Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-177/2023 07.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8412.48 manat əsas, 2055.75 manat faiz, 4915.82 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324.2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.073 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Hacallı kəndində yerləşən, 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.073 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibrarət fərdi yaşayış evinə və 0.073 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X3 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları,həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(021)-152/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(104)-2898/2022 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(021)-152/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 07 aprel tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin «Bərdə» filialından illik 6 %-lə 72 ay müddətinə 15 000 manat məbləğində kredit limiti verilmişdir. 2015-ci il 09 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC filialından illik 6 %-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi 2015-ci il 07 aprel tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci ilin martın 29-dək X4 2015-ci il 09 aprel tarixli kredit müqaviləsi üzrə banka 8412.48 manat əsas, 2055,75 manat faiz, 4915,82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15384,05 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdə boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayarq cavabdeh bildirişə münasibətini bildirmir. 29 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8412,48 manat əsas, 2055,75 manat faiz, 4915,82 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16708, 25 manat borcu vardır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 07 aprel 2015-ci il tarixli, 12-SKMF-1-0-256-15 nömrəli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin «Bərdə» filialından illik 6 %-lə 72 ay müddətinə 15 000 manat məbləğində kredit limiti verilmişdir. 09 aprel 2015-ci il tarixli, 12-SKMF-1-0-256-15 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli, 24-MZ-1-0-17-20 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan-Cavabdeh1 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 12-SKMF-1-0-256-15(İ) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB-nin(hazırda İddiaçı ASC) xeyrinə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8412,48 manat əsas, 2055,75 manat faiz, 4915,82 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16708, 25 manat borcu vardır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair xx.xx.2021-ci il tarixli 9/5843 nömrəli ekpertiza rəyində “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcu xx.xx.2018-ci il tarixinədək 10550,59 manat əsas borc, 327,74 manat faiz borcu, müqavilə müddətindən, sonra yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək illik 5 %-lə hesablanmış əsas borc üzrə 8373,15 manat, faiz borcu üzrə 1538,21 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair 29 iyun 2022-ci il tarixli 9/4170 nömrəli ekspertiza rəyində “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcu xx.xx.2018-ci il tarixə 10589,92 manat əsas borc üzrə, 286,66 manat faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 1331,2 manat təşkil edir. xx.xx.2021-ci il tarixə əsas borc üzrə 8412,48 manat, 171,66 manat faiz borcu, 1331,2 manat illik 5 %-lə hesablanmış borc olmaqla, cəmi borc 9915,34 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli, UNİ/İ 75-625/22 nömrəli əmlakın qiymətləndirilməsinə dair ekspertiza rəyində "xxxx" MMC tərəfindən Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 65 750 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli əmlakın qiymətləndirilməsinə dair ekspertiza rəyində "xxxx" MMC tərəfindən Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 12 000 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş xx.xx.2023-cü il tarixli 02-40/23 nömrəli əmlakın qiymətləndirilməsinə dair ekspertiza rəyində "xxxx" MMC tərəfindən Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 36 000 manat, likvid dəyəri isə 30 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 12-SKMF-1-0-256-15 nömrəli əlavə kredit müqavilsinin şərtlərinə əsasən Cavabdeh1 15 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015ci il tarixli 12-SKMF-1-0-256-15(İ) saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği tam ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 200 (iki yüz) manat məbləğində tutulmalıdır. İş materiallarından göründüyü kimi iş üzrə bir əmlakın qiymətləndirilməsinə dair üç ekspert rəyi, məhkəmə-mühasibatlıq ekspertizasına dair isə iki ekspert rəyi mövcuddur. Əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə əmlakın likvid dəyəri 12.000 qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə likvid dəyər göstərilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 36 000 manat, likvid dəyəri isə 30 000 manat müəyyən edilmişdir. Məhkəmə bu rəy ilə razılaşmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasına dair 29 iyun 2022-ci il tarixli 9/4170 nömrəli ekspertiza rəyində daha sonrakı vəziyyət əks olunduğundan məhkəmə həmin rəyə əsaslanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 12-SKMF-1-0-256- 15 nömrəli kredit müqaviləsi üzrə 8412,28 manat əsas borc, 171,66 manat faiz borcu, 200 manat cərimə və kredit müqaviləsi üzrə 30 aprel 2018-ci il tarixdən 29 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324,2 manat əldən çıxmış fayda olmaqla, cəmi 10108,14 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 30 000 manat olan Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində 0.073 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2, X6 və digər şəxslər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 12-SKMF-1-0-256- 15 nömrəli kredit müqaviləsi üzrə 8412,28 manat əsas borc, 171,66 manat faiz borcu, 200 manat cərimə və kredit müqaviləsi üzrə 30 aprel 2018-ci il tarixdən 29 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324,2 manat əldən çıxmış fayda olmaqla, cəmi 10108,14 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 30 000 manat olan Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində 0.073 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2, X6 və digər şəxslər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. İş üzrə 900 manat dəyərində ekspertiza xərcləri Cavabdeh1 aid edilsin. 250 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı), 200 manat ekspertiza xərci tutularaq „Uniprice“ MMC-nin hesabına (VÖEN **********, AZ77AİİB400600C**********218, “Kapital Bank“ ASC Bravo 3 filialı, VÖEN **********, müxbir hesab AZ 37NABZ013501**********1944, filialın kodu 201296, SWİFT AİİBAZ2XXXX saylı hesab), 150 manat ekspertiza xərci tutularaq „Mobil“ MMC-nin hesabına(VÖEN: **********, Hesab AZN:AZ51AİİB400800C**********, Bank:Kapital Bank ASC Mingəçevir şəhər filialı, VÖEN:**********, Müxbir hesab AZ37NABZ013501**********1944, filialın kodu: 200297, SWİFT kod: AİİBAZ2X saylı hesab), 300 manat ekspertiza xərci tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-nin hesabına (“Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ013501**********1944,VÖEN**********,AZ90AİİB******************** saylı hesab) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Hakim Kənan Vəliyev