Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1069/2022 28.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayeva Səbinə Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 31400 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2100/2021 nömrəli qətnaməsi ilə Cavabdeh 31400 manat və məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş 30 manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 918/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2100/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəllər münasibətləri olmuşdur. Belə ki, cavabdeh kommersiya ilə məşğul olduğu şərik dostları ilə Şəki şəhərinə gəlmiş, qonağı olmuş və sifariş etdikləri taxta pomidor yeşiklərini dəfələrlə nəğd, yaxud nisyə götürmüşdülər. Nisyə götürülən yeşiklərin pulunu sonradan heç bir problem olmadan ödəmişdilər. O, Şəki şəhərində taxta yeşik istehsal etməklə sahibkarlıqla məşğuldur. Cavabdehlə də tanışlıqları elə onun əmək fəaliyyəti ilə bağlı yaranmışdır. 2020-ci ilin payız aylarına yaxın Cavabdeh Şəki şəhərinə gəlmiş, karalyok-xurma biznesinə onun də şərik olmaq təklifini irəli sürmüşdür. Belə ki, taxta yeşiklərininin onun istehsal edib verməsi, karalyok-xurma yığımı isə cavabdehlik olacaq deyə razılaşmışdılar. Sonradan cavabdeh ona əlavə pul lazım olacağını dedikdə, o maddi vəziyyəti elə də yaxşı deyil, özünün borclularını ləngitdiyini demişdir. Heç cürə əlavə pul vermək imkanı yoxdur. Nəhayət, qərara gəldilər ki, cavabdeh apardığı 29 000 manat məbləğindəki taxta yeşiklərin pulunu qaytaracaq. Cavabdeh Allahverdi 2020-ci ilin sonlarında bildirdi ki, taxta yeşikləri Şəmkirdən Rusiyaya pomidor göndərən kommersantlara satmış, pulunu da tezliklə gətirib Şəkidə verəcəkdir. Beləliklə, 2021-ci ilin aprel ayına qədər dəfələrlə cavabdehlə görüşləri və telefon danışıqları olmasına baxmayaraq, 29 000 manat puldan bir manat belə cavabdeh geri qaytarmamışdır. Məhz, aprel ayında Cavabdeh Şəkiyə onun yanıma gələrək səmimiyyətlə 2400 manat məbləğində taxta yeşik götürmüş və uzağı bir aya pulun hamısmı verəcəyini bildirmişdir. Hələ də münasibətlərimiz yaxşıdır və bu səbəbdən aprel ayında cavabdeh "yeni işə başlayıram, Rusiyaya pomidor vuracam. Heç olmasa yeşik sarıdan təkan ver, sənin də pulunu qaytara bilim" dedi. Beləliklə,sonuncu dəfə aprel ayında 2400 manatlıq taxta yeşik aparan Cavabdeh 31400 manat məbləğində pul borclu qalmışdır. 2021-ci ilin iyun ayının ortalarında o, Şəmkirə cavabdehgilə getmişdir. Etdiyi yaxşılılqların qarşılığında Cavabdeh gözləmədiyi maddi və mənəvi zərbəni heç cürə bağışlaya bilmirdi. Allahverdi onu sakitləşdirməyə çalışırdı və pulu mütləq qaytaracağını bildirərək, "inanmırsan notariusa gedək, borc müqaviləsi yazım və onu təsdiq edək" dedi. Beləliklə, Cavabdeh ilə notariusa gedərək, bir vərəq əlyazma ilə, bir vərəq kompüter yazısı ilə müqaviləni yazdırdılar və imzaladılar. Lakin notaius təsdiqləmədi. O qədər əsəbi idi ki, aprel ayında verdiyi 2400 manat məbləğində olan yeşikləri cəmləşdirərək, yazdığı əlyazmada, yaxud kompüter yazısında qeyd etdirmək belə yadından çıxdı. Lakin notarius cavabdehin yazdıqlarının qanun çərvisində olmadığını deyib, təsdiqləməkdən imtina etdi. Bir tərəfdən 29000 manatı hər ay 300 manat ödəməklə Allahverdinin insafsız təklifi, digər tərəfdən də onu qane etməyən müqaviləni belə notariusun təsdiq etməməsi onu daha da əsəbləşdirdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, Əkbərov X1 Ramin İsa oğlundan 29000 manat dəyərində taxta yeşik materialını xx.xx.2021-ci il tarixdə hər ay 300(üç yüz) manat ödəmək qarşılığında götürmüş və öz imzası ilə təsdiq etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmiş və işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə 29.000 manat dəyərində malın satılması ilə bağlı sadə yazılı müqavilə olmuşdur. Müqaviləyə əsasən cavabdeh isə 2017-ci ilin iyul ayından başlayaraq həmin məbləği ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. İddiaçı tərəfindən əlavə olaraq 24.000 manat dıyıerində malın şifahi razılaşma əsasında verilməsi də cavabdeh tərəfindən təkzib edilməmişdir. Cavabdeh iddia tələbində göstərilən 31400 manat borcun etirafı barədə ərizə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh aldığı malların dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən satıcı verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 31400 (otuz bir min dörd yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 31400 (otuz bir min dörd yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-1069/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1069/2022
28.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver