Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-175/2022 09.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 17 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 14373 manat 53 qəpik əsas, 1623 manat 67 qəpik faiz, 10649 manat 09 qəpik cərimə borcu, 30 sentyabr 2017-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək 5 faizlə hesablanmış 2383 manat 80 qəpik məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 29031 manat 09 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bərdə rayonu, Uğurbəyli Kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 17 sentyabr tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialında 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2014-cü il 17 sentyabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi 2014-cü il 17 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 17 sentyabr tarixli əlavə kredit müqaviləsinin 10.2-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 19-dək Cavabdeh1 2014-cü il 17 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 14374 manat 53 qəpik əsas, 1623 manat 67 qəpik faiz, 10649 manat 09 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 26647 manat 29 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(021)-807/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iş üzrə yekun məhkəmə aktının qəbul edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, müqavilə bağlayıb kredit götürdükdən sonra əri xəstələnmiş, daha sonra vəfat etmişdir. Ona görə də çətin vəziyyətə düşmüşdür. İddiaçı ASC-dən borcun restrukzasiyaya düşməsi ilə bağlı bildiriş göndərilsə də, amma sonradan bankda gedəndə bildiriblər ki, prosesi çatdıra bilmirlər. Hal-hazırda borcundan ödəniş etməyə imkanı yoxdur. Borcla razı deyil. Qrafik tutularaq ancaq aprel, may ayından ödəniş edə bilər. Evin qiyməti ilə razı deyil çox aşağı qiymətləndirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onların borcu Prezidentin fərmanının təsir dairəsinə düşmüşdür. Bununla bağlı banka gedib gəlsələr də, amma onlara heç kim kömək etməmişdir. Sonradan bildiriblər ki, bu barədə saytdan çıxarış yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17 sentyabr 2014-cü il tarixli 12-SKMF-1-0-1029-14 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 xırda buynuzlu mal-qaranın inkişafı məqsədilə illik 6 faizlə, 12 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 19.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14373 manat 53 qəpik əsas borcu, 1623 manat 67 qəpik faiz borcu, 10649 manat 09 qəpik cərimə borcu, 30 sentyabr 2017-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək 5 faizlə hesablanmış 2383 manat 80 qəpik məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 29031 manat 09 qəpik məbləğində borcu vardır. İş materiallarında olan problemli kreditlərin kompensasiyası elektron portalından əldə olunmuş 11 fevral 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan 14374 manat 53 qəpik məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan 17 sentyabr 2014-cü il tarixli 12-SKMF-1-0-1029-14 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin 13.05.2022-ci il tarixli G-05/22-120 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 6 otaqlı, 383.1 kv.m ümumi, 195.3 kv.m yaşayış, 187.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin bazar dəyəri 50000 manat, likvid dəyəri 45000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara-ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14373 manat 53 qəpik əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tələb üzrə tutma cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 0.08 hektar torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evi açıq hərracdan satılmalı, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılmalı, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə İddiaçı ASC-yə olan 14373 manat 53 qəpik məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Bundan başqa, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14373 manat 53 qəpik əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 0.08 hektar torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evi açıq hərracdan satılsın. Torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-175/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-175/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver