Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1238/2022 06.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dаir iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 29 aprel 2019-cu il tarixə cavabdeh "xxxx" MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91987 manat əsas borc, faiz borcu üzrə 766.50 manat, cərimə borcu üzrə 4650.34 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 13242.49 manat, cəmi borc üzrə 110646.33 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdehdən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh BOKT "xxxx" MMC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 29 aprel 2019-cu il tarixə cavabdeh "xxxx" MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91987 manat əsas borc, faiz borcu üzrə 914.69 manat, cərimə borcu üzrə 3587.46 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27528.12 manat, cəmi borc üzrə 124017.27 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdehdən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iş Tovuz Rayon Məhkəməsinin icraatında olduğu müddətdə iddiaçı ərizəsində dəyişiklik edərək tələbini yalnız "xxxx" MMC-yə qarşı irəli sürmüşdür. Tovuz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(062)-1297/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh olan "xxxx" MMC-nin ünvanı ünvan 1hkəməsində baxılmalıdır. İddiaçının nümayəndəsi X2 ərazi aidiyyət üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dаir iddia ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-1238/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1238/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver