Məhkəmə qərarları › İş №2-2(115)-101/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-101/2022

11.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-101/2022 11.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz “İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz “İstehsalat Birliyinə qarşı Tovuz rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 2162 manat borcun silinməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçının Tovuz rayonu, Alakol kəndində özünə məxsus obyekti vardır, 19 avqust 2020-ci il tarixdə cavabdehin nümayəndələri həmin obyektdə quraşdırılmış qaz sayğacını söküb aparmışlar, ona tezlikdə yeni sayğac quraşdırılacağını bildirmişlər, iddiaçı bununla bağlı hara müraciət etməli olduğunu soruşduqda isə özlərinin yeni sayğac quraşdıracaqlarını bildirmişlər, həmin vaxtdan sonra isə, yəni 2020-ci ilin avqust ayından dekabr ayına kimi və 2021-ci ilin fevral ayından iyun ayına kimi əvvəlki aylarda ödədiyi ödənişə uyğun pul ödənilmişdir. 2020-ci ilin dekabr ayından 01 fevral 2021-ci il tarixədək olan dövrdə ölkədə sərt karantin rejimi olduğuna görə obyekt işləmədiyinə görə təbii qazdan istifadə olunmamış və pul ödənilməmişdir. 2021-ci ilin iyun ayından isə obyektə yeni sayğac quraşdırılmışdır. Belə ki 06 may 2021-ci il tarixdə obyektə gələn şəxslər qaz sayğacının olmamasının səbəbini soruşduqda iddiaçı qaz sayğacının cavabdeh təşkilatın nümayəndələri tərəfindən sökülüb aparıldığını və yeni sayğac quraşdırılması üçün müraciət edəcəyi ünvanı ona bildirmədiyini demişlər, bundan sonra onun obyektinə qaz sayğacı quraşdırılmışdır. Bundan sonra iddiaçının iştirakı olmadan akt tərtib edilmiş və 2162 manat borc hesablanmışdır, həmin aktın surətinin verilməsini tələb etsə dəakt verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Fiziki şəxs İddiaçı abonent saldosundan görünür ki, abonentə 2526,45 manat debitor borcu qeyd edilmişdir. Xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı 20 avqust 2020-ci il tarixə olan 2162 manat borcun ödənilməsi Şəmkir RQİİ-nin Tovuz XS tərəfindən tələb edilmişdir. 19 avqust 2020-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması. Quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, sayğac götürülmüş, qaz bərpa olunmuşdur. 23 iyun 2021-ci il tarixli. ******* nömrəli “qaz sayğacının çıxarılması. Quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, fiziki şəxs İddiaçı obyektinə sayğac sayğac xəttinin üzərində öz yerinə quraşdırılmış. İşlək vəziyyətdə təsvir edilmişdir. İşin mübahisəsiz halıdır ki, 19 avqust 2020-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək sahibkarlıq obyekti olan yeməkxanada sayğac olmamışdır. Qazdan istifadə qaydalarının 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü bəndində göstərilir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Abonentin saldosundan göründüyü kimi, onun 2021-ci ilə cəmi 80 qəpik borcu olmuşdur. Abonent 2021-ci ilin fevral ayı üzrə olan 342.80 manat borcu olmuş, mart ayında 344 manat ödəniş etmişdir. Mart ayına olan 379.40 manat borcuna qarşı aprel ayında 379 manat ödəniş etmişdir. Saldodan göründüyü kimi aylıq ödənişlər 2020-ci ilin müvafiq aylarına uyğun olmuşdur. 2020-ci ilin aprel ayında abonentin sayğac üzrə 80.20 manatlıq qaz sərf etdiyi halda 2021-ci ilin aprel ayında ona 2139 manat borc hesablanmışdır. Halbu ki, aprel ayında havaların istiləşməyə başlayır. Ümumilikdə 2020-ci liln 4 ayı (yanvar-aprel) ərzində sayğac üzrə 768.60 manat. 2021-ci ilin müvafiq 3 ayı (fevral-aprel, yanvar ayında obyekt fəaliyyət fəaliyyət göstərməyib) 2861.80 manatlıq borc hesablanmışdır. Abonent 2020-ci ilin fevral-iyun ayları üzrə 969 manat ödəniş etmişdirsə, 2021-ci ilin fevral-iyun ayları ərzində 1344 manat ödəniş etmişdir. 23 iyun 2021-ci il tarixdə sayğac quraşdırılmışdır. Buna baxmayaraq 2021-ci ilin iyul ayına cavabdehə 2161.95 manat borc hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi həmin müddətdə obyektdə sayğac olmamışdır. Belə olan vəziyyətdə qaz təchizatı idarəsi yuxarıda göstərilən qaydalara əsasən borc hesablaya bilərdi. Abonent həmin aylar üzrə ötən ilin müvafiq dövrünə uyğun, ümumilikdə bir qədər də artıq ödənişlər etmişdir. Tərəflər arasında başqa bir razılaşmanın olması barədə sübut təqdim edilməmişdir. Belə olan vəziyyətdə 2162 manat borcun yaranma mənbəyi bəlli deyildir. Cavabdeh tərəf abonentlə razılaşma barədə sənəd təqdim etməmiş, həmçinin həmin borc məbləğinin hansı əsasla abonentdən tələb etməsinin əsaslarını sübut etməmişdir. Məhkəmə qeyd edir ki, borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Ona görə də qaz təchizatı müəssisəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Hesablanmış borc əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 09 nömrəli qərarının 2.3-cü bəndinə əsasən СOVİD -19 pandemiyası ilə bağlı olaraq 01 fevral 2021-ci il tarixdən kafe və restoranlarda yerində xidmətə icazə verilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 2162 manat borcun borc əsaslı və qanuni hesablanması təsdiqni tapmadığından istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 2162 (iki min yüz altmış iki) manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar