Məhkəmə qərarları › İş №2-2(115)-186/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-186/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-186/2022 24.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək iddiaçının xeyrinə Cavabdeh1 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13 248 manat əsas,1848,83 manat faiz, 6098,15 manat cərimə və kredit müqaviləsi üzrə 30 avqust 2018-ci il tarixdən 24 sentyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1390 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 22 584,98 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 və Cavabdeh3 Qəhrəman qızının mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 2 otaqlı 91,9 kv.metr ümumi, 55,4 kv.metr yaşayış, 36,5 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,21 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, borcun Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 2 otaqlı 91,9 kv.metr ümumi, 55,4 kv.metr yaşayış, 36,5 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,21 ha torpaq sahəsinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, Cavabdeh2 və Cavabdeh3 Qəhrəman qızının mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 2 otaqlı 91,9 kv.metr ümumi, 55,4 kv.metr yaşayış, 36,5 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,21 ha tutma yönəldikdə və o satıldıqdan sonra bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndələri və cavabdehlər məhkəməyə verdikləri izahatlarında yaranmış mübahisə ilə əlaqədar razılıq əldə edildiyini bildirdilər. Razılaşdıqları şərtlər barədə yazılı qaydada məhkəməyə təqdim edilmiş barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etdilər. Məhkəməyə təqdim olunmuş 22 dekabr 2021-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. Borclu Cavabdeh1 bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddətinədək kredit borcunun 13600 AZN olmasını qəbul edərək, ilkin olaraq 2600 AZN ödəməsini, qalıq 11000 AZN-i 23 ay müddətinə ayılq hər ay 310 AZN ödəniş edərək sonuncu 24-cü ayı isə 3870 AZN ödəyəcəyini qəbul edir.

2. Borclu Cavabdeh1 13600 AZN məbləğində borcdan, ilkin olaraq 2600 AZN , qalıq 11000 AZN-dən isə 23 ay müddətinə ayılq hər ay 310 AZN ödəniş edərək sonuncu 24-cü ayı isə 3870 AZN məbləğində ödədiyi zaman, ödənilmiş pul vəsaitinin 13248 AZN məbləği əsas məbləğdən, 352 AZN məbləği isə faiz borcundan silinir. Cəmi ilkin ödənişlə birlikdə ödənilmiş 13600 AZN məbləği ödənildikdən sonra kredit öhdəliyi tam icra olunmuş hesab olunur və bank kredit razılaşması üzrə sistem üzrə hesablanmış və ödənilməmiş faiz və cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.

3. Bank, Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh1 tərəfindən banka olan borc məbləği tam ödənildiyi təqdirdə borcun olmadığı haqqında arayış verməyi və ipoteka ilə yüklü edilmiş Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsinin girovdan azad etməyi öhdəsinə götürür (girovdan azad üçün müəyyən olunmuş dövlət rüsumları borclu Cavabdeh1 aid edilsin).

4. Ödənişlərin vaxtında icra edilməməsi halında Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13248 manat əsas, 1848.83 manat faiz, 6098.15 manat cərimə və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1390 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22584.98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi İddiaçı ASC-nin xeyrinə tutulsun.

5. Tutmanın Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 12000 manat məbləğində müəyyən olunaraq həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi;

6. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin.

7. Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 Qəhrəman qızının, Cavabdeh1 və Cavabdeh4 qızının Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qızının həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi.

8. Sazişdə qeyd edilən Bankın xeyrinə ipoteka ilə yüklü edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyırlar.

9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

14. Bu barışıq sazişi 6 (altı) əsl nüsxədə imzalanmışdır. Məzmunundan göründüyü kimi barışıq sazişinin mahiyyəti ondan ibarətdir ki, tərəflər borc vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tərəflər arasında bağlanmış barışıq sazişini nəzərdən keçirib hesab edir ki, bu razılaşma qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından saziş təsdiq olunmalı və bu əsasla işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış 22 dekabr 2021 il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1.Borclu Cavabdeh1 bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddətinədək kredit borcunun 13600 AZN olmasını qəbul edərək, ilkin olaraq 2600 AZN ödəməsini, qalıq 11000 AZN-i 23 ay müddətinə ayılq hər ay 310 AZN ödəniş edərək sonuncu 24-cü ayı isə 3870 AZN ödəyəcəyini qəbul edir.

2. Borclu Cavabdeh1 13600 AZN məbləğində borcdan, ilkin olaraq 2600 AZN , qalıq 11000 AZN-dən isə 23 ay müddətinə ayılq hər ay 310 AZN ödəniş edərək sonuncu 24-cü ayı isə 3870 AZN məbləğində ödədiyi zaman, ödənilmiş pul vəsaitinin 13248 AZN məbləği əsas məbləğdən, 352 AZN məbləği isə faiz borcundan silinir. Cəmi ilkin ödənişlə birlikdə ödənilmiş 13600 AZN məbləği ödənildikdən sonra kredit öhdəliyi tam icra olunmuş hesab olunur və bank kredit razılaşması üzrə sistem üzrə hesablanmış və ödənilməmiş faiz və cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür. 3.Bank, Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh1 tərəfindən banka olan borc məbləği tam ödənildiyi təqdirdə borcun olmadığı haqqında arayış verməyi və ipoteka ilə yüklü edilmiş Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsinin girovdan azad etməyi öhdəsinə götürür (girovdan azad üçün müəyyən olunmuş dövlət rüsumları borclu Cavabdeh1 aid edilsin). 4.Ödənişlərin vaxtında icra edilməməsi halında Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13248 manat əsas, 1848.83 manat faiz, 6098.15 manat cərimə və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 24.09.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1390 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22584.98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi İddiaçı ASC-nin xeyrinə tutulsun. 5.Tutmanın Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 12000 manat məbləğində müəyyən olunaraq həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 6.Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin. 7.Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 Qəhrəman qızının, Cavabdeh1 və Cavabdeh4 qızının Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, 2 otaqlı, 91.9 kv.m ümumi, 55.4 kv.m yaşayış, 36.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qızının həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi. 8.Sazişdə qeyd edilən Bankın xeyrinə ipoteka ilə yüklü edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyırlar. 9.Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. 10.Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. 11.Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 12.Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 13.Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. 14.Bu barışıq sazişi 6 (altı) əsl nüsxədə imzalanmışdır. İş üzrə icraata xitam verilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar