktların surətini təqdim etmişlər. Halbu ki, “Azəriqaz” İB-nin və Cavabdeh2 əməkdaşları həmin aktları ona tərtib etdikləri vaxtda təqdim etməli imişlər. Ancaq sayğaca baxış keçirilən zaman sayğacın plomb nömrəsi üstündə olmuşdur. Göründüyü kimi “Azəriqaz” İB-İ və “Cavabdeh2”-nin əməkdaşları özləri istədiyi kimi qanunsuz olaraq ona 1200 manat cərimə yazmışlar.Ancaq o qaz sayğacına heç bir müdaxilə etməmişdir, ona toxunmamışdır. Bunda onun heç bir günahı olmamışdır. O bundan sonra qaz sayğacına müdaxilə etməməsini dəsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona demişlər ki, qaz itkisi olduğuna görə ona 1200 manat cərimə yazılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki,«Azəriqaz»X2 regional X3 tərəfindən qaz sayğacı dəyişdirilməsi üçün aparılmış və müvəqqəti sayğacla əvəz edilmişdir. Onun işlədiyi sexlə qaz sayğacının arasındakı məsafə 70 metrdən çoxdur. Qaz sayğacı ona məxsus ərazidən kənarda qoruyucu qutu olmadan quraşdırılmışdır, yağış yağan zaman isə sayğacın blompunun simi paslanaraq eroziyaya uğramışdır. O qaz sayağacına heç bir müdaxilə etməmişdir. Məhkəmədən 1200 manat məbləğində yazılmış cərimənin ləğv edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Həsənov Rübail Tofiq oğluməhkəməiclasındaiddiatələbini qəbul etməyərək bildirdi ki, «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğacın üzərində xüsusi blomb olmamışdır. Həmçinin qaz sayğacı dövlət yoxlamasından keçdikdən sonra qurğuşun blombun olmaması aşkar edilmişdir.Qaz sayğacının üzərində həm xüsusi, həm də qurğuşun blombun olmaması aktla rəsmiləşdirilmişdir. Qaz sayğacı iddiaçıya məxsus ərazidən kənarda quraşdırılsa belə hesab edir ki, iddiaçının iddiası əsassızdır, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat erilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh «Azəriqaz»İB-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləki, xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki,Samux rayonunda yerləşən gəc sexinə (abonent kodu: **********00150) xidmət göstərən sayğac çıxarılmış, yeni sayğac quraşdırılmış və istismara qəbul edilmişdir.Sayğacın çıxarılma səbəbi kimi– n/d yoxlaması göstərilmişdir. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması aktının nəticəsi kimi - ARSMPDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomb sayğacın üzərində aşkar edilməməsi, gövdə təzyiq nəticəsində qismən şişməsi, sayğac minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, xətaların normaya uyğun olmaması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Samux XS TQQ qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ARSMPDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomb sayğacın üzərində aşkar edilməmişdir, gövdə təzyiq nəticəsində qismən şişmişdir və sayğac 100% nisbi xəta ilə işlədiyindən gəc sexində istifadə olunan quruducu barabana görə 6000 m3 itirilmiş sərfiyatına görə 1200 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan qaz sayğacına hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosunda görünür ki, iddiaçının 2018-ci ilin dekabr ayına kimi borcu qalmamış, dekabr 2018-ci il tarixdə 6000 m3 itirilmiş qaz sərfiyyatına görə akt əsasında 1200 manat borc hesablanmışdır. Hesabdan çıxarışdan göründüyü kimi, İddiaçı tərəfindən istifadə olunan təbii qaza görə ödənişlər mütəmadi olaraq həyata keçirilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ciiltarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlə kvəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Məhkəmə qeyd edilən sənədlərdə iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. İş materiallarından görünür ki, İddiaçı oğlunun təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın yararsız vəziyyətə gətirildiyini təsdiq edəcək mötəbər sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00150) hesablamış 1200 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00150) hesablamış 1200 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-10/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-10/2020
19.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver