Məhkəmə qərarları › İş №2-2(115)-22/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-22/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-22/2021 01.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 56866 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Atatürk prospekti 240 ünvanında yerləşən binaya su verilişi Gəncə şəhəri “Sukanal” TSC-nin rəhbərliyinin xx.xx.2007-ci il tarixli 89 saylı razılıq məktubu əsasında verilmişdir. Qeyd edilən binaya su binaya və fərdi obyektlərə məxsus su hovuzundan nasoslar vasitəsi ilə verilir. Su təhcizatı xidmətinin haqqı borunun en kəsiyi ilə sərfiyyatına görə hesablanmışdır. Aylıq ödənişin məbləği 70 manat olmuşdur. Həmin məbləğ tərəflərin razılığı əsasında müəyyən edilmişdir. Obyektlərə qoyulmuş sayğaclar əsasında pul “Sukanal” TSC-nin hesabına ödənilmişdir. Binada olan sakinlər isə 2007-ci ildən 2019-cu ilin may ayına qədər sakinlər tərəfindən 70 manat olmaqla hər ay ödənilmişdir. Su sərfiyyatı üzləşmə aktına əsasən aparılıb. Bina xx.xx.2015-ci il tarixdən istismara qəbul aktına əsasən istifadəyə verilmişdir. Bu günə qədər “Sukanal "TSC-nin rəhbərliyinə müraciət edilməsinə baxmayaraq bina “SMART” su sayğacı ilə təhciz olunmayıb. Cavabdeh tərəfindən qalıq borc 2019-cu ilin may ayına 5570 manat olduğu göstərilmiş lakin, 14 08.2019-cu il üzləşmə aktında isə qalıq borcun 56.866 manat olduğu göstərilmişdir. Cavabdeh tərəfindən qalıq borc ilə bağlı göstərilən 56.866 manat əsassızdır. Cavabdehin irəli sürdüyü borc öhdəliyi ilə bağlı tələbi əsasız olmuşdur. Bu səbəbdən cavabdehin tələb etdiyi qalıq borc əsassız olduğundan silinməlidir Beləliklə, cavabdeh tərəfindən əassız olaraq iddiaçının borclandırılması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Bu səbəbdən həmin bor əsassız olduğundan silinməlidir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, göstərmişdir ki, iddiaçı “xxxx” Servis Mənzil MMC-nin müdiridir. xx.xx.2009-cu il tarixində İddiaçı ilə Gəncə şəhəri, Atatürk prospekti ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının su ilə təmin edilməsinə dair 80046 saylı müqavilə bağlanılaraq tikinti su ilə təmin edilmişdir. Obyektin inşaat dövrü üçün su təchizat sistemi istehlakçıların su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması “Qaydalarına” uyğun olaraq hazırlanır. İnşaat dövr üçün müraciət edən istehlakçılardan aidiyyəti sənədlər tələb olunur. Çoxmərtəbəli yaşayış binalarının tikintisi və diğər inşaat işləri aparılan müddətdə (əhali istehlakçıları istisna olmaqla) sudan istifadə edən istehlakçılara qeyri-əhali tarifi üzrə müqavilə bağlanılır. “X2”nın 7.4 və 7.5 bəndinə əsasən su təchizatı və kanalizasiya sisteminə qoşulmuş istehlakçıların istifadə etdiyi suyun həcmi su təchizatı xəttində quraşdırılmış suölçən cihaz vasitəsi ilə ölçülür.Su ölçən cihaz olmadıqda isə suyun həcmi əhali istehlakçılar üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən nəzərdə tutulmuş qaydada, qeyri-əhali istehlakçıları üçün isə sayğac quraşdırılanadək su təchizatı xəttinin qoşulma nöqtəsində və yaxud obyektin giriş hissəsində iç diametrindən (su buraxma qabiliyyətindən və ya “N” kəsiyindən) asılı olaraq normativ qaydada hesablama yolu ilə müəyyənləşdirilir. “X2”nın 6.5-ci maddələrinə əsasən qeyri-əhali qrupuna aid olan istehlakçıların suölçən cihazlarla təchiz olunması, onların quraşdırılması, təmiri istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Suölçən cihazlarla təchiz olunma, onların quraşdırılması istehlakçının istəyi ilə “İstehlakçıların su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydalarına" uyğun olaraq istehlakçı tərəfindən də həyata həyata keçirilə bilər. Bununla istehlakçı öz vəsaiti hesabına “xxxx" MTK-nin su təchizatı xəttinin üzərində CTB-80 markalı, 15018331 nömrəli suölçən cihaz quraşdırılmış, lakin STKM qeydiyyata aldırmamışdır.xx.xx.2019-cu il tarixdə obyektin su xəttinə baxış keçirilən zaman həmin suölçən cihaz aşkar edilmiş və sayğacın göstəricisi 24846 m3 olmuşdur. Sayğacın göstəricisinə əsasən istehlakçıya itirilmiş suyun hesabatı verilmişdir.“Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 61.1 maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətin haqqının ödənilməsi üzrə istehlakçının vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərdən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə, “Gəncə Sukanal” TSC-nin bağlanmış müqaviləyə əsasən üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir və göstərilən 56856 manat borc əsaslıdır. Lakin istehlakçı tərəfindən bağlanmış müqaviləyə əsasən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirilmədiyinə görə qanunvericiliyin tələblərinə əsasən borc yaranmışdır. İddiaçı həmçinin məhkəməyə vəsatət verərək, iş üzrə məhkəmə mühəndis-texniki və maliyyə-mühasibatlıq ekspertizasının təyin edilməsini və ekspertiza qarşısında N kəsiyi əsasında aylıq su sərfiyyatının nə qədər olduğu sualının qoyulmasını xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə vəsatət göndərərək, iş üzrə məhkəmə mühəndistexniki ekspertizasının təyin edilməsini və ekspertiza qaşısında sayğac olmadan müvafiq dövr üçün aylıq su sərfiyyatı nə qədər olmalıdır sualının qoyulmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(115)-121/2020 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin binanın d-80 mm olan su xətti üzərinə iddiaçı tərəfəindən CTB-80 markalı 15018331 nömrəli su sayğacı quraşdırılmış və xx.xx.2019-cu il tarixə həmin sayğacın göstəricisi 24946 m3 olmuşdur. İddiaçı həmin sayğacın göstəricisinə əsasən sudan istifadə və çirkab suların axıdılmasına görə hesablanmış borc ilə razılaşmamışdır. Sonradan isə sayğacı yararsız hala salmışdır. Məsələnin qanuni və ədalətli həll edilməsi üçün mübahisə ilə bağlı həmin binada istehlakçının su təhcizatı və kanalizasiya sisteminə qoşulduğu dövrdən istifadə olunmuş suyun və axıdılmış çirkab suların miqdarının hesablanması vacibdir. İstehlakçı ilə 2009-cu ilin əvvəlində müqavilə bağlansa da, hazırda müqavilənin surətini məhkəməyə təqdim edə bilmir. Göstərilənlərə əsasən hesab edir ki, iş üzrə mühəndis-texniki və maliyyə-mühasibat ekspertizası təyin edilməli və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmalıdır: Gəncə şəhəri Atatürk prospekti 240 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında istehlakçının su təsərrüfatı və kanalizasiya sisteminə qoşulduğu 2009-cu ildən xx.xx.2019-cu il tarixədək istifadə olunmuş suyun və axıdılmış çirkab sularının həcmi müəyyən edilsin. Obyekt d-80 olan boru vasitəsilə su ilə təchiz edilir. Gündəlik su təchizatı 5 saat təşkil edir. Müəyyən edilmiş həcmə əsasən “Gəncə Sukanal” TSC-yə ödənləcək məbləğ hesablansın. Ödəniləcək məbləğ Tarif Şurasının müəyyən edilmiş tarifə əsasən hesablansın. Ekspert rəyində də göstərilmişdir ki, 1 il ərzində sudan istifadəyə görə sərfiyyat haqqı 17334 manat olmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” TSC-nin Gəncə Kommersiya Məhkəməsinə təqdim etdiyi arayışdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 240 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası d=80 mm boru vasitəsilə, suyun təzyiqi 3 bar və gündəlik 5 saat olmaqla su ilə təchiz edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin Gəncə TSC Sukanal İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə aparılmış inventarizasiyanın nəticəsindən görünür ki, obyektə baxış keçirilən zaman d=100 mm-lik xətt vasitəsilə sudan istifadə olunaraq bir ədəd CTB-80 markalı sayğac quraşdırılmışdır. Sayğacın göstəriciləri qeyd olunduğu kimidir: CTB-80 markalı nömrəsi 15018331, göstəricisi 24846 m3 olmaqla abonent bazasında mövcud olmadığı aşkar olunmuşdur. Sayğac üzərindəki göstərici abonent bazasına daxil olunaraq sərfiyyat bərpa olunmalıdır. Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(115)-121/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında Gəncə şəhəri Atatürk prospekti 240 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında d-80 mm-lik boru vasitəsilə gündəlik su təchizatı 5 saat olmaqla istehlakçı İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə etdiyi suyun və axıdılmış çirkab suların həcmi nə qədərdir və müəyyən edilmiş həcmə əsasən Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi tarifə (qiymətə) uyğun olaraq İddiaçı cavabdeh “xxxx” ASC-nin “Gəncə Sukanal” TCS-nə ödəməli olduğu borcu varsa, borc nə qədərdir sualları qoyulmuşdur Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/1513-9/2383 nömrəli rəyindən görünür ki, “X2”na 4 nömrəli əlavədəki “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi” cədvəlinə əsasən Gəncə şəhəri Atatürk prospekti 240 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında diametri 80 mm boru vasitəsilə gündəlik su təchizatı 5 saat olmaqla 1 il ərzində istifadə olunan suyun və axıdılmış çirkab suların həcmi 34668 m3 müəyyən edilmişdir. Müəyyən edilmiş 34668 m3 həcmə əsasən Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi tarifə (qiymətə) uyğun olaraq İddiaçı cavabdeh “xxxx” ASC-nin “Gəncə Sukanal” TSC-nə ödəməli olduğu borcu 17.334,00 manat müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının cavabdehə 1 il ərzində ödəməli olduğu borc 17.334,00 manat olduğu təqdirdə, yalnız 10 il ərzində ödənilməli borc 173340 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla iddiaçının sudan istifadəyə görə yaranmış borcunun əsassız olaraq hesablanması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. 102 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. 102 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar