Məhkəmə qərarları › İş №2-2(115)-1003/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1003/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1003/2024 25.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Dağıbəyi qızı və Cavabdeh6 Dağıbəyi oğlunun iştirakları ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14980 manat əsas, 2822.45 manat faiz borcu, 2446.13 manat cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5% əldən çıxmış fayda 3105.20 manat olmaqla, cəmi 23353.78 manat məbləğində borcun, 160.06 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Xanərəb kəndində olan 0.38 ha torpaq sahəsi və onun üzərində yerləşən 115.6 kv.m ümumi sahədən, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Xanərəb kəndində olan 0.38 ha torpaq sahəsi və onun üzərində yerləşən 115.6 kv.m ümumi sahədən, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı1 ASC-nə ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Xanərəb kəndində olan 0.38 ha torpaq sahəsi və onun üzərində yerləşən 115.6 kv.m ümumi sahədən, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və digər şəxslərin həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli Baş kredit müqaviləsini və 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(021)-55/2024 nömrəli qərardadı ilə İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə ipoteka qoyan Cavabdeh2 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən onun vərəsələri Cavabdeh5 və Cavabdeh6 iş üzrə icraata cavabdeh qismində cəlb olunmuşlar. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında tərəflər arasında bağlanmış 25 iyul 2024-cü il tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Cavabehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razı olduğunu və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etdiklərini bildirdilər. İddiaçı1 ASC-nin İdarə Heyətinin sədri X2 və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 25 iyul 2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. Borclu Cavabdeh1 bu barışıq sazişi bağlanan tarixə İddiaçı1 ASC-yə 12-SKMF- 2-0-072-15 saylı kredit müqaviləsi üzrə 18000 manat məbləğində borcun olmasını qəbul edir və həmin borcu sazişin 4-cü bəndinə uyğun ödəməsi öhdəliyini üzərinə götürür.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vəfat etmiş X1 varisləri olaraq, sonuncudan miras qalmış Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini vərəsəlik qaydasında faktiki qəbul edərək istifadə etdiklərini bildirir və borc məbləği ödənilmədiyi təqdirdə bu sazişin 7-ci bəndində götərilən şərtlərlə tutmanın Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinə və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evin yönəldilməsinə etirazlarının olmadığını bildirərək bunu öhdəlik olaraq üzərlərinə götürürlər.

3. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş: Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə tərəflərin qarşılıqlı razılığına əsasən ilkin satış qiyməti (bazar dəyəri 46220 manat) (likvid dəyəri) 30000 manat məbləğində müəyyən edilsin.

4. Borclu Cavabdeh1 18000 manat (on səkkiz min manat ) məbləğində vəsaiti xx.xx.2024-cü ildən xx.xx.2027-ci il tarixinədək 36 ay müddətinə, ilk 12 ayı 100 manat, 13-cü aydan başlayaraq 23 ay 200 manat, sonuncu ay isə bir dəfəlik 12200 manat məbləğində borcu barışıq sazişində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

5. Borclu Cavabdeh1 bu sazişin 4-cü bəndində nəzərdə tutulan 18000 manat (on səkkiz min manat ) məbləğində vəsaiti həmin bəndə göstərilən ödəniş cədvəlinə uyğun vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə və ümumilikdə cəmi 18000 manat borcu vaxtında və lazımi qaydada tam ödədikdə, ödənilməmiş faiz və cərimə məbləğlərinin güzəşt olunaraq bağışlanılmasını Bank öhdəsinə götürür.

6. Bu sazişin 4 və 5-ci bəndindəki öhdəlik qeyd olunan müddət ərzində tam icra edildiyi halda İddiaçı1 ASC borcluya borcun olmaması haqqında rüsumsuz arayış verməyi və tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə girovdan (ipotekadan) azad etməyi öz öhdəsinə götürür.

7. Ödənişlərin bu sazişin 4-cü bəndində müəyyən edilmiş məbləğdə ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə tam icra edilməməsi ödənişlərin vaxtında icra edilməməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 4-cü bəndinin tələbləri pozulmuş hesab edilsin və borc məbləği 30 mart 2022-ci il tarixli iddia ərizəsinə əsasən Gəncə Kommersiya məhkəməsinə müraciət olunan zaman iddia tələbi olan 14980 manat əsas, 2822.45 manat faiz, 2446.13 manat cərimə və kredit müqaviləsi üzrə (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) gecikdirilmiş vaxt üçün əsas borca illik 5 (bes) faizlə əldən çıxmış fayda olaraq hesablanmış 3105.20 manat olmaqla, ümumilikdə cəmi 23353.78 manat məbləğində borcu bu sazişin 3-cü bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilsin. Həmin əmlaklar bu Sazişin 3-cü bəndində razılaşdırılmış müvafiq qiymətlərə açıq hərracda satılsın. Satışdan- əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin. İpoteka predmetləıinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə müştərək qaydada tutulsun. Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Dağıbəyi qızımn və Cavabdeh6 Dağıbəyi oğlunun ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, (56 kv.m yaşayış sahəsindən) ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, fərdi yaşayış evi boşaldılsın və Banka təhvil verilsin.

8. Bu sazişin 3-cü bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyırlar.

9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Məhkəmə tərəfləri dinləyib, tərəflərə barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı1 ASC-nin İdarə Heyətinin sədri X2 və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 25 iyul 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Borclu Cavabdeh1 bu barışıq sazişi bağlanan tarixə İddiaçı1 ASC-yə 12-SKMF- 2-0-072-15 saylı kredit müqaviləsi üzrə 18000 manat məbləğində borcun olmasını qəbul edir və həmin borcu sazişin 4-cü bəndinə uyğun ödəməsi öhdəliyini üzərinə götürür.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vəfat etmiş Cavabdeh2 oğulunun varisləri olaraq, sonuncudan miras qalmış Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini vərəsəlik qaydasında faktiki qəbul edərək istifadə etdiklərini bildirir və borc məbləği ödənilmədiyi təqdirdə bu sazişin 7-ci bəndində götərilən şərtlərlə tutmanın Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinə və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evin yönəldilməsinə etirazlarının olmadığını bildirərək bunu öhdəlik olaraq üzərlərinə götürürlər.

3. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş: Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə tərəflərin qarşılıqlı razılığına əsasən ilkin satış qiyməti (bazar dəyəri 46220 manat) (likvid dəyəri) 30000 manat məbləğində müəyyən edilsin.

4. Borclu Cavabdeh1 18000 manat (on səkkiz min manat ) məbləğində vəsaiti xx.xx.2024-cü ildən xx.xx.2027-ci il tarixinədək 36 ay müddətinə, ilk 12 ayı 100 manat, 13-cü aydan başlayaraq 23 ay 200 manat, sonuncu ay isə bir dəfəlik 12200 manat məbləğində borcu barışıq sazişində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

5. Borclu Cavabdeh1 bu sazişin 4-cü bəndində nəzərdə tutulan 18000 manat (on səkkiz min manat ) məbləğində vəsaiti həmin bəndə göstərilən ödəniş cədvəlinə uyğun vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə və ümumilikdə cəmi 18000 manat borcu vaxtında və lazımi qaydada tam ödədikdə, ödənilməmiş faiz və cərimə məbləğlərinin güzəşt olunaraq bağışlanılmasını Bank öhdəsinə götürür.

6. Bu sazişin 4 və 5-ci bəndindəki öhdəlik qeyd olunan müddət ərzində tam icra edildiyi halda İddiaçı1 ASC borcluya borcun olmaması haqqında rüsumsuz arayış verməyi və tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə girovdan (ipotekadan) azad etməyi öz öhdəsinə götürür.

7. Ödənişlərin bu sazişin 4-cü bəndində müəyyən edilmiş məbləğdə ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə tam icra edilməməsi ödənişlərin vaxtında icra edilməməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 4-cü bəndinin tələbləri pozulmuş hesab edilsin və borc məbləği 30 mart 2022-ci il tarixli iddia ərizəsinə əsasən Gəncə Kommersiya məhkəməsinə müraciət olunan zaman iddia tələbi olan 14980 manat əsas, 2822.45 manat faiz, 2446.13 manat cərimə və kredit müqaviləsi üzrə (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) gecikdirilmiş vaxt üçün əsas borca illik 5 (bes) faizlə əldən çıxmış fayda olaraq hesablanmış 3105.20 manat olmaqla, ümumilikdə cəmi 23353.78 manat məbləğində borcu bu sazişin 3-cü bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilsin. Həmin əmlaklar bu Sazişin 3-cü bəndində razılaşdırılmış müvafiq qiymətlərə açıq hərracda satılsın. Satışdan- əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin. İpoteka predmetləıinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə müştərək qaydada tutulsun. Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Dağıbəyi qızımn və Cavabdeh6 Dağıbəyi oğlunun ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Xanərəb kəndində yerləşən 0.38 ha torpaq sahəsinin və onun üzərindəki 115.6 kv.m ümumi sahəsi, (56 kv.m yaşayış sahəsindən) ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, fərdi yaşayış evi boşaldılsın və Banka təhvil verilsin.

8. Bu sazişin 3-cü bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyırlar.

9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qəradadaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar