Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-210/2020 02.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 283 manat əsas borcun, 24 manat faiz borcunun, cəmi 307 manat məbləğin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Cahangir Kərimov məhkəməyə ərizə göndərərək, Cavabdeh tərəfindən iddia ərizəsində göstərilən kredit borcunun ödənildiyini, ona görə də, iddiasan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddiadan imtina edilməsi barədə ərizəni müdafiə etdiyini, iddiadan imtina edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və İddiaçı QSC BOKTnin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim RəşadMəmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-210/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-210/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver