Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1309/2023 16.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə, Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən və onun üzərində olan tikilidən çıxarılma tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə vermiş olduğu 18.535 manatın, obyektə xərclədiyi 10.000 manatın, cavabdehin adından ödədiyi 2800 manat enerji pulunun, cəmi 31.335 manat pul vəsatinin, əlavə olaraq dondurma soyuducunun, elektrik qızdırıcısının və obyektin qarşısına qoydugu işıqverənin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək ona məxsus Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikinti obyektindən İddiaçı çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə Cavabdeh ona qarşı olan tələbə etiraz göndərərək bildirmişdir ki, Ağdam rayonu, Xındırıstan kəndində yerləşən obyekti gözəllik salonu kimi istifadə etməsi üçün İddiaçı icarəyə vermişdir. Aralarında olan razılığa əsasən 1 il müddətinə 18 000 manat ödəyəcəyi halda onun adına sənədləşdiriləcəyi qərara alınmışdır. İddiaçı bankdan kredit götürüb obyektin dəyərini ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxt gözəllik salonu üçün 5950 manatlıq avadanlıq alıb gözəllik salonunu istifadəyə yararlı vəziyyətə gətirmişdir. İddiaçı avadanlıqlar üçün aldığı 5950 manatı hissə-hissə ödəsə də obyektin dəyərini ödəməmiş və bu səbəbdən də alğı-satqı müqaviləsi baş tutmamışdır. İddiaçı aylıq kirayə haqqı tələb etməmişdir ki, sonda obyekti ona satacaqdır. Odur ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1327/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 10.535 və obyektə xərclənmiş 10.000 manat olmaqla, cəmi 20.535 (iyirmi min beş yüz otuz beş) manat pulun tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilmərək, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus Agdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılması qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-248/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il il tarixli, 2(013)-1327/2022 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Ağdam rayonu, Xındırıstan kəndində Vaqif adlı şəxsin yerini icarəyə götürürərək gözəllik salonu işlədir. Cavabdeh həyətyanı torpaq sahəsi axtardığını və alıb salon tikdirəcəyini bildirmişdir. Vüqar isə Xındırıstan kəndində torpaq sahəsinin olduğunu bildirmiş və aralarında razılıq əldə etdikdən sonra cavabdehə 2000 manat pul vermişdir. Həmin obyektin təmirinə 10 000 manat məbləğində pul xərcləmişdir. Obyektə görə Cavabdeh müxtəlif vaxtlarda 18535 manata qədər pul ödəmişdir. Obyektin və obyektə bitişik digər obyektlərdə istifadə olunan elektrik enerjisinin pullarını cavabdeh ona ödətmişdir. 4 ildə 2880 manat ödəniş etmişdir. Daha sonra cavabdehdən obyekti adına keçirməsini xahiş etmiş, cavabdeh isə artıq fikrini dəyişdiyini, obyekti satmaq istəmədiyini bildirmişdir. Cavabdeh onun işığını kəsdirmiş, ona məxsus dondurma soyuducunu, elektrik sobasını və obyektin qarşısına qoyduğu işığı söküb aparmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu, Xındırıstan kəndində özünə məxsus olan 0.015 ha torpaq sahəsində tikinti obyekti inşa etdirmişdir. Həmin obyekti gözəllik salonu kimi istifadə etməsi üçün cavabdeh İddiaçı vermişdir. Aralarında olan razılığa əsasən bir il ərzində obyektin dəyəri olan 18 000 manatı ödədikdən sonra torpaq sahəsini və obyekti onun adına sənədləşdirməyi qarşılıqlı olaraq öhdələrinə götürmüşdürlər. Cavabdeh İddiaçı 5 il ona məxsus tikinti obyektindən gözəllik salonu kimi istifadə etmiş, ancaq obyekti öz adına keçirmək üçün şərtləşdirdikləri 18 000 manat ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 2017-ci ilin yaz aylarında Cavabdeh məxsus obyekti ondan 18 000 manata almaq barədə razılığa gəlmişlər. Lakin həmin vaxt pulu olmadığından həmin məbləği hissə-hissə aylar üzrə ödəyi razılaşmışlar. Təxminən belə xatırlayır ki, 2020-ci ilin payızında ödənişi başa çatdırmış və ona ümumilikdə ona 18.000 manatdan artıq pul vermişdir. Obyektin pulunun ödənilməsində müddət müəyyən olunmamışdır və aylar üzrə imkanı çatdığı qədər pul vermişdir. Razılaşmada nəzərdə tutulmuş pul tam ödənilən vaxt obyekt onun adına keçməli idi. Pulu ödəmədiyi halda obyekti təhvil verməli idi. Lakin, pulu tam ödəməsinə baxmayaraq obyekti adına keçirməkdən imtina etmişdır. Həmçinin həmin obyektin təmirinə 10 000 manat məbləğində pul xərcləmişdir. Obyektdə istifadə olunan elektrik enerjisinin pullarını cavabdeh ona ödətmişdir. Buna görə də 2880 manat ödəniş etmişdir. Cavabdehdən obyekti adına keçirməsini xahiş etmiş, cavabdeh isə artıq fikrini dəyişdiyini, obyekti satmaq istəmədiyini bildirmişdir. Cavabdeh onun işığını kəsdirmiş, ona məxsus dondurma soyuducunu, elektrik peçini və obyektin qarşısına qoyduğu işığı aparmışdır. 2017-ci ildən başlayaraq 5 il ərzində obyektdə qadın gözəllik salonu və toy maşınlarının bəzədilməsi məqsədilə istifadə etmişdir və buna görə aylıq icarə haqqı verməmişdir. İcarə əsasında obyekt götürmək istəsə idi Quzanlı qəsəbəsində daha münasib yerdə aylıq 100 manata obyekt götürərdi. Həmçinin Vüqar tərəfindən 31.335 manat pul geri qaytarılarsa obyektdən çıxmağa razıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, ilkin iddia tələbini qəbul etmir. Belə ki, 18 000 manatı hissə-hissə ödəmə barədə heç bir razılaşma olmamışdır. Həmin məbləği 2017-ci ildə 2-3 ay ərzində birdəfəlik verməli idi. Qarşı tərəfdən 2017-ci ildə təxmini 2000-3000 manat pul almışdır ki, həmin pulların 18 000 manata heç bir aidiyyəti yoxdur. İddiaçıdan obyektin satılmasına görə ondan pul almamışdır. Aldığı pullar İddiaçı ona olan digər borcları olmuşdur. Belə ki, onun xahişi ilə toy maşınlarının bəzədilməsi və toy məclislərinin təntənəli keçirilməsində istifadə olunan əşyalar alıb gətirmişdir, həmçinin Nərgizin ona pul borcu da olmuşdur. Obyekti iddiaçıya hazır vəziyyətdə vermişdir və Nərgiz tərəfindən ora əlavə heç bir xərc çəkilməmişdir. Hazırda obyektin açarı iddiaçıdadır. İddiaçının obyektdə olan əmlakı ilə bağlı heç bir məlumatı yoxdur. Əlavə olaraq bildirdi ki, iddiaçının əmlaklarını götürməmişdir. İşıqdan istifadə etməmişdir. Bina və torpaq onun mülkiyyətidir. Odur ki, qeyd olunaları nəzərə alaraq ilkin iddiaçının rədd olunması, qarşlılqı iddianın isə təmin edilməsi barədə qətnamə bəbul edilməsini xahiş etmişdir. Həmçinin, ərizə təqdim edərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında aşağıdakı şəxslər şahid qismində dindirilmişdir: X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh obyektində suvaq və hörgü işləri görmüşdür, həmçinin fəhlə kimi işləmişdir. Qalan işləri başqa ustalar görmüşdür. Obyektin uzunluğu təxmini 40 metrdir və suvaq vurularkən dam örtüyü olmuşdur. Yalnız obyektin çöl hissəsində suvaq işləri görmüşdür. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh 2003-cü ildən tanıyır və onla münasibətləri olmuşdur. Obyektləri barədə də məlumatı vardır. Mübahisəli obyekt də Vüqarın olmuşdur və həmin obyektdə tikinti və təmir işlərini özü etmişdir. X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh obyektində işləmişdir. Obyektdə hörgü işləri görmüşdür və dam örtüyünü vurmuşdur, tikintini tam olaraq başa çatdırmışdır. X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o yük maşını sürücüsüdür və Cavabdeh Bərdə şəhərində aldığı tikinti materiallarını bir dəfə Ağdam rayonu Xındırıstan kəndinə aparmışdır. İşə Ağdam Rayon Məhkəməsində baxılarkən X10 və X8 şahid qismində ifadə verərək, gözəllik salonunda təmir-tikinti işlərinin apardıqlarını və bunun müqabilində İddiaçı 2000 manat haqq aldıqlarını bildirmişlər. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində Ağdam rayonu, Xındırıstan kəndində 0.015 ha torpaq sahəsi qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin torpaq sahəsinin xx.xx.2022-ci il tarixli kadastr planının surətindən görünür ki, Cavabdeh Ağdam rayonu, Xındırıstan kəndində 0.015 ha torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 10/192 nömrəli ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən qeyd edilmişdir ki, Ağdam rayonu Xındırıstan kəndində Cavabdeh məxsus qeyri-yaşayış sahəsində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materilları və xidmıt haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 4982 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə ilkin iddia tələbinin 18.535 manat pulun qaytarılmasına dair qeyd edir ki, tələbin bu hissəsi əsassız varlanmadan irəli gələn tələblərə aiddir. Belə ki, ilkin iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 18.535 manat pulu daşınmaz əmlak obyektinin alması üçün ödəmiş olduğunu bildirir və əmlakı ona vermədiyindən həmin məbləğin qaytarılmasını cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, məcburi forma şərti olan əqdlər bu şərtə uğun bağlanmalıdır. Tərəflər arasında əmlakın satılması ilə bağlı müqavilə olmamışdır və tərəflərdən birinin digəri qarşısında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Onlar sadəcə olaraq tikililiyə dair qalqı-satqı müqaviləsini gələcəkdə 18.000 manata bağlayacaqları barədə öz məramlarını bildirmişlər.Əqdin əvvəlcədən əhəmiyyətsiz olduğu hallarda da mövcud olmayan əsasa görə əsassız varlanma baş verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Alı qızının yazılı sübut kimi təqdim etdiyi qeydlərdə pulun kim tərəfindən kimə və nə məqsədlə verilmiş olması göstərilməmişdir, yəni, yazıların məzmunu yoxdur. Məhkəməyə sübut kimi təqdim edilən hər bir sənəd və ya yazışma lazımı hüquqi qüvvəyə malik olmalı və onun əks etdirdiyi məlumat məhkəmə araşdırılmasında oxunulan zaman anlaşılan tərzdə olmalıdır. Yazının məzmunu bəlli olmalıdır ki, imza edən şəxsin iradə ifadəsini nəyə münasibətdə bildirmiş olması aşkar şəkildə görünmüş olsun. Belə olan halda, həmin yazılara faktı təsdiq edən sübut kimi istinad edilə bilər. Hazırkı mübahisədə Cavabdeh İddiaçı tikilini ona satmaq məqsədilə pul alması faktını etiraf etmir. Belə olan vəziyyətdə tikilini almaq məqsədilə pul verilmiş olması faktı digər sübutlarla təsdiqni tapmalıdır. Bu kimi sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə onu da qeyd edir ki, 18.535 manat pulun hansı tarixlərdə verilmiş olması barədə də sübutların olması iş üçün əhəmiyyətlidir. Ona görə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcələnin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Məhkəmə ilkin iddia tələbinin 10.000 manat pulun qaytarılmasına dair qeyd edir ki, işin mübahisəsiz halıdır ki, tikilini Cavabdeh inşa etdirmişdir. İddiaçı onun göstərişi olmadan tikilini öz təşəbbüsü ilə orada təmir işləri apardığından özgəsinin işlərini tapşırıqsız aparmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi İddiaçı çəkmiş olduğu xərcləri obyekt sahibinin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəldiyi halda, işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə isə özgəsinin işlərini tapşırıqsız aparmanın müddəaları əvəzinə tapşırıq müqaviləsi haqqında müddəalara əsasən tələb edə bilər. İşin hallarından göründüyü kimi İddiaçı təmir işlərini obyekt sahibinin mənafeyinə və ehtimal olunan istəyinə əsasən deyil, öz maraqlarına uyğun aparmaqla obyektdən kommersiya məqsədləri ilə, qazanc əldə etmək üçün isifadə etmişdir. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar tərəfindən bəyənilməsi halı da mövcud deyildir, obyekt sahibi onu hazır vəziyyətdə istifadəyə verdiyini bildirir. İşin belə bir halı da mövcuddur ki, şifahi razılaşmaya əsasən İddiaçı Cavabdeh aid obyektdən beş il ərzində əvəzsiz olaraq istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı tikintinin təmirinə çəkmiş olduğu xərcləri təsdiq edən sənəd kimi 2017-2018ci illərə aid qaimələr təqdim etmişdir. Həmin qaimələrdə malları təhvil verən və təhvil alan şəxslərin imzası mövcud deyildir. Bundan başqa iddiaçı həmin işlərə 2017-2018-ci illərdə çəkdiyi xərcləri tələb etmək hüququnu altı aydan sonra itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 738-ci maddəsinə əsasən kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə ilkin iddia tələbinin adından ödəmiş olduğu 2800 manat elektrik enerjisin haqqının ona qaytarılması hissəsinə dair onu qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi şifahi razılaşmaya əsasən İddiaçı Cavabdeh aid obyektdən beş il ərzində əvəzsiz olaraq istifadə etmişdir. Həmin müddət ərzində həm binanın, həm də orda istifadə olunan elektrik enerjisinin də istifadəçisi olmuş və öz istifadəsində olan obyektin enerji haqqını ödəmişdir. Mülki Məcəlləsinin 734.1-ci maddəsinin birinci cümləsində göstərilir ki, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. İddia təbinin dondurma soyuducunun, elektrik qızdırıcısının və obyektin qarşısına qoydugu işıqverənin qaytarılması hissəsi sübutlarla təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanara əsasən ilkin iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın əsaslılığı ilə bağlı aşağdakıları qeyd edr: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin hallarından göründüyü kimi Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin toxunulmazlığı ilə bağlı müddəalar ölkə qanunvericiliyndə nəzərdə tutulması ilə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış olsa da, onun üzərindəki tikili qeydiyyata alınmamışdır. Lakin, işin bu halı iddiaçının həmin tikilinin istifadəsinə qaytarılmasını tələb etmək hüququnun olmasını istisna etmir. Belə ki, işin mübahisəsiz halıdır ki, həmin bina Cavabdeh tərəfindən inşa etdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Axverdiyev Azərbaycana qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Valentina Akimova (Akımova) Azərbaycana qarşı iş üzrə qəbul edilmiş 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyəti” anlayışı müstəqil mənaya malikdir, o təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Həmçinin, yuxarıda qeyd olunduğu kimi Cavabdeh müddəti müəyyənləşdirilmədən obyekti İddiaçı əvəzsiz istifadəsinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 736.3-ci maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. 217.4-ci maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Cavabdeh məxsus Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikintindən çıxarılsın. İş üzrə 100 manat ekspertiza xərcinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X3, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-1309/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1309/2023
16.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver