Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1611/2025 02.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 160000 manat pulun və ödənilmiş 450 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qaynıdır. 1999-cu ildə cavabdeh özəlləşdirmə proqramı əsasında Bərdə rayonu H.Aslanov küçəsində (indiki Bakı küçəsi) ağac emalı sexinin əmlakını özəlləşdirmiş və ona bu barədə şəhadətnamə verilmişdir. Həmin sex istifadəsiz qalırdı. O bir qohum kimi cavabdehə təklif etdi ki, həmin sexi işlək vəziyyətə salıb işlətsin, cavabdeh də onun işi ilə pul qazansın. Bu zaman cavabdeh təklif etdi ki, bu köhnə sexə vəsait qoymaqdansa, sexin həyətində boş torpaq sahəsində yeni bina tiksin, o daha çox xeyir gətirər. O da onunla razılaşmışdır. Özəlləşmiş sex cavabdehin adına olduğu üçün onun yerləşdiyi ərazidə bina tikintisi üçün cavabdehin adından İcra Hakimiyyətinə müraciət etmiş, İH başçısının 29 iyul 2004-cü il tarixli 102 saylı sərəncamı ilə cavabdehə 18,4 x 9 m sahədə müasir tipli istehsal və satış binası tikilməsinə icazə almışdır. Bundan sonra tikilinin layihəsi tərtib edilmiş, həmin layihə və smeta ilə bina tikilmiş və fəaliyyətə başlamışdır. Həmin vaxtdan həmin tikilini o, idarə etmişdir, orada mebel sexi işlətmiş, bəzi sahələrini isə icarəyə vermişdir. 2019-cu ildə belə qərara gəlmişlər ki, o cavabdehə torpağa görə 60 kv.metrlik sahə verir, qalan binanı isə özü işlədir. Həmin vaxtdan ayrıca işləməyə başlayıblar. Lakin 2022-ci ildə cavabdeh binaya dair qanunsuz iddialarını irəli sürməyə başlamışdır, binanın və torpağın ona məxsus olduğunu bildirərək onu binanın idarə edilməsindən, icarəsindən uzaqlaşdırmışdır. O, indi belə vəziyyətə düşmüşdür ki, cavabdeh sərəncam və smetanın onun adına olmasından istifadə edərək onun vəsaiti ilə tikilmiş binanı əlindən almışdır. Bu isə onun həmin binada olan hüquqlarını pozur, onu vəsaiti hesabına tikilmiş binadan məhrum edir. Həmin tikili onun vəsaiti hesabına tikilmiş, bina tikintisində işləmiş ustaların, binanın tikintisinə sərf edilmiş bütün materialların pulunu o vermişdir. Cavabdeh isə binanın onun sexinin yerləşdiyi torpaq sahəsində olmasını, sərəncamın da onun adına olmasını əsas götürərək onu binadan və idarəetməsindən uzaqlaşdırmışdır. Bu halda cavabdeh həmin binanın tikintisinə sərf edilmiş vəsaitini ona verməmişdir, çünki cavabdeh bu binanın tikintisinə bir manat da vəsait sərf etmədən hazırda, həmin binaya sahib olmuşdur və potensial mülkiyyətçidir. Beləliklə, cavabdeh hazırda 2004-cü ildəki razılıqları pozaraq həmin bina onun vəsaiti hesabına tikildiyi halda sərəncamın onun adına almasından istifadə etməklə, onu binadan istifadə edib qazanc əldə etməkdən məhrum edərək binaya təkbaşına yiyələnmiş, əsassız olaraq varlanmış, bir manat da vəsait sərf etmədiyi binaya potensial mülkiyyət hüququ qazanmışdır. Bu halda cavabdeh əsassız varlanmış şəxs, o isə mərhum olandır. Belə olan halda binanın tikintisinə və təmirinə onun tərəfindən sərf edilmiş pul vəsaiti cavabdeh tərəfindən ona qaytarılmalıdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-43/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkmə-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 manatın iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-43/2025 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1134/2025 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-43/2025 saylı qətnaməsi tamamilə ləğv edilərək baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə Göndərilməsi qərara alımışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2001-ci ildə sözügedən yerdə mebel sexi düzəldib fəaliyyətə başlamaq qərarına gəlmişlər. Həmin vaxtlar Cavabdeh bankda kassir işləmiş, maddi vəziyyəti yaxşı olmamışdır. 2002-ci ildə onlar mebel işinə başlamışlar. O Fazil adlı şəxsi dəvət etmişdir. Sonra belə qərara gəlmişlər ki, mebel sexi köhnə olduğuna görə onun yerində və qabaqdakı köməkçi sahənin yerində yeni bina tiksinlər və fəaliyyətlərinə davam etsinlər. Torpaq sahəsi də rəhmətlik qaynatasının olmuşdur. 2004-cü ilin avqsut ayında bina tam tikilmiş və təhvil verilmişdir. Binanı Sübhan adlı şəxs tikmişdir. Binanın ümumi sahəsi 200 km-dən çox olmuşdur. Bütün xərcləri də o çəkmişdir. Mebel sexinə də bütün avadanlıqları onun qardaşı alıb yığmışdır. Qardaşı Rauf pulu ona vermişdir ki, ömürlük çörək yeri olsun. Elçini də onun qardaşı yanına çağırmışdır ki, onunla birlikdə qaynatasının köhnə sexinin yerində işləsinlər. O vaxt Zərifə Əliyeva adına məktəb də tikilirdi. Oradan materillar gətirilirdi, onların binasına istifadə olunurdu. Özəlləşdirmə üçün ilk dəfə pulu Vüqar adlı şəxs vermişdir, daha sonra Cavabdeh gəlib ona bildirmişdir ki, Vüqar pulunu istəyir, o da cavabdehə 3000 dollar pul vermişdir. Binada mebel istehsalı ilə məşğul olmuşdur. Binanı arada icarəyə də vemişdir. Sonuncu dəfə binanı 2020-ci ildə icarəyə vermişdir. İcarə haqqları sənədlər cavabdehin adına olduğuna görə cavabdehin kartına köçürdülürdü, lakin kart onun qızında olmuşdur. 2019-cu ildə bir-birindən aralaşmaları barədə qərara gəlmişlər. Lakin cavabdeh torpaq sahəsinin cavabdehin olduğuna görə ordan onun da payı olduğunu bildirmişdir. 2022-ci ildə cavabdeh məsələ qaldırmışdır ki, bina onundur, xərcin yarısını o çəkmişdir, sənədlər onun adınadır, iddiaçının həmin binada heç nəyi yoxdur. Hazırda o da iddianı ona görə qaldırmışdır ki, heç olmasa onun binaya çəkdiyi xərc qaytarılsın. Binanın bugünki dəyəri 160000 manatdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərərk izahatında göstərdi ki, bina iddiaçı tərəfindən tikilmişdir. Cavabdeh 2022-ci ilədək binanın iddiaçının faktiki mülkiyyətində olmasına, ondan istifadə etməsinə etiraz etməmiş, hər hansı iddia qaldırmamışdır. Susmaq formasında həmin əmlakın iddiaçının olmasını etiraf etmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin 29 iyul 2024 tarixli 102 nömərli sərəncamından görünür ki, tikintiyə icazə Cavabdeh verilmişdir, ona görə sənədləşmə onun adına aparılmışdır. Sadəcə olaraq 2022-ci ildə mülkiyyət sənədlərinin olmasından istifadə etmişdir. Şahid ifadələrindən də aydın olur ki, binanı tikintisində Sübhan adlı şəxs iştirak etmişdir. Qarşı tərəfin vəsatəti əsasında gələn şahid sadəcə Elçinin ona bildirdiklərini qeyd etmişdir, iddiaçı tərəfindən çağırılan şahidlər isə bilavasitə hadisənin iştirakçılarıdırlar, onlar binanın kim tərəfindən tikildiyini, çertiyoju kimin verdiyini, vəsaiti kimin verdiyi barədə məhkəmədə ətraflı məlumat təqdim etmişdir, bütün bunlar Xalidin binanı tikdirdiyini təsdiq edir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə yazılı çıxışını təqdim edərək bildirmişdir ki, hazırkı məhkəmə prosesi üzrə, həm Bərdə Rayon Məhkəməsində araşdırılmış işin halları və təqdim edilmiş sənədlər əsasında iddianın əsaslı və təmin olunmalı olması tam sübuta yetirildi. İddiaçının mövqeyi, şahid ifadələrinin və maddi sübutların məntiqi və xronoloji təhlili üzərində aşağıdakı arqumentlərə əsaslanır: İ. MPM-in 77-ci Maddəsi və "kredit yalanı"nın ifşası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh israrla iddia edir ki, "Binanı mən tikdirmişəm, kredit götürmüşəm". Lakin bu iddia rəsmi sənədlərlə darmadağın edilir: 1. Zaman paradoksu: İşin mübahisəsiz halıdır ki, bina 2004-cü ildə tikilib. Lakin cavabdehin kredit tarixçəsi (Kredit bürosu çıxarışı) 2006-cı ildə açılıb, real kreditlər isə 2012-ci ildə götürülüb. 2004-cü ilin binasını 2012ci ilin pulu ilə tikmək mümkün deyil. 2. Sübutsuzluq: Cavabdeh tikinti xərclərini təsdiq edən bir dənə də olsun qəbz, smeta və ya müqavilə təqdim etməmişdir. Nəticə: Cavabdeh MPM-in 77-ci maddəsini pozaraq, sübut olunmamış faktlara əsaslanıb məhkəməni aldatmağa çalışmışdır. İİ. Şahid ifadələrinin təhlili (MPM maddə 88) Bərdə Rayon Məhkəməsi şahidləri "eşidən şahid" adlandırmışdı. Lakin məhkəmədə dindirilən şahidlər hadisəni birbaşa görən və iştirak edən şəxslərdir: 1. Usta Sübhan (icraçı şahid): Binanı tikən usta birbaşa bəyan etdi: "Mənə pulu Rauf və Xalid ödəyib. Elçin mənə tikinti üçün bir manat da verməyib". Bu ifadə cavabdehin "mən tikmişəm" iddiasını tam təkzib edir. 2. Şahid2 (qohum şahid): Cavabdehin doğma dayısı təsdiq etdi ki, "Elçinin bina tikməyə imkanı yox idi, binanı Rauf tikdirib". 3. Şücaət Baxşəliyeva (istifadəçi şahid): Təsdiq etdi ki, 2005-2012-ci illərdə obyekti mağaza kimi işlədib, o da həmin binada işləyib, orada satıcı olub və onu işə Xalid götürüb, əmək haqqını Xalid veribdir. 4. Quliyev Sərxan (cavabdehin əsgər yoldaşı) həmin binanın məhz iddiaçının qardaşı Rauf tərəfindən tikildiyini, həmin binada mebel satıldığını və Xalidə məxsus obyekt kimi olduğunu bildirmişdir. Nəticə: MPM-in 88-ci maddəsinə əsasən, bu şahidlərin ifadələrinin məcmusu sübut edir ki, investisiya iddiaçı (Rauf və Xalid) tərəfindən qoyulub və həmin bina Xalidin obyekti kimi istifadə edilibdir. İİİ. Faktiki sahiblik zənciri və iddianın "Zərurət Tarixi" (iyun 2022) Cavabdeh iddia edir ki, bina 18 il onun istifadəsində olub. Sual olunur: Əgər bina həmişə onun idisə, iddiaçı niyə 2005, 2010 və ya 2015-də yox, məhz 2022-ci ilin iyun ayında məhkəməyə müraciət etdi? Bu tarixin seçilməsi zərurətdir: 1. Sentyabr 2021 - iyun 2022: Bina "Kontakt Home"da icarədə olub, lakin icarə haqqının daxil olduğu bank kartı iddiaçının qızı Dilgüşədə olub (SMS sübutları). Yəni iddiaçı faktiki olaraq mülkiyyət hüququndan istifadə edib. 2. İyun 2022 (qırılma nöqtəsi): Cavabdeh banka gedib kartı bloklayaraq iddiaçının gəlirini mənimsəyib. İddiaçının məhz 2022-ci ilin iyununda müraciət etməsi sübut edir ki, həmin tarixə qədər sahiblik hüququ məhz iddiaçıda olub və tərəflər arasında mübahisə olmayıb. Mübahisə cavabdehin xəyanəti və iddiaçının istifadəsində olan kartı ləğv edib, yeni kart götürməsi ilə başlayıb. İV. Cavabdehin məntiqi təzadları (paradokslar) cavabdehin davranışı onun səmimi olmadığını sübut edən iki böyük ziddiyyətlə doludur: 1. İddia müddəti paradoksu: "Mülkiyyətçiyəm və haqlıyam" deyən şəxs faktlara əsaslanar. Lakin cavabdeh faktlarla (kredit, sənəd) qalib gələ bilməyəcəyini bildiyi üçün iddia müddətinin tətbiqini xahiş edir. Bu, dolayısı ilə iddiaçının haqlı olduğunun, lakin vaxtın keçdiyinin etirafıdır. 2. Ekspert paradoksu: Tikintini aparan şəxs xərcləri bilər. Cavabdeh ekspert rəyinə (96000 AZN) etiraz edir, amma qarşısına qoymağa heç bir alternativ rəqəmi və sənədi yoxdur. Bu kor-koranə etiraz onun tikintidən xəbərsiz olduğunu sübut edir. Həmçinin təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməklə əslində həmin məbləğin azaldılmasına nail olur. V. Etimaddan sui-istifadə və sənədlərin əsli maddi sübut: Sənədlərin əsli (layihə, sərəncam) 18 il iddiaçıda olub. Cavabdeh bunu özü etiraf edir. Hansı mülkiyyətçi orijinal sənədləri 20 il "yad" adamda saxlayar? Tərəflər yaxın qohumdurlar. İddiaçı 2004-cü ildə qaynına etibar edərək sənədləşməni onun adına rəsmiləşdirmiş, lakin faktiki investisiyanı özü qoymuşdur. İddiaçının 20 il sonra qaynının xəyanət edəcəyini proqnozlaşdıra bilməməsi onun hüququnu əlindən almamalıdır. Cavabdeh bu etimaddan sui-istifadə edərək (abuse of trust) əsassız varlanmağa çalışır. Mənzərə tam aydındır: 1. Maliyyə iddiaçı tərəfindən qoyulub (sübut: usta Sübhan, kredit bürosu çıxarışı). 2. Sahiblik 2022-ci ilin iyununa qədər iddiaçıda olub (Sübut: bank kartı, SMS-lər, sənədlərin əsli). 3. Pozuntu iyun 2022-də baş verib (iddia müddəti ötürülməyib). Bu hallar sübut edir ki, Cavabdeh, iddiaçının vəsaiti hesabına tikilmiş binanı mənimsəməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən səbəbsiz zənginləşmişdir. Ona görə də iddianın təmin edilməsi, 160000 manat məbləğində vəsaitin səbəbsiz zənginləşmə kimi Cavabdeh tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, hazırda mübahisələndirilən binanın tikildiyi yerdə çayxana, mağaza və gözətçi binası olmuşdur. Qeyd edilən binalar onun özünün adına olmuşdur. Həmin binalar qismən sökülmüş və onların yerində yeni bina tikilmişdir. Bina əvvəlki binalara dair torpaq sahəsindən kənara çıxmamışdır, başqa torpaq sahəsinə həmin binanın hər hansı sahəsi düşməmişdir. Binanı şirkət tikmiş, həmin şirkətlə onun müqaviləsi olmamışdır. Bina onun mülkiyyətindədir və binanın tikintisinə vəsaiti o özü vermişdir. Təxminən 50000 manat pul vermişdir. Həmin binanı iddiaçı tikdirməmişdir. 2004-ci ilin iyun-iyul aylarında tikinti başlamış və 2006-cı ildə tikinti bitmişdir, lahiyə smetanı almışdır. Mebel sexini quranda bir neçə dəfə kredit götürmüşdür. 90000 manat kredit götürüb binanın tikintisinə də sərf etmişdir, qaynından götürdüyü borcu da qaytarmışdır. Sübhan müəllimlə onun qohumluğu olmuşdur. O vaxt rayonda bina tikən bir adam o idi. Tikintiyə icazə alandan sonra Sübhan müəllimlə o özü gedib daşımışdır. Binanın tikintisinə Sübhan müəllim rəhbərlik etmiş, Azər Sübhan müəllimin briqadiri olmuşdur. Pullar onun tərəfindən Sübhana verilmiş, Xalid tərəfindən, yaxud qardaşı tərəfindən pul verilməmişdir. Rauf vəfat edəndən sonra icraya məktub göndərilmiş, cavab gələndən sonra tikinti başlanılmışdır. Yaşar Zamanov rayonda tikinti işlərinə baxırdı və lahiyəni binanı tikib qutarana yaxın Yaşar Zamanov ona təqdim etmişdir. Smetanın dəyəri işçilik haqqı ilə birlikdə idi. Binanın tikintisinə Azər müəllim nəzarət etmiş, pul ancaq Sübhana verilmişdir. 2006-ci ildə tikinti başa çatmışdır. Əvvəlcədən olduğuna görə binaya yeni kommunal xətlər çəkilməmişdir. Rauf müəllim Sübhan müəllimə pul verməmişdir. Sübhan müəllimə pulu o vermişdir. Nə qədər vəsait xərclədiyini xatırlamır. İş yekunlaşanda 54000 manat pul vermişdir. Axırıncı dəfə 5000 manat kredit götürüb tikinti ilə bağlı xərci yekunlaşdırmışdır. İddiaçı tərəfindən orada hər hansı tikintisöküntü işi aparılmamışdır. İddiaçı və ya qardaşı tərəfindən həmin binanın tikintisinə pul ayrılmamışdır. İddiaçı həmin bina tikiləndən sonra bir gün belə istifadə etməmişdir. 2006-cı ildən də həmin binanı özü istifadə etmişdir. O, iddiaçıya icarəyə yer verməmişdir. Sözügedən binada deyil, həyətdə başqa yer, anbar hissəsini iddiaçının gətirdiyi Fazil adlı şəxsə icarəyə vermişdir. Xalidgildən icarə haqqı almamışdır. Mebel sexi kimi istifadə etmişdir. Mebel sexi tikilən binadan ayrıdır. Binadan özü də istifadə etmiş, icarəyə də vermişdir. Xalidin təklif etdiyi yeri o tikdirmişdir. İddiaçı heç bir sex tikməmişdir. O Fazilə yer vermişdi, Xalid də onun yanında gəlmişdir. Xalidlə onun şərikliyi olmamışdır. Obyektin içində Xalid işləməmişdir. İddiaçı Fazillə birlikdə ancaq sexdə işləmişdir. Sexdə mebelleri sifariş əsasında düzəldib aparırdılar. Tikdirdiyi binada Xalid heç bir iş görməmişdir. Xalidgil sifariş əsasında mebel yığırdılar. İkimərtəbəli binada mebellər satılmışdır. Bina boş olduğundan Xalidgil istehsal etdiyi mebeli qoyurdular onun binasına, satırdılar, o isə ondalardan pul istəmirdi. İddiaçı həmin binadan heç istifadə etməmişdir, ancaq sexdə işləmişdir. Binanın ikinci mərtəbəsində özü otururdu. İkinci mərtəbədə iş görmürdü. Xalidgili çıxarda bilmədiyi üçün özü iş görə bilməmişdir. İddiaçı sexdən münasibəti pisləşməmişdən qabaq çıxmışdı. İddiaçı yeznə kimi binada onun yanına gedib-gəlmişdir. İddiaçı binanı heç kəsə icarəyə verməmişdir. Binada əvvəl “Kontakt Home” fəaliyyət göstərirdi. İcarəyə 2020-ci ildən qabaq vermişdir. İddiaçı onun bacısının yoldaşıdır, kartı bacısına o özü vermişdir. Həmin karta “Kontakt Home” icarə haqqını köçürürdü. Kart bacısıgildə 3-4 ay qalmışdı. O çörək pulu olaraq onu bacısıgilə vermişdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, binanı Cavabdeh tikdirmişdir. İddiaçı tərəf qeyd etdiyi məbləğləri, onun həqiqətən verilməsini, kimə verilməsini, tikinti ilə bağlı xərc çəkilmişsə razılşamların kiminlə olduğunu sübut etməlidir. İddiaçı heç bir sübut təqdim etməmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösrətdi ki, o əvvəllər Rusiyada yaşamış, ancaq Azərbaycana gəlib-getmişdir. İldə bir dəfə gəlib 1-2 ay qalıb getmişdir. Rusiyadan daimi gələndən sonra özü Yevlaxda yaşasa da Cavabdeh və İddiaçı yanına tez-tez gəlib getmişdir. Bina tikiləndə İddiaçı işi var idi, lakin Cavabdeh işsiz idi. Rauf Aslanov demişdir ki, gəlin bilikdə işləyin. Əvvəl mübahisə edilən yerdə balaca bir sex var idi, lakin içində alətlər yox idi. Həmin bina isə İddiaçı qardaşının köməkliyi, yəni pulu ilə tikilmişdir. X17, yəni İddiaçı qardaşı vermişdir. Rauf Aslanov pulu İddiaçı bağışlamışdır. Yəni X17 vermişdir İddiaçı, o da binanı tikdirmişdir. Həyətdə olan sexdəki mebel hazırlama alətləri də Rauf Aslanovun pulu ilə alınmışdır. Bina tikiləndən sonra oranı İddiaçı işlətmişdir. Tikinti zamanı da o əraziyə getmişdir. Orda olanda tikintiyə rəhbərliyi İddiaçı həyata keçirmiş, göstərişləri o vermişdir. O, danışıqlarda iştirak etməmişdir, tikintini Rauf Aslanov aparırdı, vəsaiti o xərcləyirdi. Həmin vaxt Cavabdeh binanı tikdirməyə vəsaiti yox idi. Rauf Aslanovun pul verdiyini görməmiş, danışıqlardan bilmişdir ki, X17 vermişdir. Uzun müddət birlikdə işlədilər. Ancaq nə vaxt ayrıldıqlarını bilmir. Özü İddiaçı binada görmüşdür. Tikinti gedən vaxt İddiaçı dövlət qurumunda işlədiyi üçün sənədləşmə onun adına aparılmadı. Sənədlərin Cavabdeh adına olduğunu sonradan məhkəmə ərəfəsində bilmişdir. Banka İddiaçı və Cavabdeh birlikdə getmişdi. Dəqiq olaraq bankdan pulu kimin adına verdiklərini bilmirdi. Yəqin ki, krediti Cavabdeh öz adına götürdü. Ona verilən pulu 600 dollar ayda ödəyirdi. Götürülən kredit məbləğindən binaya xərclənmədi, çünki binanın tikintisi başa çatmışdı. Başqa bankdan pul götürülüb-götürülməməsini bilmir. Binanın tikintisindən bir neçə il sonra kredit götürülmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Cavabdehlə qohumluqdan başqa əsgərlikdə də bilrikdə olmuşdur. Torpaq Cavabdeh atasının idi, lakin tikən adam Rauf Aslanov olmuşdur. O Sanpeterbuqda çox olmuşdur, bütün Leninqrad xalqı deyirdi ki, X13 bina tikdirir. Bərdədə də hamı bilirdi ki, tikintini Rauf Aslanov maliyyələşdirir. O, danışıqlar əsnasında bilmişdir ki, bina Rauf Aslanovun pulu ilə tikilir, binanı Rauf Aslanov maliyyələşdirdiyini Cavabdeh özündən eşitməmişdir. Binanın tikintisini görmüşdür. Orada çox olmuşdur. Həmin bina yolunun üstündə yerləşir. Sübhan müəllimin dəstəsi binanı tikirdi. Binaya İddiaçı nəzarət etdiyini görmüşdür. Rauf Aslanov vəfat edəndə binada tikinti gedib-getməyini bilmir. Cavabdeh maddi gücü həmin binanı tikdirməyə çatmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vuhar Beilarau ifadəsində göstərdi ki, o, Belarusiyada olanda bilirdi ki, Elçin nəsə bina tikdirir. Elçin ona deməmişdir ki, həmin binanı Xalid tikir, yaxud başqası tikdirir. Ona demişdir ki, iş görür, tikinti ilə məşğuldur, pul lazımdır. O da dəqiqliyi ilə pulu nəyə görə istədiyini soruşmurdu. Vəsaiti dəqiq olaraq nə vaxt verdiyini bilmir. Pulları köçürmə vasitəsi ilə də, şəxsən özü də gələndə gətirib əlbəəl vermişdir. Elçinə də, bacısına da pul vermişdir. Həmin yerin alınması zamanı Elçinin atasına da pul vermişdir. Həmin vaxt Xalid polisdə işləyirdi, tikintidə isə Elçin işləyirdi. Bir dəfə 3000 dollar göndərmişdir. İlk vaxtlar 4000-4500 dollar pul vermişdir. Binanın neçəyə başa gəldiyini maraqlanmamışdır. Alqı-satqı zamanı, həmçinin özəlləşdirmə zamanı 4500 dollar pul vermişdi, 3000 dolları isə bina tikilən vaxtı Elçin ondan istəmişdir. Alqı-satqı və özəlləşdirmə zamanı Xalid müəllim yox idi. O Belarusiyadan gələndə demək olar ki, bina hazır idi. Tikililərdə Elçini görmüş, Xaliq müəllim Elçinlə birlikdə işlədiyini eşitmişdir, deyəsən mebel düzəldirdilər. Bərdə Rayon Məhkəməsində Xalid özü onun tərəfindən verilən 3000 dollar pulun qaytarıldığını qeyd etmişdir. 3000 dolları ona bacısı qaytarmışdır, gedib evlərindən götürmüşdür. İddiaçı pula aidiyyətindən xəbəri olmamışdır, o gəlib bacısının evindən pulu götürüb getmişdir. Onun pulu bina tikilib qutarandan sonra ona qaytarılmışdır. Xalidin binada olub olmadığını o deyə bilməz. Hər dəfə Azərbaycana gəlib-gedəndə binaya getmiş, orada Elçini görmüşdür. Xalidi də orada görmüşdür. Xalidin nəyə görə orada olduğunu Elçindən soruşmamışdır. Binanın tikintisində Xalidinin pulunun istifadə edilməsi, onun tikintidə iştirak etməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, binaya nə qədər xərc çəkildiyini bilmir, ancaq ilk ödənişi Rauf onun yanında etmişdir, ancaq nə qədər məbləğdə pul verdiyini bilməmişdir. Binanı Sübhanın heyəti tikmişdir. Tikinti barədə sövdələşmə təxminən 2002-ci ilin yay aylarında edilmişdi. Tikili müddətində orada olmamışdır, özü rayonda qıraqda işləyirdi. Sübhanın işçisi Azər onun briqadiri idi. Azər Sübhan müəllimin qohumudur. Sübhan demişdir ki, ən yaxşı briqadiri Azərdir, tikintini ona tapşırmışdır. Rauf vəfat edən zaman Sübhanla danışanda ona demişdir ki, indiyədək bütün pulları vaxtında ödəyirdilər. Sübhan eləcə demişdir ki, pul ödənilirdi. Rauf müəllim vəfat edəndə binanın ikinci mərtəbəsində iş gedirdi. Bina 2004-cü ildən sonra təhvil verildi. Vəsaitin kim tərəfindən ödənildiyini bilməmişdir. Binanın çertiyojunu görmüşdür, çertiyoju Sübhan müəllim hazırlamışdı. Həmin çertiyoju Rauf müəllimə təqdim etmişdi. Mövcud tikili Rauf müəllimin seçdiyi çertiyoja uyğundur. Qalan işlər Rauf müəllim vəfat edəndən sonra görüldü. Rauf müəllim rəhmətə gedəndən sonra qalan işləri Xalid gördürmüşdür. Binaya getmişdir, lakin binanın açılışında iştirak etməmişdir. İkinci mərtəbədə Xalidin ofisi var idi. Binada əsasən mebel istehsalı ilə məşğul idilər. Tərəflər arasında məhkəmə mübahisəsi yaranana qədər bir yerdə olmuşdurlar. Həmin bina Xalidə məxsus obyekt kimi tanınırdı. Əvvəl Elçin pensiya paylamaq ilə məşğul idi. Binanın tikintisinə hər hansı şəkildə Elçinin pul verməsini eşitməmişdir. Elçini də binada görmüşdür. Xalid ona demişdir ki, Elçin artıq bankda işləmir, yanına gətirmişdir. Otaq Xalidin otağı idi, o orda olanda elə olurdu ki, Elçin də yanlarında gəlib otururdu. Elçin də orada işçi kimi işləyirdi. Tikintiyə başlama haqqında qərardan məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2010-cu ildən Bakıya köçmüşdür, 2010-cu ilə kimi həmin obyekti atasına məxsus olduğunu bilirdi. Həmin obyekti əmisi tikdirmişdir ki, qardaşının qazanc yeri olsun. Kontak Home Ticarət mərkəzinin icarəyə götürdüyü yerə görə icarə haqqının köçürüldüyü kartdan pulları 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi almışdır. İcarə pulu Bank Respublikanın bank kartına köçürülürdü. Kart Elçin müəllim adına idi, kartın üstündəki ad Elçin müəllimin adı idi, çünki sənədləşmə onun adına aparılmışdı, kart isə onda idi, çünki evin kommunal xərclərini o həmin kart vasitəsi ilə onlayn şəkildə edirdi. Bank kartını ona atası təqdim etmişdi. Dayısı kartı atasına təqdim edib, atası da ona təqdim etmişdir. Hətta bir dəfə Elçin müəllim ona demişdi ki, 200 manat kartdan vergi borcu çıxılacaq, o daha sonra o pulu onlara verəcək. Obyekt onların olduğu üçün icarə haqqını onlar alırdılar. Kart Elçin müəllimin adına olduğuna görə onlayn alışveriş zamanı kodlar da onun nömrəsinə gedirdi, daha sonra banka getdilər həmin nömrəni onun nömrəsi ilə dəyişdilər. İyun ayında tərəflər arasında mübahisə yarandı, Elçin müəllim həmin kartı da bağlatdırdı. Kontak Home ilə icarə münasibətləri sonradan da davam etdi. Kontak Home müqaviləni Elçin müəllimlə bağlamışdı. Karta pul icarə haqqına görə köçürülürdü. Obyekt bir neçə yerə bölünmüşdü, obyektin alt hissəsində kiçik bir icarəyə veriləsi hissə var idi, Elçin müəllim hətta onun anasına demişdi ki, Xalid nəyə görə oranı icarəyə vermir. Elçin müəllim maddi kömək üçün həmin kartı onlara verməmişdir. Əmisinin Bakıda bibisinin adına tikdirdiyi obyeklt bibisinin adına olmuşdur. Sənədi gözü ilə görməsə də Bərdə də obyektlərinin tikildiyi torpaq sahəsi babasının torpağı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o 2005-ci ildə mebel salonunda isçi tələb olunduğuna görə ora işə girdi, orada qeyri-rəsmi işləyirdi, yəni əmək müqaviləsi yox idi. Obyekt açılandan 2-3 ay sonra orada işləməyə başlamışdır. O, işə başlayanda həmin obyekt artıq tikili idi. Obyektin tikildiyi vaxtı görməmişdir. Mebel salonunun adı Omega idi. Ona demişdilər ki, oranın müdiri Xalid müəllimdi. Onu Xalid müəllim işə götürmüşdür. Xalid müəllimi o müdir bilmiş, maaşını ondan almışdır. Obyekt mebel salonu kimi fəaliyyət göstərirdi. Obyekt iki mərtəbəli idi. 18 nəfər təxminən içşi var idi. Xalid müəllim oranı idarə edirdi. Elçin müəllim müavin kimi köməklik edirdi. Obyekti Xalid müəllim qardaşının tikdirdiyini eşitmişdir. Elçin müəllimin maaş verməsini görməmişdir. Feyruz adlı şəxs həmişə deyirdi ki, Xalid müəllimin qardaşı oranı tikdirmişdir. Həmin obyekti həmişə Xalid müəllimə məxsus obyekt kimi bilmişdir. Xalid müəllimin qardaşını tikinti vaxtı və ya mebel salonunda işləyən vaxtı orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o vaxtı Cavabdeh və İddiaçı onun yanına gələrək ondan onlara mağaza tikintisi üçün çertiyoj çəkilməsini xahiş etdilər. O da çertiyoju çəkib onlara verdi. Sonra ona dedilər ki, smeta çıxardıb bu binanın tikintisini həyata keçirə bilərmi. O da bu tikintinin qeyri-rəsmi olduğunu bildirdi və onlara usta və briqadir verdi. Sonra İddiaçı qardaşı gəldi, çertiyoja baxdı, smeta dəyərinə baxdı və avans verdi. Lakin həmin avans məbləği onun yadında qalmamışdır. Həmin avansı o briqadirə verdi və bundan sonra onun heç bir şeydən məlumatı olmamışdır. Bina bünövrədən tikildi. Dəqiq yadımda qalmayıb ancaq deyəsən təmirini də onlar etdilər. Binanın tikintisi üçün iddia və cavabdehin ikisi birlikdə gəlmişdilər. Ondan çertiyoj çəkməyini xahiş etdilər, sonra dedilər ki qiymətləndirmək lazımdır. Sonradan isə ondan xahiş etdilər ki, binanı tikə bilərmi. O da köməklik etmiş, briqadir vermişdir. Avansdan sonra o rəhmətlik Raufu görməmiş və binanın tikintisinə kimin xərc çəkdiyini bilmir. Avans olaraq nə qədər pul verildiyi yadında qalmamışdır. Birinci dəfə avansı Rauf müəllim vermişdi. Rauf müəllimi o qiyabı tanıyırdı, Rusiyada müəllim işlədiyini bilirdi. Sonradan tikintiyə kimin xərc çəkdiyini bilmir. O, özü tikintiyə nəzarət etməmişdir. Binaya briqadir nəzarət etmişdir. Həmin binanın kimə məxsus bina olduğunu bilməmişdir. Tikinti ilə bağlı vəsaitin avansdan sonra kimin tərəfindən verildiyini bilmir. Smetanın verilməsini Elçin və Xalid xahiş etmişdir. Lahiyəni Xalid müəllimin qardaşı Raufa təqdim etmişdi. Lahiyəni bəyənib-bəyənməməsi üçün Rauf müəllimə təqdim etmişdi, o gəlib bəyənmişdi. Başqa ödənişlərlə bağlı yadında heç bir şey qalmamışdır. Onun hər hansı qazanc məqsədi olmamışdır, o sadəcə köməklik göstərmişdir. Bina tikiləndən sonra orada kimin fəaliyyət göstərməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan Dövlət Əmlakı Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi Bərdə Təmir-Tikinti İdarəsinin tabeçiliyində olmuşdur. İş materiallarında olan xx.xx.1999-cu il tarixli Auksion Protokolundan görünür ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin X9 tərəfindən keçirilən auksiounun qalibi Cavabdeh olmuşdur. İş materiallarında olan xx.xx.1999-cu il tarixli müəssisənin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Dövlət Əmlakı Komitəsi tərəfindən Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi auksiondan satış qiyməti ilə 671800 manata Cavabdeh satılmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin 29 iyul 2004-cü il tarixli 102 nömrəli Sərəncamının surətindən görünür ki, Cavabdeh məxsus ağac emalı sexinin tərkibində olan çayxana və köməkçi oturacaqların sökülərək cənubdan küçə səkisi, şərqdən həyətyanı sahə, qərbdən təmir-tikinti idarəsinə gedən yol, şimaldan isə ağac emalı sexinin ərazisi ilə həmsərhəd olan 18,4 x 9 m sahədə müasir tipli istehsal və satış binası tikilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1999-cu ill tarixli №012528 nömrəli Şəhadətnaməsinin surətindən görünür ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin üzərində sahiblik hüququ Cavabdeh, X5, X10 və X1 məxsusudur. İş materiallarında olan "xxxx" Firmasının 1999-cu il tarixli Təsis müqavilsindən görünür ki, Cavabdeh, X2, X12 və X3 müqavilə bağlayaraq Bərdə rayonu Ağac emalı sexinin əmlakına ifadə olunan paylarını birləşdirərək "xxxx" Firmasını təsis etmişlər. İş materiallarında olan Azərbaycan Kredit Bürosunun çıxarışından görünür ki, borcalan Cavabdeh haqqında kredit tarixçəsi xx.xx.2006-cı il tarixdə açılmışdır və Ləğv Prosesində olan Gəncəbank SKB tərəfindən xx.xx.2020-ci il tarixdə 9499 manat, LPO Gəncəbank SKB tərəfindən xx.xx.2015-ci il tarixdə 9500 manat, LPO Gəncəbank SKB tərəfindən xx.xx.2012-ci il tarixdə 15000 manat, LPO Dəmirbank ASC tərəfindən xx.xx.2012-ci il tarixdə 1080 ABŞ dolları, LPO Dəmirbank ASC tərəfindən xx.xx.2012-ci ci il tarixdə 1080 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, kreditlərin ödənişi Cavabdeh tərəfindən edilmişdir. İş materiallarında olan “X8” MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 320 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 160000 manat məbləğində, likvid dəyəri 140000 manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3191 saylı ekspertiza rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyriyaşayış binasında aparılmış müxtəlif növ tikinti-təmir və yenidən qurma işlərinə 96000 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırki orta bazar dəyəri 192000 manat məbləğində müəyyən edilir. Göstərilən xidmət haqqı 100 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/935- 9/860 saylı ekspertiza rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasında aparılmış müxtəlif növ tikinti-təmir və yenidən qurma işlərinə 96000 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırki orta bazar dəyəri 192000 manat məbləğində müəyyən edilir. Göstərilən xidmət haqqı 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Cavabdeh iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmişdir. Cavabdehin naturada istifadə etdiyi və göstərdiyi mişar daşından inşa edilmiş 2 (iki) mərtəbəli 166 kv.m ölçüdə qeyri yaşayış tikilisinin 62,1 kv.metri, məhkəmə məktubuna əlavə edilmiş Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Azərbaycan Respubliaksı Dövlət Əmlak Komotəsinin 05 mart 1999-cu il tarixli 012528 nömrəli şəhadətnaməsinə və xx.xx.1998ci il tarixli N 05655 nömrəli texniki pasporta əsasən B literli tikilinin 9 nömrəli mətbəx və 10 nömrəli çayxana otaqları. 9m x6.9m ölçüdə olmaqla tikinti altı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi Təmir-tikinti idarəsinin tabeçiliyində olmuşdur. xx.xx.1999-cu il tarixdə həmin əmlak auksiouna çıxarılmış, Cavabdeh qalib olmuş, xx.xx.1999-cu il tarixdə Dövlət Əmlak Komitəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Əmlakın üzərində sahiblik hüququnun Cavabdeh, X5, X10 və X1 məxsus olması ilə bağlı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1999-cu ill tarixli şəhadətnamə verilmişdir. Həmin şəxslər əmlakda ifadə olunan paylarını birləşdirərək "xxxx" Firmasını təsis etmişlər. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə Cavabdeh məxsus Ağac emalı sexinin tərkibində olan çayxana və köməkçi oturacaqların sökülərək müasir tipli istehsal və satış binası tikilməsinə icazə verilməsi qərara alınmışdır. 62,1 kv.metri Dövlət Əmlak Komitəsinin 05 mart 1999-cu il tarixli şəhadətnaməsinə və xx.xx.1998-ci il tarixli texniki pasporta əsasən B literli tikilinin 9 nömrəli mətbəx və 10 nömrəli çayxana otaqlarının tikinti altı torpaq sahəsinin sərhədləri daxilində olmaqla 166 kv.metr ölçüdə mişar daşından iki mərtəbəli qeyri yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binası Cavabdeh istifadəsindədir. İşin mübahisə edilən hallarından görünür ki, İddiaçı həmin iki mərtəbəli qeyri-yaşayış sahəsinin mərhum qardaşı Rauf Aslanovun pul vəsaiti əsasında tikildiyini, qardaşının həmin binanı onun istifadəsinə vermək üçün xərc çəkdiyini, cavabdehin həmin binanın tikintisinə hər hansı xərc çəkmədiyini, 2022-ci il tarixədək həmin qeyri-yaşayış sahəsi onun istifadəsində olduğunu, bununla belə sənədləşmə işləri cavabdehin adına olmasından istifadə edərək xərc çəkərək tikdiyi binadan istifadə etməsinə maneə yaratdığını, bununla da cavabdehin əsassız varlandığını qeyd etmiş, qeyri-yaşayış sahəsinin dəyəri olan 160000 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, onun öz vəsaiti hesabına tikildiyini, iddiaçının həmin əmlaka vəsait sərf etmədiyini bildirməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, mülki qanunvericilik öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir və bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur. Əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır. Varlanma şəxsin əmlak aktivlərinin artmasında (lucrum emergens) və ya əmlak passivlərinin azalmasında (damnum cessans) özünü göstərə bilər. Əmlak şəxsə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur - bu baxımdan şəxsin əmlakı dedikdə, əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə kreditor borcu da daxil olmaqla borc və öhdəliklər aiddir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının sübutu şahid ifadələridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində həmin vaxt Cavabdeh binanı tikdirməyə vəsaitinin olmamasını, danışıqlardan X15 Aslanova pul verməsini, İddiaçı da qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına tikdirməsini, Şahid4 ifadəsində eşitdiyinə görə tikintini Rauf Aslanovun maliyyələşdirdiyini, Şahid6 ifadəsində binaya nə qədər xərc çəkildiyini bilməsə də, ilk ödənişi Rauf Aslanovun onun yanında etdiyini, ancaq nə qədər məbləğdə pul verdiyini bilmədiyini, çertiyojun binanı tikən Sübhan tərəfindən Rauf Aslanova verildiyini, Rauf Aslanov vəfat edəndən sonra qalan işləri İddiaçı gördürdüyünü, Şahid8 ifadəsində binanın icarəsindən daxil olan icarə haqqının cavabdehə məxsus karta köçdüyünü və həmin karta köçən pulları 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi aldığını, həmin binanı əmisinin atası üçün tikdirdiyini, Şahid9 işə qeyri-rəsmi olaraq işə başladığı vaxt həmin qeyriyaşayış sahəsinin tikili olduğunu, bildiyinə görə əmlakın İddiaçı aid olduğunu bildirmişdir. Qeyd edilən şahidlər bilavasitə gördüklərinə deyil, eşitdiklərinə görə qeyri-yaşayış sahəsinin Rauf Aslanovun vəsaiti hesabına İddiaçı tərəfindən tikilməsini qeyd etmişlər. Həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin izahatları, şahid ifadələri ilə müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin layihəsini, smeta xərclərini Şahid5 tərtib edərək hesablamış, tikintiyə rəhbərliyi o etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, qeyriyaşayış sahəsinin layihəsini, smeta xərclərini tərtib edərək hesablamış, avans olaraq iddiaçının qardaşı Rauf Aslanov tərəfindən ona avans verilmişdir. Həmin avansı tikinti üçün vermiş, ondan sonra ona pul verilməmişdir. Verilən avansın isə məbləğini xatırlamır. Avansdan başqa tikintinin kimin vəsaiti hesabına başa gəldiyini bilmir. Göründüyü kimi, tikintini həyata keçirən şəxs Şahid5 və digər Şahid6 ifadəsi ilə iddiaçının qardaşı tərəfindən qeyri-yaşayış sahəsinin tikilməsi üçün avans verildiyi təsdiq edilsə də, avansın məbləği, habelə avans istisna olmaqla qeyri-yaşayış sahəsinin iddiaçının vəsaiti hesabına tikilməsi ilə bağlı iddaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə bildirir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olması, icarə haqlarının iddiaçının qızı tərəfindən alınması həmin qeyri-yaşayış sahəsinin iddiaçının vəsaiti hesabına tikilməsi anlamına gəlmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddia rədd edildiyindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirməyi məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən Məhkəmə-tikinti-texniki Ekspertiza tədqiqatının dəyəri 200 manat iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizalarının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1611/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1611/2025
02.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver