Məhkəmə qərarları › İş №2-2(115)-1068/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1068/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1068/2022 01.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X9 oglundan xx.xx.2018-ci il tarixli GNC-2226İP sayli Kredit müqaviləsi üzrə əsas borca görə 66 394,22 manat, faiz borcuna görə 7 172,91 manat, cərimə borcuna görə 10 013,31 manat olmaqla borcun cəmi məbləğində 83 580,44 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınmasi üçün ödənilmiş 60 manat rüsumun vo ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 90 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Goranboy şəhəri, 16-cı kvartalda yerləşən 0.08 ha torpaq sahəsinə(torpaq sahəsi ilə birlikdə) və "xxxx" ASC-yə məxsus Goranboy şəhəri, V.Bayramov küçəsində istifadədə olan 0.1726 ha torpaq sahəsi üzərində yerləşən 1656 kv.m tikintialtı sahəsi 1726.1 kv.m-dən ibarət olan:A.qeyri-yaşayış binaları “idarə binası”(inzibati)-1 mərtəbəli, ümumi sahəsi 288.1 kv.m, tikintialtı sahəsi 376 kv.m; B. qeyri-yaşayış binaları “idarə binası”(inzibati)-2 mərtəbəli, ümumi sahəsi 340 kv.m, tikintialtı sahəsi 230.6 kv.m, C.qeyri-yaşayış binaları “Gözətçi binası”(inzibati)-1 mərtəbəli, ümumi sahəsi 17.6 kv.m, tikintialtı sahəsi 26 kv.m, D.qeyri-yaşayış binaları “Anbar”(Anbar)- 1 mərtəbəli, ümumi sahəsi 357.8 kv.m, tikintialtı sahəsi 377 kv.m, E.qeyri-yaşayış binaları “Avtomaşın Talvarı”(nəqliyyat)- 1 mərtəbəli, ümumi sahəsi 115.9 kv.m, tikintialtı sahəsi 123.2 kv.m, L.qeyri-yaşayış binaları “Emal sexi(digər)-1 mərtəbəli, ümumi sahəsi 87.8 kv.m, tikintialtı sahəsi 112 kv.m, Q.qeyri-yaşayış binaları “Anbar” (Anbar)-1 mərtəbəli, ümumi sahəsi 448.8 kv.m, tikintialtı sahəsi 481.3 kv.m olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti Cavabdeh1 xx.xx.2018-ci il tarixli GNC-2226İP saylı kredit müqaviləsi üzrə cəmi 83580.44 manat və 90 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan əmlaka tutulma yönəldikdən sonra və onlar satıldıqdan sonra ən geci ay ərzində boşaldılması və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Seyran Nuriyev iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh X9 oglundan xx.xx.2018-ci il tarixli GNC- 2226İP sayli Kredit müqaviləsi üzrə əsas borca görə 65 895,22 manat, faiz borcuna görə 16412.66 manat, cərimə borcuna görə 20000 manat olmaqla borcun cəmi məbləğində 102307.88 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınmasi üçün ödənilmiş 60 manat rüsumun vo ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 90 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Goranboy şəhəri, 16-cı kvartalda yerləşən 0.08 ha torpaq sahəsinə (torpaq sahəsi ilə birlikdə) və "xxxx" ASC-yə məxsus Goranboy şəhəri, V.Bayramov küçəsində istifadədə olan 0.1726 ha torpaq sahəsi üzərində yerləşən 1656 kv.m tikintialtı sahəsi 1726.1 kv.m-dən ibarət olan:A.qeyri-yaşayış binaları “idarə binası”(inzibati-1) mərtəbəli, ümumi sahəsi 288.1 kv.m, tikintialtı sahəsi 376 kv.m; B. qeyri-yaşayış binaları “idarə binası”(inzibati)-2 mərtəbəli, ümumi sahəsi 340 kv.m, tikintialtı sahəsi 230.6 kv.m, C.qeyri-yaşayış binaları “Gözətçi binası”(inzibati)- 1 mərtəbəli, ümumi sahəsi 17.6 kv.m, tikintialtı sahəsi 26 kv.m, D.qeyri-yaşayış binaları “Anbar”(Anbar)- 1 mərtəbəli, ümumi sahəsi 357.8 kv.m, tikintialtı sahəsi 377 kv.m, E.qeyri-yaşayış binaları “Avtomaşın Talvarı”(nəqliyyat)- 1 mərtəbəli, ümumi sahəsi 115.9 kv.m, tikintialtı sahəsi 123.2 kv.m, L.qeyri-yaşayış binaları “Emal sexi(digər)-1 mərtəbəli, ümumi sahəsi 87.8 kv.m, tikintialtı sahəsi 112 kv.m, Q.qeyri-yaşayış binaları “Anbar” (Anbar)-1 mərtəbəli, ümumi sahəsi 448.8 kv.m, tikintialtı sahəsi 481.3 kv.m olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti Cavabdeh1 xx.xx.2018-ci il tarixli GNC-2226İP saylı kredit müqaviləsi üzrə cəmi 83580.44 manat və 90 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmetləri olan əmlaka tutulma yönəldikdən sonra və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması və təhvil verilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli GNC-2226İP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy rayon Məhkəməsinin 2(045)-113/2021 saylı 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apelyasiya şikayəti verərək Goranboy rayon Məhkəməsinin 2(045)-113/2021 saylı 27 iyul 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1031/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Goranboy rayon Məhkəməsinin 2(045)-113/2021 saylı 27 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ASC-nin nümayəndəsi X2 məhkəməyə verdikləri izahatlarında yaranmış mübahisə ilə əlaqədar razılıq əldə edildiyini bildirdilər. Razılaşdıqları şərtlər barədə yazılı qaydada məhkəməyə təqdim edilmiş barışıq sazişininin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi X7məhkəməyə barışıq sazişi təqdim edərək təsdiq edilməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh3 ASC-nin nümayəndəsi X2 barışıq sazişinin şərtləri ilə tanış olduqlarını, öz imzaları ilə təsdiq etdiklərini bildirdilər və təsdiq olunmasını xahiş etdilər. Məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. Borclu Cavabdeh1 78671,68 manat borcundan ilkin olaraq 6671,68 manat ödənilməklə, qalan 72000 manat borcu hər ayın 30-dan gec olmayaraq 36 ay müddətinə, hər ay 2000 manat olmaqla ödənilməsini öhdəsinə götürür.

2. Razılaşmaya Borclu tərəfindən tam əməl edildiyi təqdirdə, Borclunun bank proqramı üzrə qalan 4547,1 manat balansdankənar faiz borcunun Tələbkar tərəfindən güzəşt olunaraq silinməsi və ipoteka ilə yüklü edilmiş əmlakların ipoteka yüklülüyündən azad edilməsi məsələsinə baxılması nəzərdə tutulur.

3. X6 uyğun olaraq, öhdəliyini tam yerinə yetirənədək Tələbkar heç bir hüququndan imtina etmir və aşağıdakı hallardan hər hansı biri baş verdikdə, Borclunun öhdəliyi 2.4 və 2.5-ci bəndlərdə göstərilən qaydada icra edilir: Barışıq Sazişi üzrə Borclu tərəfindən öhdəliyin tam şəkildə icra edilmədiyi halda; Barışıq Sazişi üzrə Borclu tərəfindən ardıcıl olaraq iki dəfədən artıq istənilən hər hansı bir pozuntu olduqda.

4. X8 2.3-cü bəndində göstərilən hal baş verdikdə Tələbkar 2.5-ci bəndində göstərilən məbləğdə tələbin icraya yönəldilməsi və icra vərəqəsinin verilməsi barədə məhkəməyə ərizə verə bilər.

5. Borclu 2.1-ci bənddə göstərilən öhdəliyini icra etmədiyi halda, Tələbkara 58 896,22 manat əsas, 16 412,66 manat faiz, 2000 manat cərimə borcu olmaqla, cəmi 77 308,88 manat kredit borcu, bundan başqa Bank tərəfindən çəkilmiş məhkəmə xərclərinin əvəzi: bildirişin qeydə alınması üçün 60 manat, iddia ərizəsinin verilməsi üçün 30,4 manat, əmlakın qiymətləndirilməsi cəmi 700 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 172,4 manat məbləğində dövlət rüsumları və 400 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 78 671,68 manat ödəməlidir. Həmçinin Borclu razılaşır ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus Goranboy şəhəri, 16-cı kvartalda yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 160 kv.m olan ticarət təyinatlı, 1 mərtəbəli qeyri-yaşayış sahəsi (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 60 000 (altmış min) manat məbləğində müəyyən edilməklə; "xxxx" ASC-yə məxsus Goranboy şəhəri, V.Bayramov küçəsində istifadədə olan 0,1726 ha torpaq sahəsi üzərində yerləşən 1656 kv.m tikintialtı sahəsi 1726,1 kv.m-dən ibarət olan: A. qeyri-yaşayış binaları “idarə binası” (inzibati)- 1 mərtəbəli, ümumi sahəsi 288,1 kv.m, tikintialtı sahəsi 376 kv.m; B. qeyri-yaşayış binaları “idarə binası” (inzibati)- 2 mərtəbəli, ümumi sahəsi 340 kv.m, tikintialtı sahəsi 230,6 kv.m; C. qeyri-yaşayış binaları “Gözətçi binası” (inzibati)- 1 mərtəbəli, ümumi sahəsi 17,6 kv.m, tikintialtı sahəsi 26 kv.m; D. qeyri-yaşayış binaları “Anbar” (Anbar)- 1 mərtəbəli, ümumi sahəsi 357,8 kv.m, tikintialtı sahəsi 377 kv.m; E. qeyri-yaşayış binaları “Avtomaşın Talvarı” (nəqliyyat)- 1 mərtəbəli, ümumi sahəsi 115,9 kv.m, tikintialtı sahəsi 123,2 kv.m; L. qeyri-yaşayış binaları “Emal sexi” (digər)- 1 mərtəbəli, ümumi sahəsi 87,8 kv.m, tikintialtı sahəsi 112 kv.m; Q. qeyriyaşayış binaları “Anbar” (Anbar)- 1 mərtəbəli, ümumi sahəsi 448,8 kv.m, tikintialtı sahəsi 481,3 kv.m olan əmlak kompleksinin isə ilkin satış qiyməti 230 000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməklə tutma həmin əmlaklara yönəldilsin, əmlaklar açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. Əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində torpaq və qeyri-yaşayış sahələri boşaldılsın (iddiaçıya satıldığı təqdirdə). İddiaçı ASCnin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi girov sahiblərinə qaytarılsın. İpoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli GNC-2226İP saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc Cavabdeh1 tutulsun. 6.X3 məhkəmə qaydasında təsdiq olunması barədə ayrı- ayrılıqda Gəncə Kommmersiya Məhkəməsinə ərizə verəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. 7.Barışıq Sazişi tərəflər burada göstərilən öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. 8.Barışıq Sazişi ilə həll edilməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 9.Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik olan dörd nüsxədən ibarət tərtib edilmişdir, məhkəmədə və tərəflərin hər birində bir nüsxə saxlanılır. 10.X3 şərtləri və onun məhkəmə tərəfindən təsdiq edilməsinin nəticələri ilə razı olduğunu bildirdilər və bunu öz imzaları(varsa möhürü) ilə təsdiq edirlər. Məzmunundan göründüyü kimi barışıq sazişinin mahiyyəti ondan ibarətdir ki, tərəflər borc vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tərəflər arasında bağlanmış barışıq sazişini nəzərdən keçirib hesab edir ki, bu razılaşma qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından saziş təsdiq olunmalı və bu əsasla işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Borclu Cavabdeh1 78671,68 manat borcundan ilkin olaraq 6671,68 manat ödənilməklə, qalan 72000 manat borcu hər ayın 30-dan gec olmayaraq 36 ay müddətinə, hər ay 2000 manat olmaqla ödənilməsini öhdəsinə götürür.

2. Razılaşmaya Borclu tərəfindən tam əməl edildiyi təqdirdə, borclunun bank proqramı üzrə qalan 4547,1 manat balansdankənar faiz borcunun Tələbkar tərəfindən güzəşt olunaraq silinməsi və ipoteka ilə yüklü edilmiş əmlakların ipoteka yüklülüyündən azad edilməsi məsələsinə baxılması nəzərdə tutulur.

3. X6 uyğun olaraq, öhdəliyini tam yerinə yetirənədək Tələbkar heç bir hüququndan imtina etmir və aşağıdakı hallardan hər hansı biri baş verdikdə, borclunun öhdəliyi 2.4 və 2.5-ci bəndlərdə göstərilən qaydada icra edilir: Barışıq Sazişi üzrə Borclu tərəfindən öhdəliyin tam şəkildə icra edilmədiyi halda; Barışıq Sazişi üzrə Borclu tərəfindən ardıcıl olaraq iki dəfədən artıq istənilən hər hansı bir pozuntu olduqda.

4. X8 2.3-cü bəndində göstərilən hal baş verdikdə Tələbkar 2.5-ci bəndində göstərilən məbləğdə tələbin icraya yönəldilməsi və icra vərəqəsinin verilməsi barədə məhkəməyə ərizə verə bilər.

5. Borclu 2.1-ci bənddə göstərilən öhdəliyini icra etmədiyi halda, Tələbkara 58 896,22 manat əsas, 16 412,66 manat faiz, 2000 manat cərimə borcu olmaqla, cəmi 77 308,88 manat kredit borcu, bundan başqa Bank tərəfindən çəkilmiş məhkəmə xərclərinin əvəzi: bildirişin qeydə alınması üçün 60 manat, iddia ərizəsinin verilməsi üçün 30,4 manat, əmlakın qiymətləndirilməsi cəmi 700 manat və 400 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 78 671,68 manat ödəməlidir. Həmçinin Borclu razılaşır ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus Goranboy şəhəri, 16-cı kvartalda yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 160 kv.m olan ticarət təyinatlı, 1 mərtəbəli qeyri-yaşayış sahəsi (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 60 000 (altmış min) manat məbləğində müəyyən edilməklə; "xxxx" ASC-yə məxsus Goranboy şəhəri, V.Bayramov küçəsində istifadədə olan 0,1726 ha torpaq sahəsi üzərində yerləşən 1656 kv.m tikintialtı sahəsi 1726,1 kv.m-dən ibarət olan: A. qeyri-yaşayış binaları “idarə binası” (inzibati)- 1 mərtəbəli, ümumi sahəsi 288,1 kv.m, tikintialtı sahəsi 376 kv.m; B. qeyri-yaşayış binaları “idarə binası” (inzibati)- 2 mərtəbəli, ümumi sahəsi 340 kv.m, tikintialtı sahəsi 230,6 kv.m; C. qeyri-yaşayış binaları “Gözətçi binası” (inzibati)- 1 mərtəbəli, ümumi sahəsi 17,6 kv.m, tikintialtı sahəsi 26 kv.m; D. qeyri-yaşayış binaları “Anbar” (Anbar)- 1 mərtəbəli, ümumi sahəsi 357,8 kv.m, tikintialtı sahəsi 377 kv.m; E. qeyri-yaşayış binaları “Avtomaşın Talvarı” (nəqliyyat)- 1 mərtəbəli, ümumi sahəsi 115,9 kv.m, tikintialtı sahəsi 123,2 kv.m; L. qeyri-yaşayış binaları “Emal sexi” (digər)- 1 mərtəbəli, ümumi sahəsi 87,8 kv.m, tikintialtı sahəsi 112 kv.m; Q. qeyriyaşayış binaları “Anbar” (Anbar)- 1 mərtəbəli, ümumi sahəsi 448,8 kv.m, tikintialtı sahəsi 481,3 kv.m olan əmlak kompleksinin isə ilkin satış qiyməti 230 000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməklə tutma həmin əmlaklara yönəldilsin, əmlaklar açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. Əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində torpaq və qeyri-yaşayış sahələri boşaldılsın (iddiaçıya satıldığı təqdirdə). İddiaçı ASCnin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi girov sahiblərinə qaytarılsın. İpoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli GNC-2226İP saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc Cavabdeh1 tutulur.

6. Barışıq Sazişi məhkəmə qərardadı ilə eyni vaxtda qüvvəyə minir və tərəflər sazişdə göstərilən öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. 7.Barışıq Sazişi ilə həll edilməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 8.Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik olan dörd nüsxədən ibarət tərtib edilmişdir, məhkəmədə və tərəflərin hər birində bir nüsxə saxlanılır. 9.X3 şərtləri və onun məhkəmə tərəfindən təsdiq edilməsinin nəticələri ilə razı olduğunu bildirdilər və bunu öz imzaları (olduqda möhürü) ilə təsdiq edirlər. İş üzrə icraata xitam verilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************, “GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. İş üzrə 500 (beş yüz) manat ekspertiza xərci Cavabdeh1 „Əmlakın Qiymətləndirilməsi“ MMC, Yevlax şəhəri, VÖEN **********, „Bank Respublika“ ASC Yevlax filalı, Kod: 509299, VÖEN **********, H/h AZ61BRES********************, M/h AZ80NABZ********************, SWİFT BRESAZ7722 saylı hesaba ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar