Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1191/2024 10.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 20000 ABŞ dolları məbləğində pulun, 3 il ərzində əldən çıxmış faydaya görə illik 5% olmaqla 3000 ABŞ dolları zərərin, ümumilikdə 23000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 208 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ortaq dostları Şahid vasitəsi ilə tanımışdır. 2019-cu ilin sonlarında Cavabdeh ilə telefonla əlaqə saxlamış və birlikdə iş görərək gəlir əldə etmək istədiyini bildirmişdir. Cavabdeh ona 52 ton çəkidə müxtəlif növdə sitrus meyvələrinin Türkiyədən Rusiyaya gətirə biləcəyini bildirmiş və bunun qarşılığında ondan 15000 ABŞ dolları məbləğində pul istəmişdir. Cavabdeh ilə razılaşmış və ortaq dostları olan Zauru Türkiyəyə göndərmişdir. 15000 ABŞ dolları məbləğində pulu Əliyə çatdırması üçün Zaura vermişdir. Zaur Mersin şəhərində Əli ilə görüşüb 15000 ABŞ dolları məbləğində pulu ona vermişdir. Bundan sonra telefonla əlaqə saxlayan zaman Əli ona 15000 ABŞ dolları məbləğində pulu Zaurdan aldığını və 6 gün ərzində Rusiya Federasiyasının Moskva şəhərinə məhsulların çatacağını bildirmişdir. Lakin bundan sonra Əli ilə nə qədər əlaqə saxlasa da müxtəlif bəhanələr gətirərək məhsulları göndərməmişdir. Bu hadisədən 10 gün sonra məcbur olub Türkiyə Respublikasının Mersin şəhərinə getmişdir. Orada Əlinin ondan aldığı 15000 ABŞ dolları məbləğində pul ilə başqa şəxsə olan borcunu ödədiyini öyrənmişdir. Əli ilə görüşən zaman sonuncu ona məhsulları yaxın müddətdə göndəyəcəyinə vəd vermişdir. Hətta onun Mersin şəhərinə getmək üçün yol xərci üçün çəkdiyi 5000 ABŞ dolları məbləğin əvəzinə də ona məhsul göndərəcəyinə söz vermişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh ona 20000 ABŞ dolları məbləğində pul verməli olduğunu etiraf etsə də nə ona məhsul göndərmiş, nə də onun pulunu qaytarmışdır. Ona görə də məcbur olub hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2982/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-979/2024 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2982/2023 saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edirək izahatında göstərdi ki, Əli ilə aralarında 4-5 il əvvəl şifahi qaydada meyvə alqı-satqı məsələsi olmuşdur. Cavabdeh ona Turkiyədən sifariş verdiyi məhsulları Moskova şəhərinə göndərməli idi. O, meyvələri Moskova şəhərində satacaqdı. Cavabdehə malların pulunu göndərsə də mallar ona gəlib çıxmamışdır. Belə ki, ümumi məhsulların dəyəri 30000 dollar idi, ilk növbədə 15000 dollar ödənilməli idi, qalan pul isə məhsullar Rusiyaya çatanda veriləcəkdi. Qarşı tərəfə 15000 dollar pulu ödəmişdir. Cavabdehlə onu Zaur adlı şəxs tanış etmiş, 15000 dollar pulu Zaurun vasitəsi ilə cavabdehə göndərmiş, daha sonra cavabdehin özü ilə telefon vasitəsi ilə danışmış, pulun onun tərəfindən qəbul edildiyini dəqiqləşdirmişdir. Daha sonra Cavabdeh ona video görüntü göndərmiş və malların yola salındığını bildirmişdir, o da Rusiyaya getmiş lakin mallar gəlməmişdir. Bundan sonra Cavabdehla danışmış, sonuncu isə ona narahat olmamağını bildirmişdir. Bundan 1 ay sonra o özü Cavabdeh yanına, yəni Mersinə getmişdir. Orada söhbət etmişlər və Cavabdeh onun məhsullarının 1-2 aya ona göndəriləcəyini bildirmişdir. Lakin yenə də onun məhsulları göndərilməmişdir. O, bundan sonra hüquq mühafizə orqanlarına müraciət etmiş və polis əməkdaşlarının köməyi ilə Cavabdeh tərəfindən göndərilən tırın qarşısını kəsmiş və malları götürəcəyini bildirmişdir. Cavabdeh isə ona xahiş edərək tırı buraxmağını və onun mallarını göndərəcəyini bildirmişdir. Bundan da 2 il keçmiş və Cavabdeh xəbər ala bilməmişdir. Telefon danışığında Cavabdeh məhkəmə iclasını yubadacağını, o cümlədən 15000 dollar pul aldığını, məhkəmə iclasında isə qəsdən bunu etiraf etmədiyini bildirir. 5000 dolları isə onun Moskovaya, Türkiyəyə gedib-gəlməyi, oteldə qalmağına və sair çəkdiyi xərclərlə əlaqədar ona dəyən maddi ziyana görə cavabdehdən tələb edir, 3000 dolları isə cavabdehin 4 ildir ki, onun pulunu qaytarmaması səbəbi ilə minimal faizlə hesablamışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, 25 ildir ki, meyvə işi ilə məşğuldur. Onu Zaur və Azərlə tanış edən Rafiq adlı şəxs olmuşdur və ona dostlarının məhsul almaq istədiyini bildirmişdir. Bundan sonra Rafiq onu Zaurla tanış etmişdir. Daha sonra Zaur ona bir şəxsin 2 tır meyvə istədiyini bildirmişdir və hesablamışdır ki, 1 tırın hər şey daxil dəyəri 20000 dollar pul edir. Zaur ona bildirmişdir ki, 30000 dollar pulları var 10000 dollarlıq məhsulu onlara nisyə versin, o, da buna etiraz etməmişdir. Daha sonra ilk növbədə 10000 dollar pul göndərildiyini bildirmişdir, o, həmin vaxt İddiaçı tanımamışdır. Telefonda danışaraq tanış olmuşar. Azər həmin 10000 dollar pulu Zaura göndərmişdir. Zaur həmin puldan 2000 dollar götürüb ona qaytaracağını bildirmişdir və 8000 dollar gətirib anbara qoymuşdur. Pulun yavaş-yavaş göndərildiyini görüb o, da məhsulların alınmasına və yığılmasına başlamışdır. Onlar mandarini yaşıl vaxtı yığıb, dərmanlayıb, saraldıb sonra satırlar. Azər üçün mandarinləri yaşıl vaxtı almışlar, dərmanlamışlar, lakin 8000 dollardan sonra ona heç bir pul göndərilməmişdir. Saralan mal 3 gündən artıq qalmadığı üçün yığılmış məhsulu məcburiyyətdən İraqa satmışlar. Telefonda Azərə 10000 dollar pul göndərdiyini 2000 dollarını isə Zaurun götürdüyünü bildirmişdir, lakin bu məsələni ona sonradan demişdir. 8000 dollar pulu Zaur onunla birlikdə işlədiyi şəxsə vermişdir. Azərlə Türkiyədə görüşmüşdür. 15000 dolların ona göndərilməsini telefon danışıqlarında o, qəbul etməmişdir. İnsanlıq naminə bildirmişdir ki, “sən haqlısan öz haqqını tələb edirsən”. Yol xərci və sair xərclərlə bağlı 5000 dolları Azərə vercəyini ona demişdir. 15000 dolları iddiaçıya vercəyini qəbul etməyi barədə hər hansı danışıq olmamışdır. Onun gördüyü 8000 dollar olmuşdur, ondan başqa pul görməmişdir. Həmin 8000 dolları da o, plastik yeşiklərə, işçilərə vermişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ilə İddiaçı Bilan oğlu arasında sitrus meyvələrinin satışı ilə bağlı nisyə alqı-satqı münasibətləri yaranmışdır. Tovuz Rayon Polis X4 izahat verən Şahid izahatında göstərmişdir ki, o Azərdən aldığı 15000 ABŞ dolları məbləğində pulu Azərin tapşırığı ilə Əliyə vermişdir. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh 8000 ABŞ dolları məbləğində pulun Azərdən aldığını etiraf etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, sözü gedən məsələdən 2-3 il ötmüşdür. O, İddiaçı belə bir işlə, yəni Rusiya Federasiyasına mandarin göndərilməsi ilə məşğul olduğunu bildirmişdir. Daha sonra gedib Cavabdehla tanış olmuş, onunla danışmiş, ona müəyyən məbləğdə pul lazım olduğunu bildirmişdir. Sonra gedib İddiaçılə danışmış, nə qədər pul lazım olduğunu bildirmişdir. 15000 dollara 2 tır mandarin göndərilməli idi, mallar çatdıqdan sonra isə pulun geri qalanı ödənilməli idi. Pulu Mersin şəhərində Cavabdeh vermişdir. Birinci dəfə 10000 dollar, ikinci dəfə isə 5000 dollar vermişdir. Birinci dəfə Bakıda İddiaçı ona 10000 dollar vermiş, o da aparıb onu Mersin şəhərində Cavabdeh vermişdir. Daha sonra İddiaçı 5000 dollar pulu o Mersində olanda dostu vasitəsi ilə ona göndərmişdir. O, özündə 2000 dollar pul saxlamamışdır. Cavabdeh ümumilikdə 15000 dollar pul vermişdir. Cavabdeh yalan danışaraq malın göndərildiyini bildirsə də mal gedib Rusiya Federasiyasına çıxmamışdır. Cavabdehla telefon vasitəsilə əlaqə saxlamış, həmin telefon danışığında Cavabdeh 15000 dollar aldığını etiraf etmişdir. Səs qeydində Cavabdeh aldığını qeyd etdiyi 15000 dollar İddiaçı verdiyi puldur. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında gedən danışığa dair audio diskdəki səs qeydində İddiaçı Cavabdeh onun 20000 dollar pul borclu olduğunu bildirir, nəyə görə həmin borcu ödəmədiyini, hansı müddətə ödəyə biləcəyini soruşur. Cavabdeh İddiaçı kredit götürə bilmədiyini və ölkədən çıxışa məhdudiyyət qoyulduğundan pulu ödəmək imkanının olmadığını bildirir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə Şahid arasında gedən danışığa dair audio diskdəki səs qeydində Cavabdeh aldığı pul məbləğini Şahid deyil, İddiaçı dandığını, İddiaçı əlində pulun verilməsi ilə bağlı hər hansı dəlilinin olmadığını, 10000 bir, 5000 min bir aldığını, 15000 verəcəyinin olduğunu bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şahid vasitəsilə Cavabdeh pul göndərmişdir ki, sonuncu X1 Federasiyasına İddiaçı verdiyi pul müqavilində onun Rusiya Federasiyasında satması üçün meyvə göndərsin. Lakin X1 Federasiyasına İddiaçı verdiyi pul müqavilində Cavabdeh tərəfindən hər hansı mal göndərilməmişdir. Qeyd edilən hallar tərəflərin izahatı və iş materialları ilə təsdiq edilir. İddiaçı tərəfindən göndərilən pul məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı 10000 ABŞ dolları bir, 5000 ABŞ dolları bir olmaqla 15000 ABŞ dollarını Şahid vasitəsilə Cavabdeh göndərdiyini bildirdi. Cavabdeh isə Şahid yalnız 8000 ABŞ dolları verdiyini, göndərilən 10000 ABŞ dolları pulun 2000 ABŞ dollarını Şahid özünün götürdüyünü, bu barədə sonradan telefon danışığı zamanı İddiaçı bildirdiyini qeyd etdi. Cavabdeh həmçinin yol və sair xərclərlə bağlı 5000 ABŞ dolları məbləğində vəsaitin insanlıq naminə İddiaçı vəd etdiyini bildirdi. Bundan başqa məhkəmə iclasları dəfələrlə cavabdehin iştirakının təmin olunması üçün təxirə salınmış, cavabdeh məhkəmə baxış iclasına gəlməmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçı ilə telefon danışığı zamanı 15000 ABŞ dollarının alınması ilə bağlı hər hansı bir ifadə səsləndirmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı ilə cavabdeh, habelə pulun çatdığılmasını təşkil edən şəxslə cavabdeh arasında aparılan danışığı əks etdirən disklər tədqiq edilmiş, cavabdeh borclu oldğunu, borcunu ödəyə bilmədiyini, 10000 bir, 5000 bir aldığını qeyd etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə göndərdiyi pul məbləğinin 15000 ABŞ dolları olması iş materialları ilə təsdiq edilir. Ona görə də iddiaçı həmin məbləğdə vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Həmin məbləğdə vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidr. Həmçinin məhkəmə iddianın yol, qalmaq və sair xərclərlə bağlı 5000 ABŞ dolları məbləğində vəsaitin alınıb iddiaçıya verilməsi ilə bağlı hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddiaçı izahatında cavabdeh tərəfindən mal göndərilmədiyini görüb Rusiya Federasiyasına getdiyini, sonradan isə X3 şəhərinə getdiyini, cavabdehlə görüşüb danışdığını, yol, qalmaq və sair xərclərlə bağlı 5000 ABŞ dolları xərc çəkdiyini, cavabdehin də həmin xərci ona verəcəyini söz verdiyini bildirdi. Cavabdeh də məhkəmənin hazırlıq iclasında iddiaçıya çəkdiyi xərclərlə bağlı 5000 ABŞ dollar verəcəyini vəd etdiyini qeyd etdi. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi xərclərlə bağlı 5000 ABŞ dollar məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin 20000 ABŞ dollar vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz olmaqla 3 il müddətinə əldən çıxmış faydanın verilməsinə dair hissəsini də qismən əsaslı hesab edir. Belə ki, iddiaçı əsas borc məbləği olaraq 15000 ABŞ dolları vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz olmaqla 3 il müddətinə əldən çıxmış faydanı tələb etməkdə haqlıdır. Həmin məbləğin illk beş faizlə 3 il müddətinə hesablanmış əldən çıxmış faydası isə 2250 ABŞ dolları təşkil edir. Qeyd edilən əldən çıxmış fayda məbləği də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, cavabdehdən əsas borc olaraq 15000 ABŞ dolları, çəkilmiş xərcin əvəzi olaraq 5000 ABŞ dolları, illk beş faizlə əsas borca hesablanmış 2250 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 22250 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 208 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 203,48 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc olaraq 15000 ABŞ dolları, çəkilmiş xərcin əvəzi olaraq 5000 ABŞ dolları, illk beş faizlə əsas borca hesablanmış 2250 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 22250 (iyirmi iki min iki yüz əlli) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə pul və ödənilmiş 203 (iki yüz üç) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1191/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1191/2024
10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver