Məhkəmə qərarları › İş №2-2(115)-125/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-125/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-125/2020 22.07.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxx» LTD MMC-nin cavabdeh «xxxxxxxxx» MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» LTD MMC cavabdeh «xxxxxxxxx» MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxxxxxxx” LTD MMC ilə cavabdeh “xxxxxxxxx” MMC arasında bağlanmış 17.10.2017-ci il tarixli, 10 saylı alqısatqı müqaviləsinə əsasən cavabdeh “xxxxxxxxx” MMC tərəfindən təhvil alınmış malların ümumi dəyəri olan 78890 manat məbləğində əsas borcun, 49549,20 manat məbləğində dəbbə pulunun və 394,45 manat məbləğində cərimə pulunun, ümumilikdə 128833,65 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxxxxxxx” MMC-dən alınaraq iddiaçı “xxxxxxxxx” LTD MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclaslarının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxxxxx» LTD MMC-nin cavabdeh «xxxxxxxxx» MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar