Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-2/2023 24.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmtəə nişanından qanunsuz istifadənin dayandırılması, ticarət şəbəkəsində olan malların götürülməsi və 40.000 manat dəymiş zərərin ödənilməsi tələbinə dair ərizəsinə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə-İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, əmtəə nişanından qanunsuz istifadənin dayandırılması, ticarət şəbəkəsində olan malların götürülməsi və 40.000 manat dəymiş zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 03 aprel 2019-cu il tarixli A30-8 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2-2(83)-204/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmtəə nişanından qanunsuz istifadənin dayandırılması, ticarət şəbəkəsində olan malların götürülməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə icraat, iddiaçı Cavabdeh Əqli Mülkiyyət X1rşı 03 aprel 2019-cu il tarixli, A30-8 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddiaçı Cavabdeh Əqli Mülkiyyət X1rşı 03 aprel 2019-cu il tarixli, A30-8 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2020-ci il tarixli, 2-1(104)-90/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2-1(83)- 952/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, həmin qərardan narazı qalan iddiaçı Cavabdeh kassasiya şikayəti əsasında iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası üzrə işlər üzrə axtarışdan görünür ki, xx.xx.2023-cü il tarixli 2-1-(102)- 28/2023 nömrəli qərar ilə kassasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-2/2023 saylı qərardadı ilə işin dayandırılmasına səbəb olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında məhkəmə mübahisələri olmuş. Qarşı tərəfin tələbləri əsasız sayılmışdır. Hazırkı işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 267.1-ci maddəsinəəsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.3-ci maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı əmtəə nişanından qanunsuz istifadənin dayandırılması, ticarət şəbəkəsində olan malların götürülməsi və 40.000 manat dəymiş zərərin ödənilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-2/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-2/2023
24.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver