Məhkəmə qərarları › İş №2-2(115)-1383/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1383/2022

31.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1383/2022 31.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (3-cü şəxslər Samux rayon İcra Hakimiyyəti, Samux rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi və İddiaçı ASC) qarşı 330-kvt-luq 3-cü X2 Verilişi Xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının köçürülməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək 330 kv 3-cü X2 Verilişi Xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”-nın tələblərinə uyğun şəkildə Cavabdeh hesabına köçürülməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(058)-319/2022 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli e-2-2(115)-1383/2022 nömrəli qərardadı ilə mübahisəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı “X1 Şəbəkəsi” MMC tərəfindən Gəncə Kommersiya Məhkəməsinə şikayət verilmişdir. Gəncə Kommersiya Məhkəməsi 22 iyun 2022-ci il tarixli e-2-2(115)-1383/2022 nömrəli qərardaddan verilmiş şikayətə baxaraq çıxardığı 04 iyul 2022-ci il tarixli e-2-2(115)-1383/2022 nömrəli qərardadı ilə şikayəti təmin etməmişdir. Həmin qərardaddan iddiaçı “X1 Şəbəkəsi” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2-2(104)-161/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmış, Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-2(115)-1383/2022 saylı qərardadı və həmin qərardadla bağlı 04 iyul 2022-ci il tarixli 2-2(115)-1383/2022 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsini müəyyənləşdirmişdir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı işdən isə görünür ki, tərəflər mediasiya prosesində iştirak etməmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçıya izah olunur ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.1.7, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (3-cü şəxslər Samux rayon İcra Hakimiyyəti, Samux rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi və İddiaçı ASC) qarşı 330-kvt-luq 3-cü X2 Verilişi Xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının köçürülməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar