Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1745/2022 11.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Quliyeva Gülnaz Elxan qızı, iddiaçı Goranboy rayonu İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh və X4 qarşı çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin geri qaytarılması və pul tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək cavabdehdən dövlət fonduna aid olan 100 ha torpaq sahəsinin alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə əlavə ərizə ilə müraciət edərək X3 iş üzrə cavabdeh qismində işə cəlb olunmasını və icarəyə verilmiş torpağının münbit hissəsinə və üst qatına vurulan zərəri bərpa etmək üçün Cavabdeh 60000 manat pulun alınıb iddiaçıya verilməsi və Goranboy rayonu Xınalı kəndində yerləşən, hüquq sahibi İddiaçı olan 12 ha torpaq sahəsinin X1 dair, yəni “Torpaq sahəsinin istifadə (və ya icarə) hüququnun satılmasına” dair Goranboy rayon DNK N-3M-162 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın, habelə İddiaçı başçısının 17 iyun 2011-ci il tarixli 75 saylı sərəncamı əsasında verilmiş bütün çıxarışların etibarsız hesab edilməsi və Cavabdeh 88 ha torpaq sahəsinin geri alınaraq dövlət fonduna geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(045)-619/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı başçısının 17 iyun 2011-ci il tarixli, 75 saylı sərəncamı Goranboy rayonu Xınalı kəndi ərazisindən 99 il müddətinə icarəyə verilmiş 97.5 ha əkin, 2.5 örüş olmaqla cəmi 100 ha torpaq sahəsinə dair Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Goranboy rayonu, Xınalı kəndində yerləşən, hüquq sahibi Goranboy rayonu İcra Hakimiyyəti olan 12,0 ha torpaq sahəsinin X1 dair Goranboy rayon DNK N-3M-162, xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin istifadə (və ya icarə) hüququnun satılması barədə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Goranboy rayonu Xınalı kəndi ərazisindən 100.0 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair İddiaçı başçısının 17 iyun 2011-ci il tarixli 75 saylı sərəncamı əsasında verilmiş bütün çıxarışlar və Goranboy rayon DNK 3M-162, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində X3 adına qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh 88 ha torpaq sahəsi, X2 12 ha torpaq sahəsinin geri alınaraq Dövlət Fonduna qaytarılması, Cavabdeh icarə torpağının münbit hissəsinə və üst qatına vurulan zərəri bərpa etmək üçün 60000 manat pulun alınıb İddiaçı hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti vermışdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(104)-2061/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmış, Goranboy Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(045)-619/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsini müəyyənləşdirmişdir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı işdən isə görünür ki, tərəflər mediasiya prosesində iştirak etməmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçıya izah olunur ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.1.4, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Goranboy rayonu İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh və X4 qarşı çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin geri qaytarılması və pul tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1745/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1745/2022
11.08.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver