Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-119/2020 20.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı “İddiaçı” X1 nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X4 və vəkili, eyni zamanda nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “İddiaçı” X1 Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” X5 iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək 21 773 manat məbləğində borcun, 2438,58 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 24 241,58 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-767/2019 nömrəli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə inzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,“İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli “alqı-satqı” müqaviləsinin şərtlərinə əsasən satıcı qeyd edilən müqavilə şərtlərinə əsasən mal (sement) verməyi, alıcı isə müqavilə şərtlərinə uyğun olaraq ödəmə aparmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və nəticədə 21 773 manat borc yaranmışdır. Qeyd edilən borcun ödənilməsi məqsədi ilə cavabdehə xx.xx.2019-cu il tarixdə pretenziya göndərilərək yaranmış 21 773 manat borcun ödənilməsii tələb edilmiş, lakin bu günə qədər heç bir ödəniş olunmamışdır. Habelə, müqavilənin 6.1.3-cü maddəsinin tələblərinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə hər gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı tərəfindən onlara satılan sementin dəyərini həmişə vaxtında ödəmişlər. Onların iddiaçıya borcu qalmamışdır. Cavabdehin digər nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, özləşmə aktı saxtalaşdırılmışdır. Həmin sənəd Cavabdeh tərəfindən akta imza edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, CPSS 268/18 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı “X13” MMc malları təhvil verməyi, alıcı Cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1.3-cü bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş ödəniş şərtlərinə əməl olunmadığı halda hər gecikdirilmiş günə görə 0,1% qədər cərimə ödənilməlidir. xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçıya 23.000 manat borclu olduğunu etiraf etmişdir. İş üzrə təqdim edilmiş 23481 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyində tədqiqatın nəticəsi kimi qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş xx.xx.2018-ci il tarixli üzləşmə aktında olan bütün əlyazmaların və imzaların rəngləyici maddələri kimyəvi tərkiblərinə görə öz aralarında eyni gelli qələmlə icra olunmuşdur. İş üzrə təqdim edilmiş 23313 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyində tədqiqatın nəticəsi kimi qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 33-cü vərəqəsində Cavabdeh adına olan xx.xx.2018-ci il tarixli üzləşmə aktında “3.borclu” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşin hallarından göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı iddia tələbi də, bilavasitə həmin müqavilədən irəli gəlir. Mübahisəli borc məbləği xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktında Cavabdeh imzası ilə təsdiqini tapır. Məhkəmə qeyd edir ki, cavabdeh aktı imza etməklə orada yazılan faktları qəbul etdiyini təsdiq etmişdir. Bundan sonra mübahisəli məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddia tələbinin 2438,58 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, işin halları nəzərə alınmaqla həmin məbləğ azaldılaraq 338,58 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ Cavabdeh tutulub dövlət nəfinə keçirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21773 (iyirmi bir min yeddi yüz yetmiş üç) manat əsas borc, 338,58 (üç yüz otuz səkkiz manat əlli səkkiz qəpik) manat dəbbə pulu, ümumilikdə 22111,58 (iyirmi iki min yüz on bir manat əlli səkkiz qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsu tutularaq “İddiaçı” X2 ödənilsin. İş üzrə 214 (iki yüz on dörd) manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına (apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-119/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-119/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver