Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1030/2020 09.12.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə və 3-cü şəxs X1 qarşı hüquqların dövlət qeydiyyatına alınıb, çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYİN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə və 3-cü şəxs X1 qarşı hüquqların dövlət qeydiyyatına alınıb, çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizədə göstərilən mübahisə kommersiya mübahisəsi olmadıöından onun qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. İddiaçılara izah olunur ki, ərizədə göstərilən məsələlərə baxılması Gəncə İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə və 3-cü şəxs X1 qarşı hüquqların dövlət qeydiyyatına alınıb, çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsinin qəbulundan imtina olunsun. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməyə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-1030/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1030/2020
09.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver