Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-183/2022 24.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borc ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı Bərdə rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 15 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2951,14 manat əsas, 213,63 manat faiz va 391,61 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.05.2018-ci il tarixdən 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 417,15 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 39 735,53 manat borcun, 30 manat odanilmiş dövlat rüsumunun, ipoteka predmetinin daşınmaz əmlaka tutmanm yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 2 otaqlı, 34,7 kv.metr ümumi, 22.7 kv.metr yaşayış, 12 kv.metr yardımçı sahədən ibarət 10 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 2 otaqlı, 34,7 kv.metr ümumi, 22.7 kv.metr yaşayış, 12 kv.metr yardımçı sahədən ibarət 10 nömrəli evin 3 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 2 otaqlı, 34,7 kv.metr ümumi, 22.7 kv.metr yaşayış, 12 kv.metr yardımçı sahədən ibarət 10 nömrəli evin 3 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ərizə verərək iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə təqdim etdi. Cavabdeh tərəf məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsinə, həmçinin cavabdehin mülahizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borc ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq, "xxxx" MMCnin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-183/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-183/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver