Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-152/2021 11.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh7 iştirakı ilə İddiaçı Vahid və ortaaqları tam ortaqlı “Nuranə” kredit ittifaqının cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vahid və ortaaqları tam ortaqlı “Nuranə” kredit ittifaqı cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh6 ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 26-14/SKMF saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh6 kreditə götürdüyü 5000 manat əsas borcun,3887,9 manat əsas kredit borcun, 658,24 manat faiz borcun, 279,12 manat cərimə borcu olmaqla 4825,26 manat borcun, iddiaçı ilə Cavabdeh3 oölu, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5,Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 26-14/SKMF saylı zaminlik müqaviləsinə əsasən zamindən və borcludan borcun tutulmasını, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məhkəmənin icraatında eyni tərəflər arasında oxşar predmet üzrə 2-2(115)-151/2021, 2-2(115)-147/2021, 2-2(115)- 150/2021, 2-2(115)-148/2021, 2-2(115)-146/2021, 2-2(115)-145/2021, 2-2(115)-144/2021, 2-2(115)-152/2021 nömrəli mülki işlər vardır. Cavabdeh7 işlərin bir icraatda birləşdirilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 254..1.4-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı Vahid və ortaaqları tam ortaqlı “Nuranə” kredit ittifaqının cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 qarşı borc tələbinə tələbinə dair 2-2(115)-149/2021 nömrəli işin icraatına eyni tərəflər arasında olan2-2(115)-151/2021, 2-2(115)-147/2021, 2-2(115)- 150/2021, 2-2(115)-148/2021, 2-2(115)-146/2021, 2-2(115)-145/2021, 2-2(115)- 144/2021, 2-2(115)-152/2021 nömrəli mülki işlər birləşdirilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-152/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-152/2021
11.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver