Məhkəmə qərarları › İş №2-2(115)-1398/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1398/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1398/2025 07.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin vəsaiti hesabına balıq gölünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin vəsaiti hesabına balıq gölünün ləğv edilməsi tələbinə dair iddiа ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə mürаciət еdərək, Cavabdeh ilə Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsinin arasında İddiaçı mülkiyyətində olan 2.29 ha torpaq sahələrinə dair bağlanmış 24 avqust 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsinə və cavabdehin vəsaiti hesabına balıq gölünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1985/2025 nömrəli qərardadından görünür ki, iddiaçı Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və balıq gölünün ləğv edilməsi tələbinə dair 2(076)-1985/2025 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsində iş üzrə birinci hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 12:00-a, ikinci hazırlıq iclası xx.xx.2025-ci il tarixinə saat 15:00-a, üçüncü hazırlıq iclası isə 07 oktyabr 2025-ci il tarixə saat 11:30-a təyin edilmişdir. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi birinci məhkəmə iclasında iştirak etsə də, digər iki məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmir və onlar işin mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, həmçinin cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Həmin Qərarın 9.2-ci bəndinə əsasən qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin vəsaiti hesabına balıq gölünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar