Məhkəmə qərarları › İş №2-2(115)-1322/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1322/2022

14.07.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1322/2022 14.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Göygöl rayon Çaykənd Bələdiyyəsinin sədri X4, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Göygöl rayon Çaykənd Bələdiyyəsinin Cavabdeh qarşı 2452.77 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində tikilmiş tikililərin, torpaq sahəsinin ətrafına tor setka ilə çəkilmiş çəpərin cavabdehin öz xərci hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarlması və maneənin aradan qaldırılmasına dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Göygöl rayonu Çaykənd Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh torpağa mülkiyyət hüququna dair JN-01- 1 KOD ******* nömrəli dövlət aktı ilə Göygöl rayonu Çaykənd Bələdiyyəsinin mülkiyyətində olan qanunsuz zəbt etdiyi 2452.47 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikiliələrin və tor setka ilə çəkilmiş çəpərin cavabdehin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.20222-ci il tarixli, 2(066)-454/2022 saylı qərardadı ilə iddiaçı Göygöl rayon Çaykənd Bələdiyyəsinin Cavabdeh qarşı 2452.77 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində tikilmiş tikililərin, torpaq sahəsinin ətrafına tor setka ilə çəkilmiş çəpərin cavabdehin öz xərci hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarlması və maneənin aradan qaldırılmasına dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı aşkar olundu ki, kommersiya mübahisəsininin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya qaydasında həlli barədə müvafiq təşkilata müraciət olunmamışdır. İddiaçı Göygöl rayon Çaykənd Bələdiyyəsini təmsil edən X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh bələdiyənin yerini zəbt edərək qanunsuz tikililər tikdirmişdir. Həmin tikilərin sökülməsi ilə bağlı müraciət olunmuş, lakin heç bir nəticə əldə olmadığından məhkəməyə müraciət olunmuşdur. Hazırkı iş üzrə mübahisənin mediasiya qaydasında həlli üçün müraciət edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili X1 Vaqif Mirzə oğlunun hal-hazırda Göygöl rayon Çaykənd Bələdiyyəsinin sədri olub-olmamasının yoxlanılmasını xahiş etdi. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə, tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə,bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 259.0.7, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Göygöl rayon Çaykənd Bələdiyyəsinin Cavabdeh qarşı 2452.77 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində tikilmiş tikililərin, torpaq sahəsinin ətrafına tor setka ilə çəkilmiş çəpərin cavabdehin öz xərci hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarlması və maneənin aradan qaldırılması tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar