Məhkəmə qərarları › İş №2-2(115)-1283/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1283/2022

28.06.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1283/2022 28.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsinin cаvаbdеh Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyətinə, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və X1 qаrşı torpaq icarəsi müqaviləsinin və X3 planının ləğv edilməsi tələblərinə dair kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə hazırlıq iclаsındа baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsi cаvаbdеh Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyətinə, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və X1 qarşı Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Novoivanovka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı əsasında həmin bələdiyyə ilə (bələdiyyə adından X2 ilə) Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsinin və həmin müqavilə əsasında keçmiş DT və XK tərəfindən Cavabdeh1 verilmiş **********2000001 nömrəli X3 planının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-984/2021 saylı qətnaməsi ilə iddiа tələbləri təmin edilərək, Gədəbəy Rayon Novoivanovka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı əsasında bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsi və həmin müqavilə əsasında DT və XK tərəfindən Cavabdeh1 adına tərtib edilmiş **********2000001 nömrəli X3 Planı ləğv edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-932/2022 saylı 05 aprel 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-984/2021 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, iş üzrə yeganə cavabdeh olan Cavabdeh1 ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsinin cаvаbdеh Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyətinə, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və X1 qаrşı torpaq icarəsi müqaviləsinin və X3 planının ləğv edilməsi tələblərinə dair iddiası üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.2, 44-45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsinin cаvаbdеh Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyətinə, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və X1 qаrşı torpaq icarəsi müqaviləsinin və X3 planının ləğv edilməsi tələblərinə dair iddiası üzrə kommersiya işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar