Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-11/2023 03.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı alğı-satqı müqaviləsinin və qərarların etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh4 MMC-yə qarşı üçüncü şəxs Goranboy rayon Notariat Kontorunu qeyd etməklə alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X11 reyestr məlumatlarında dəyişikliklərin edilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, X7 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş “nizamnamə kapitalının alğı-satqı müqaviləsi”nin, Cavabdeh2 MMC-yə məxsus olan əmlakın Cavabdeh3 MMC-yə (hal-hazırda Cavabdeh4 MMC) satılması haqqında alğısatqı müqaviləsinin, Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin X11 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2ndə 37,5% payın sahibidir. bildirir ki, onun xəbəri olmadan onun təsisçi olduğu və 37,5% payı olan Cavabdeh2 MMC-də təsisçi payının bir hissəsinin alğı-satqısı baş vermiş və müəssisəyə əlavə təsisçi daxil olmuşdur. Belə ki, payın bir hissəsinin qanunsuz (saxta) 17 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 Cavabdeh2 MMC-də 10% paya sahib olmuşdur. Bundan sonra Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarı ilə Cavabdeh1 təsisçi olması faktı təsdiq olunmuşdur. Onun imzası həmin qərarda saxtalaşdırılmış, X12 isə 10 may 2011-ci il tarixdə İstanbul şəhərində vəfat etmişdir. Daha sonra Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarı ilə (saxta qərar) Cavabdeh2 MMC-nin qanuni təmsilçilik hüququna malik direktoru X7 vəzifəsindən azad edilmiş və Cavabdeh1 həmin vəzifəyə təyin edilmişdir. Nizamnamə payının alğı-satqısı haqqında müqavilə bağlanarkən mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh2 MMC paylı mülkiyyətdir və təsisçilərdən biri öz payını və ya payının bir hissəsini üçüncü şəxsə satmaq istəyərsə ilk növbədə paylı mülkiyyətin digər payçılarına məlumat verməli və payın alınmasını ilk növbədə payçılara təklif etməli idi. Nizamnamə payının 10%-nin alğı-satqısı zamanı mülki qanunvericiliyin tələblərinə əməl olunmamışdır (tələblər kobud şəkildə pozulmuşdur). Alğı-satqıda üstünlük hüququ olan şəxslərə yəni, onlara məlumat verilməmiş, müqavilədə olan razılıq ərizəsində onun imzası saxtalaşdırılmış və o, ümumiyyətlə 27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri 7 saylı Dövlət Notariat kontorunda olmamışdır. Digər guya razılıq ərizəsi yazmış X12 isə alğısatqı maviləsi bağlanmamışdan 6 ay əvvəl 10 may 2011-ci il tarixdə vəfat etmişdir. Nizamnamə payının bir hissəsinin alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanmışdır və etibarsız hesab edilməlidir. Qanunsuz (saxta) alğı-satqı müqaviləsi ilə 10% paya sahib olmuş Cavabdeh1 daha bir saxtakarlıq edərək müəssisənin təmsilçilik hüququnu ələ keçirmişdir (Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il qərarı). Həmin qərarın qəbul edilməsində o, iştirak etməmişdir və qərardakı imza onun imzası deyil. X12 isə həmin qərara imza ata bilməzdi, çünki qərar qəbul ediləndən 6 ay əvvəl 10 may 2011-ci ildə vəfat etmişdi. Bundan əlavə qanunsuz olaraq Cavabdeh2 MMC-nin rəhbəri seçilmiş Cavabdeh1 yenə də qalan təsisçilərin (payçıların) xəbəri olmadan (onlara xəbər vermədən), onların razılığını almadan Cavabdeh2 MMC-yə məxsus olan əmlakı qanunsuz olaraq Cavabdeh3 MMC-yə (halhazırda Cavabdeh4 MMC) satmışdır. Göstərilən alğı-satqı müqviləsi də mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanmışdır və etibarsız hesab edilməlidir. Göründüyü kimi nizamnamə payının bir hissəsinin alğı-satqı müqaviləsi, “Elmir" MMC ilə Cavabdeh3 MMC (hal-hazırda Cavabdeh4 MMC) arasında bağlanmış əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh2 MMC-nin təsisçilərinin qərarları qanunsuz (saxta) olduğundan etibarsız hesab olunmalıdır. O, alğı-satqı müqavilələrinin və qərarların ləğvi barədə 12 fevral 2018-ci il tarixdə Goranboy rayon məhkəməsində iddia qaldırmışdır. Onun iddia tələbi Goranboy rayon məhkəməsi tərəfindən təmin edilməmiş, həmin qətnamədən verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilmiş, qətnamə ləğv edilmiş, lakin iddia tələbi təmin edilməmişdi. Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinə 18 avqust 2020-ci il tarixdə baxılmış və qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli 2(104)-3561/2019 saylı qətnaməsində göstərilmişdir ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçı tələbinin əsası kimi MMC-nin təsisçilərindən olan Faiq Kərimovun 10 may 2011-ci ildə İstanbul şəhərində vəfat etdiyindən həmin qərarların onun tərəfindən imzalanmasının mümkün olmaması əsasına, həmçinin həmin qərarların onun özü tərəfindən imza edilməməsinə, onun imzasının saxtalaşdırılmasına istinad edərək birinci instansiya məhkəməsindən həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin bu işdə nümayiş etdirdiyi hüquqi mövqeni əsas götürərək, hesab edir ki, iddiaçının istinad etdiyi bu əsaslar mübahisələndirilən qərarların ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilərdi. Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsində göstərilənlərə əsaslanaraq (qətnamə 18 avqust 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir), alğı-satqı müqavilələrinin və təsisçilərin qərarlarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, məhkəmə X7 ilə Cavabdeh1 oğlu arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət 5 Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş “nizamnamə kapitalının alğı-satqı müqaviləsi” nin; Cavabdeh2 MMC-yə məxsus olan əmlakın bentonit ” MMC-yə (hal-hazırda Cavabdeh4 MMC) satılması haqqında alğı-satqı müqaviləsinin ; Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci tarixli qərarının etibarsız hesab edilməsi; Cavabdeh2 MMC-nin X11 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi barədə qətnamə qəbul edilməlidir. Goranboy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(045)-134/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh4 MMCyə (keçmiş Cavabdeh3 MMC) qarşı “alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X11-reyestr məlumatlarında dəyişikliklərin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(104)-2998/2021 nömrəli qərardadına əsasən Goranboy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(045)-134/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 05 aprel 2021ci il tarixli 2(045)-134/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün məhkəmə aiddiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli e-2-2(115)-82/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4 MMC-yə və üçüncü şəxs Goranboy rayon Notariat kontoruna qarşı alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X11 reyestr məlumatlarında dəyişikliklərin edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinin icraatı xx.xx.2022-ci il tarixdə ölmüş İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2-2(115)-11/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4 MMC-yə və üçüncü şəxs Goranboy rayon Notariat kontoruna qarşı alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X11 reyestr məlumatlarında dəyişikliklərin edilməsi tələbinə dair iddiası üzrə X1 Aydın Şubay oğlunun hüquqi varisi kimi tanınmış və işin icraatı təzələnmişdir. Daha sonra İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə Cavabdeh1 və Cavabdeh2 MMC-ni cavabdeh, Goranboy rayon Notariat kontorunu isə üçüncü şəxs göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək, X7 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10% payın alğı-satqı müqaviləsi”nin; "xxxx" MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və "xxxx" MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, "xxxx" MMC hal-hazırda "xxxx" MMC-yə, üçüncü şəxs Goranboy rayon Notariat kontoruna qarşı X7 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş “nizamnamə kapitalının alğı-satqı müqaviləsi”nin; "xxxx" MMC-yə məxsus olan əmlakın "xxxx" MMC-yə ( hal-hazırda "xxxx" MMC ) satılması haqqında alğı-satqı müqaviləsinin; "xxxx" MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi; Cavabdeh2 MMC-nin X11 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi tələbi barədə ”kommersiya işi üzrə iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin (hakim Rəşad Məmmədov, iş № 2-2(115)- 11/2023) icraatındadır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)- 11/2023 nömrəli qərardadı ilə X3 xx.xx.2022-ci il tarixdə ölmüş İddiaçı hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bildirir ki, hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi və iddianın həcminin azaldılması zərurəti yaranmışdır. Belə ki, iddia tələbinin "xxxx" MMC-yə məxsus olan əmlakın "xxxx" MMC-yə (hal-hazırda "xxxx" MMC ) satılması haqqında alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı olaraq, həmin alğı-satqı müqaviləsi iddiaçı olaraq onlardan asılı olmayan səbəblərdən məhkəməyə təqdim edilməmişdir. Həmin alğı-satqı müqaviləsinin olmaması səbəbindən alğı-satqı müqaviləsinin mübahisələndirilməsi mümkünsüz olmuşdur. Həmçinin iddia tələbinin Cavabdeh2 MMCnin X11 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsini də iddia tələbindən çıxarırlar. Hesab edirlər ki, məhkəmə “ X7 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1- 131 № ilə qeyd edilmiş Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10% payın alğısatqı müqaviləsi”nin; Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və "xxxx" MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə ” iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun məlumatı olmadan 17 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 Cavabdeh2 MMC-də 10% paya sahib olmuşdur. Bundan sonra Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarı ilə Cavabdeh1 təsisçi olması faktı təsdiq olunmuşdur. Halbuki həmin qərarda da onun imzası saxtalaşdırılmışdır. Bundan başqa bildirmişdir ki, X12 onun doğma dayısıdır. O, vəfatından 5 il qabaq Türkiyəyə köçmüş və bu müddət ərzində Azərbaycana qayıtmamış, oradada vəfat etmişdir. Lakin həmin sənədlərdə vəfat edən şəxsində imzası vardır. Bu kimi halları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda müəsisənin fəaliyyəti dayandırılmışdır və təmsilçi kimi mərhum İddiaçı qeyd olunubdur. May ayına qədər sənədlərlə bağlı onlara vaxt verilmişdir ki, həmin vaxtadək sənədləri qaydaya salıb təqdim etsinlər, əks halda yataqları əllərindən ala bilərlər. Odur ki, ekspertin rəyinə əsasən həmin sənədlərdə iddiaçının imzasının olmadığı təsdiqini tapdığından məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi və üçüncü şəxs Goranboy rayon Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər, lakin İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək bildirmişdir ki, üzrlü səbəbdən ( Bakı Ağır Cinayətlər Məhkəməsində onun müdafiəçi kimi iştirak etdiyi cinayət işi üzrə məhkəmə baxış iclası təyin edildiyindən, cinayət işi № 1(101)-947/2023, hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi ilə, xx.xx.2023-cü il saat 16:00 ) o, 03 aprel 2023-cü il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilmir. Ona görə də kommersiya işi üzrə 03 aprel 2023-cü il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirilməsini və iddia tələbi üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin nizamnaməsinə xx.xx.2011-ci il tarixdə iştirakçıları tərəfindən edilmiş və xx.xx.2011-ci il tarixdə qeydə alınmış dəyişikliyin surətindən görünür ki, Cavabdeh2 MMC-nin nizamnamə kapitalında X5 payı 37,5 %, İddiaçı payı 37,5 %, X8 payı 25 % təşkil edir. İş materiallarına əlavə olunmuş kommersiya X11 reyestrindən **********677300 saylı xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 MMC-nin əvvəlki təsiçiləri X7 37,5 % pay, İddiaçı 37,5 % pay və X9 25 % pay olmuş, hazırkı iştirakçılar X8 payı 25 % nizamnamə kapitalında X5 payı 37,5 %, İddiaçı payı 37,5 %, X8 payı 25 % təşkil edir. İş materiallarına əlavə olunmuş X12 və İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində Goranboy rayonu notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, onlar Cavabdeh2 MMC-nin təsisçisi kimi həmin cəmiyyətin nizamnamə fondundan X6 məxsus olan 37,5 faizin 10 faizinin satılmasına, bağışlanmasına etiraz etməmişdirlər. İş materiallarında olan notarial qaydada tərcüməsi təsdiq olunmuş ******* saylı ölüm sənədinin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 nömrə ilə qeyd olunmuş X7 ilə Cavabdeh1 arasında bağlanılmış nizamnamə kapitalının xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X7 Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan 37,5 payının 10% hissəsini Cavabdeh1 satmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixli 3M-1-131 saylı nizamnamə kapitalının alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 təsisçilər sırasına daxil edilmiş və Cavabdeh2 MMC-nin nizamnamə kapitalında X5 payı 27,5 %, İddiaçı payı 37,5 %, X8 payı 25 %, Cavabdeh1 payı 10 % müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il tarixli qərarı ilə X7 Cavabdeh2 MMC-nin qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsindən azad edilmiş, Cavabdeh1 həmin vəzifəyə təyin edilmişdir. İş materiallarında olan 11 aprel 2001-ci il tarixli 3/490 qeydiyyat nömrəli Cavabdeh2 MMC-nin nizamnaməsinin surətindən görünür ki, nizamnamənin 4.2-bəndinin 6-cı abzasına əsasən hər hansı bir MMC iştirakçısının payının üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda onun payını almaq MMC iştirakçısının mövcud qanunvericiliyə uyğun olaraq vəzifələri sırasında göstərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 29 iyun 2022-ci il tarixli, 4/824 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan xx.xx.2010cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, Cavabdeh2 MMC-nin adından olan xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli qərarlarda “İddiaçı” yazılarının qarşısındakı imzalar- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 140 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.3-cü maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinəəsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı 37,5 % payla Cavabdeh2 MMC-nin iştirakçısı olmuşdur. Mülki Məcəllənin 93.3-cü maddəsinin tələbinə uyğun olaraq o, digər iştirakçının payını öz payının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malik olmuşdur. Eyni zamanda iddiaçı cəmiyyətin təsisçisi olduğundan təsis yığıncağında qəbul edilən qərar onun və ya onun nümayəndəsinin iştirakı olduqda səlahiyyətli hesab oluna bilər. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-xətşünaslıq ekspertizasının 29 iyun 2022-ci il tarixli, 4/824 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində Goranboy rayonu notariat kontoruna ünvanlanmış ərizədəki imza İddiaçı məxsus olmadığından və bu hal iddiaçıya münasibətdə cəmiyyətin iştirakçısı olaraq digər iştirakçının payını öz payının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququnu pozduğundan, həmin ərizənin hüquqi davamı olaraq X7 ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda 3M-1-131 reyestrlə qeydə alınmış Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 faiz payın alğı-satqı müqaviləsi qanunvericiliyin tələbi pozularaq bağlanıldığından etibarsız hesab olunmalıdır. Bundan başqa məhkəmə ekspert rəyini iş üzrə əhəmiyyət kəsb edən mötəbər hal kimi nəzərə alaraq və notarial qaydada tərcüməsi təsdiq olunmuş ******* saylı ölüm sənədinin surətini işin mübahisəsiz halı kimi qiymətləndirərək hesab edir ki, ekspert rəyinə əsasən xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli qərarlarda “İddiaçı” yazılarının qarşısındakı imzalar-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan və digər təsisçi X12 xx.xx.2011-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində öldüyündüdən həmin qərarların adı çəkilən şəxslər tərəfindən imzalanması mümkünsüzdür. Odur ki, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarları da etibarsız hesab olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X7 ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda 3M-1-131 reyestrlə qeydə alınmış Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 faiz payın alğı-satqı müqaviləsi, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarları etibarsız hesab edilməli, 140 manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh4 MMC xx.xx.2021ci il tarixində məhkəməyə elektron qaydada etiraz təqdim edərək, Mülki Məcəllənin 354.2, 347.1-ci və Mülki Prosessual Məcəllənin 130.3-cü maddələrini rəhbər tutaraq iş üzrə lüzumsuz araşdırmanın və prosessual hüquqlardan sui-istifadənin qarşısının alınması məqsədi ilə məhkəmədən iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərkən cavabdehlər sırasında Cavabdeh4 MMC-ni göstərmədiyindən və Cavabdeh4 MMC-yə qarşı tələb irəli sürülmədiyinən məhkəmə hesab edir ki, Cavabdeh4 MMC-nin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə məsələnin araşdırılmasına zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda 3M-1-131 reyestrlə qeydə alınmış Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 faiz payın alğı-satqı müqaviləsi, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarları etibarsız hesab edilsin. 140 manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-11/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-11/2023
03.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver